Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


H.B.Zərdabi. Q.B.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə156/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   152   153   154   155   156   157   158   159   ...   307
333 felsefe muhazireler toplusu eyani

H.B.Zərdabi. Q.B.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, 
C.Məmmədquluzadə, M.S.Ordubadi, Ə.B.Haqverdiyiev 
və başqaların dünyagö-
rüşünə ciddi təsir etmiş, onların maarifçi, inqilabi-demokratizm əqidəsinin forma-
laşmasında az rol oynamamışdır.
XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikrində Şərq və dünya mədəniyyətində 
Cəmaləddin Əfqaninin
mənəvi irsi xüsusi yer tutur. O, Azərbaycan, İran, Əfqa-
nıstan, Hindistan, Misir, Türkiyə, Rusiya, Fransa, İngiltərə və s. ölkələrdə fəaliyyət 
göstərmiş, dövrünün qlobal sosial-siyasi və mədəni reallıqlarından çıxış edərək 
Şərqin Qərb müstəmləkəçiliyindən xilasının ideoloji və siyasi yollarını axtarmış, 
bununla bağlı nəzəri və praktiki proqramlar hazırlayaraq həmin proqramların həya-
ta keçirilməsində şəxsən iştirak etmişdir. Sonralar Azərbaycan və Şərq İslam bölgə-
sinin ictimai-fəlsəfi fikrində bu bölgə xalqlarının qlobal məkanda özünütəsdiq və 
siyasi istiqlalının islamlaşma, milliləşmə və müasirləşmə ideyalarına əsaslanan və 
müxtəlif formalarda təzahür edən nəzəri-fəlsəfi konsepsiyaları C.Əfqaninin mənəvi 
irsindən qaynaqlanmışdır. İdealizm mövqeyində duran C.Əfqaninin fəlsəfəsində tə-
rəqqi, hakimiyyət, dövlət, millət, din, dil, mədəniyyət və s. sosial fenomenlərin ori-
jinal analitik təhlili öz dövrü üçün sosial aktuallığı ilə fərqlənirdi. Onun nəzəri ba-
xımdan XIX əsr Şərq Maarifçiliyinin liberal ideyalarına daha çox meyilli olan fəl-
səfi və ictimai-siyasi görüşləri “Materializmin təkzibi”, “Renana cavab”, “Milli 
vəhdət fəlsəfəsi və birliyin mahiyyəti”, “İslami reforma”, “Tərəqqinin ən böyük 
düşməni mütləqiyyətdir” və s. əsərlərində əksini tapmışdır. 
Həsənbəy Səlimbəy oğlu Məlikov Zərdabi
(1842-1907) Azərbaycanın gör-
kəmli maarifçi-demokratı, materialist filosof-mütəfəkkiri, təbiətşünas-darvinçi ali-
mi, istedadlı publisisti olmuşdu, O, 1842-ci ildə maarifpərvər ailədə anadan olmuş-
dur. Mükəmməl dünyəvi təhsil almışdır. O, 1861-ci ildə Tiflis qəza gimnaziyasını, 
1865-ci ildə isə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsini təbiət şöbəsini 
bitirmişdir. Onun dünyagörüşünü səciyyələndirən ən birinci cəhət təbii-elmi və ma-
terialist məzmun təbiətşünaslığın əsasını qoyan, xüsusilə təbii-bioloji bilikləri geniş 


170
təbliğ edən ilk darvinist alimdir. O, Darvin təliminə əsaslanaraq, üzvi aləmin, xüsu-
silə heyvan və insanın əmələ gəlməsinin təbii-obyektiv qanunauyğunluqlarını izlə-
miş, bu sahədə təkamülün – təbii seçməni rolunu düzgün qiymətləndirmişdir.
H.B.Zərdabinin Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən 
biri, öz materialist əqidəsinə uyğun olaraq, xalq arasında, təbii-elmi, bioloji, tibbi, 
kənd təsərrüfatı və s. sahələr üzrə bilikləri kütləvi şəkildə; sadə dildə təbliğ edib 
yaymağa çalışması olmuşdur. Onun Azərbaycan dilində yazdığı 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin