167
bu yolda başlıca maneənin din fanatizmindən
ibarət olduğunu dərk edən
M.F.Axundov dinin əsaslarına qarşı yönəldilən, 1863-1865-ci illər ərzində yazdığı
"Kəmalüdövlə məktubları"nda
həm də özünün fəlsəfi, ictimai-siyasi baxışlarını
şərh etmişdir.
Bu məktublar maarifçilik ədəbiyyatının ən güclü nümunələri olmaq e'tibarı ilə
özünün orta əsr sxolastikasına, fikir tərzinə düşmənçiliyi ilə, maarifi, Avropa həyat
tərzini möhkəm müdafiə etməsi ilə kəskin surətdə fərqlənir. M.F. Axundov özünün
göstərilən fəlsəfi məktubları ilə Azərbaycanda fəlsəfə Maarifçiliyinin əsasını qoy-
muş, cəmiyyətin yeniləşməsini, biliklərin təbliğ edilməsini, xalqın cəhalətdən oya-
dılmasını onda görmüşdür. Azərbaycan Maarifçilik fəlsəfəsi özünün ən qabaqcıl
nümayəndələrinin şəxsində islam fanatizminə və şərq despotizminə qarşı mübarizə
edərək dünyəviləşdirilmiş mədəniyyət yaradılmasını,
şəxsiyyətin azad edilməsini,
insanların yenidən tərbiyə edilməsini, cəmiyyətdə ağıllı və ədalətli qanunların tət-
biq edilməsini irəli sürürdülər.
Onun fəlsəfi, ictimai-siyasi baxışları
Dostları ilə paylaş: