C.Məmmədquluza- də, M.Ə.Sabir ,
Ü.Hacıbəyov, C.Ağamalı oğlu, V.Xuluflu, N.Nərimanov və b.
inqilabi-demokratizmin əsas nümayəndələri idilər.
Beşincisi, XIX əsrin axırı XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi
fikri üçün səciyyəvi cəhətlər mətbuatda, kosmoloji düşüncədə, bioloji, tibbi və s.
görüşlərdə elmi-realist ideyalara, dövrün təbii-elmi yeniliklərinə doğru dönüşdən
ibarətdir. Bu dövr Azərbaycan ictimai fikrinin bir çox nümayəndələri (
H.B.Zərda- bi, C.Məmədquluzadə, N.Nərimanov, F.Köçərli, Omər Faiq, M.Hadi və b.) bə-
zi hallarda İslam dini mövqeyindən çıxış etsələr də, əslində yeni üsul məktəblərin
açılmasını, Darvinin təkamül və Eynşteynin nisbilik nəzəriyyəsini, kainatın maddi
vəhdətdən ibarət olmasını, təbii-tibbi biliklərin yayılmasını və s. geniş təbliğ edirdi-
lər. Bu cəhətdən ''Əkinçi" qəzeti, "Füyzat" və "Şəlalə" məcmuələri səhifələrində tə-
biətşünaslığa dair dərc olunmuş çoxsaylı yazılar xüsusi əhəmiyyət kəsb edirdi. De-
məli, bu dövrdə ictimai-fəlsəfi fikirdə təbii-elmi ideyaların realist təbliği, mətbuat-
da, elmi-bioloji, tibbi baxışlarda, fəlsəfi araşdırmalarda naturalist-materialist istiqa-
mət güclənir. subyektiv idealist dini-mistik mövqelər zəifləyir.
Altıncısı, XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikri üçün, ölkənin
milli müstəqilliyi; suverenliyi və demokratik inkişafını türkçülük, islamçılıq və
müasirlik mənəvi prinsipləri ilə vəhdətdə həyata keçirilməsində görən xüsusi fəlsə-
fi-ideya cərəyanı də mövcud idi. Bu cərəyanın xalqımızın milli mənlik şüurunun
oyanmasında, öz soy kökünə və mütərəqqi milli dəyərlərə qayıtmasında, müstəqil
Azərbaycan dövlətçiliyi ideyalarının yaradılması və reallaşmasında (1918-1920-ci
illərdə Azərbaycan Demokratik Cümhuriyyəti) böyük mütərəqqi xidməti olmuşdur.
Həmin ideya cərəyanının yaradıcıları və təbliğatçıları əsasən