Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


A.Bestujev-Marlinskini, Y.P.Polonskini, L.Zablotskoyu



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə153/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   307
333 felsefe muhazireler toplusu eyani

A.Bestujev-Marlinskini, Y.P.Polonskini, L.Zablotskoyu, 
A.Çavçavadzeni, Q.D.Eristavini, A.A.Bakıxanovu, İ.Qutqaşınlı 
və b. göstərmək 
olar. 
M.F.Axundov yaradıcılığa şe'rlə başlamış, 
Səbuhi təxəllüsü
ilə şe'rlər yazmış-
dır. 1850-1856-cı illər ərzində M.F. Axundov altı orijinal komediya yazmış, 1857-
ci ildə yazdığı "Aldanmış kəvakib" adlı povestində şah despotizmini amansızcasına 
tənqad edərək cəmiyyətdə sosial islahatlar aparılmasının zəruriliyini irəli sürmüş-
dür. M.F. Axundov özünün ədəbi-bədii əsərləri ilə Azərbaycan bədii ədəbiyyatı və 
dramaturgiyasında realizmin əsaslarını qoymuşdur. 50-ci illərin ortalarından başla-
yaraq M.F. Axundov iyirmi ildən çox bir müddət ərzində İran və Türkiyənin hakim 
dairələri ilə ərəb əlifbasında islahat aparmaq uğrunda mübarizə aparmışdır. Lakin 


167
bu yolda başlıca maneənin din fanatizmindən ibarət olduğunu dərk edən 
M.F.Axundov dinin əsaslarına qarşı yönəldilən, 1863-1865-ci illər ərzində yazdığı 
"Kəmalüdövlə məktubları"nda
həm də özünün fəlsəfi, ictimai-siyasi baxışlarını 
şərh etmişdir. 
Bu məktublar maarifçilik ədəbiyyatının ən güclü nümunələri olmaq e'tibarı ilə 
özünün orta əsr sxolastikasına, fikir tərzinə düşmənçiliyi ilə, maarifi, Avropa həyat 
tərzini möhkəm müdafiə etməsi ilə kəskin surətdə fərqlənir. M.F. Axundov özünün 
göstərilən fəlsəfi məktubları ilə Azərbaycanda fəlsəfə Maarifçiliyinin əsasını qoy-
muş, cəmiyyətin yeniləşməsini, biliklərin təbliğ edilməsini, xalqın cəhalətdən oya-
dılmasını onda görmüşdür. Azərbaycan Maarifçilik fəlsəfəsi özünün ən qabaqcıl 
nümayəndələrinin şəxsində islam fanatizminə və şərq despotizminə qarşı mübarizə 
edərək dünyəviləşdirilmiş mədəniyyət yaradılmasını, şəxsiyyətin azad edilməsini, 
insanların yenidən tərbiyə edilməsini, cəmiyyətdə ağıllı və ədalətli qanunların tət-
biq edilməsini irəli sürürdülər. 
Onun fəlsəfi, ictimai-siyasi baxışları 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin