Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


N.Nərimanov dialektik materialist filosof və bacarıqlı həkim idi



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə159/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   155   156   157   158   159   160   161   162   ...   307
333 felsefe muhazireler toplusu eyani

N.Nərimanov dialektik materialist filosof və bacarıqlı həkim idi. 
Təbiətşü-
naslığın nailiyyətlərinə, tibb elminə və qabaqcıl fəlsəfəyə dərindən bələd olan 
N.Nərimanov elmi-materialist dünyagörüşə malik idi, cəmiyyət hadisələrinin mate-
rialist izahını qəbul edir, varlığın Allah tərəfindən yaradılması müddəasını əsassız 
sayırdı. O, "Bahadır və Sona", "Pir"
 
əsərlərində, müxtəlif dinləri insanlar arasında 
ədavət yayması, cəhalət və mövhumat mənbəyi olmasına görə ciddi tənqid edirdi. 
Dinləri, insanları və millətləri bir-birindən ayıran "uçurum dərələr" adlandırırdı. O, 


172
qeyd edirdi ki, həmin "uçurum dərələr"i insanlar özləri yaratmış, özləri də yox et-
məlidirlər. 
N.Nərimanov 1923-1924-cü illərdə yazdığı "Elmi kommunizmi düşünmək 
üçün yol"
 
adlı əsərində dialektik materializm mövqeyində durmuş, cəmiyyət həya-
tına materialist baxışı şərh etmiş, xalq kütlələrinin inqilabi-mübarizəsini tarixi tə-
rəqqinin aparıcı amili hesab etmişdir: "Həyat mübarizədir. Mübarizəsiz həyat yox-
dur. Mübarizə tərəqqiyə yol açır. Bir-birinə zidd hərəkətlərin mübarizəsi daha bir 
şey meydana gətirir: inkar edən inkar olunur".
 
N.Nərimanov dünyadakı bütün dəyi-
şilmə və inkişafı onun öz daxili qanunauyğunluqları ilə izah edirdi. O, qeyd edirdi 
ki, təbiətdə hər şey dəyişildiyi kimi, insanın şüuru, fikri, biliyi də dəyişir, lakin bu 
dəyişmə tarixi qüvvənin təsiri ilə deyil, öz obyektiv daxili qanunauyğunluğu üzrə 
baş verir. O, ruhu da insan beyninin fəaliyyəti nəticəsi hesab edərək yazırdı ki, ruh 
- bilikdir, düşünməkdir, o şüur təcrübəsinin səmərəsindən meydana gəlmişdir. Ruh 
beş zahiri hiss üzvünün vasitəsilə alınan duyğuların və məlumatların cəmidir. "Əql 
varlığa deyil, varlıq əqlə yol
 
açır". 
N.Nərimanov gerçəkliyin dialektik izahı üçün əsas şərtləri belə qeyd edirdi:
a) bütün şeylərin bir-birilə qarşılıqlı əlaqəsi;
b) gerçəklikdə müdam hərəkət və mübarizə və bu bərəkət və mübarizədə yeni-
nin əvvəlkini pozması.
Onun fikrincə gerçəkliyə dialektik yanaşma üsulu "Hər bir şeyi və əlamətin qey-
ri şeylərlə münasibətini və əlaqədar olmağını tapmaq və bilməkdir"; N.Nərimanova 
görə "həqiqətən hərəkətsiz, mübarizəsiz xəyal yoxdur. Bir-birindən zidd şeylərin mü-
barizəsi hərəkət və həyatın davam etməsinə səbəbdir", "inkişaf təkamül və inqilabın, 
kəmiyyət və keyfiyyət dəyişmələrinin vəhdətindən yaranır" və s. O, inkişafın ziddiy-
yətli və inkarın inkar mahiyyəti haqqında da maraqlı fikirlər söyləmişdi. 
N.Nərimanovun fəaliyyətində bir həkim kimi, tibbi-elmi fikrin təbliği, səhiyyə-
yə dair birliklərin yayılması sahəsində gördüyü çox faydalı işlər də mühüm yer tut-
muşdu. Onun "Tibb və

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin