161
dığı mənalar araşdırılır. Nəticədə varlıq haqqında mühakimələr ümumiləşdirilir.
Ümumiyyətlə, onun fəlsəfəsində işraqilik və sufiliyin təsiri aydın görünür. Peripa-
tetik
filosof kimi, onun fəlsəfəsində ordodoksal islam ilahiyyatına zidd cəhətlər
çoxdur. Onun varlıq
təlimində bu, özünü daha aydın göstərir. Rəcəbəli Təbriziyə
görə, materiya və forma, səbəb və nəticə kateqoriyaları arasında substansional bağ-
lılıq əlaqələri vardır. O, allahı
ilkin forma, zəruri– vacib varlıq hesab etmişdir.
XVIII əsr Azərbaycan və bütövlükdə Şərq fəlsəfi fikrində və mənəvi mədəniy-
yət tarixində görkəmli yer tutan alim-filosof və səyyah
Hacı Zeynalabdin Şirvani
Azərbaycan, İran, Əfqanıstan, İraq, Türkiyə, Yunanıstan, Misir, Suriya, Hindistan,
Orta Asiya ölkələrinin sosial quruluşunu, dini, elmi, əxlaqi, fəlsəfi görüşlərini öy-
rənmiş, müxtəlif dil, din və mədəniyyətə malik olan bu bölgələr haqqında “Cənnət
bağı səyahətləri”, “Səyahət bağları”, “Səyahət gülşəni” risalələrində məlumatlar
vermişdir. H.Z.Şirvani öz dünyagörüşü mövqeyindən Mənsur Həllac,
Cəlaləddin
Rumi, Mahmud Şəbüstəri, Əvhədi Marağayi, Əbdürrəhman
Cami və qeyri-orto-
doksal baxışları ilə tanınmış başqa panteist sufilərin irsindən bəhs edir. H.Z.Şirva-
ninin əsərlərindəki vəhdət əl-vücud, sufi qnoseologiyası və sufilik dünyagörüşünün
başqa sahələrinə həsr olunmuş ümumiləşdirilmiş xüsusi bölmələr sufi fəlsəfəsi tari-
xinin öyrənilməsi üçün mühüm mənbədir. H.Z.Şirvaninin dünyagörüşündə idea-
lizmlə
panteizm, qnoseoloji baxışlarında sufi qnosisi – mərifət və universal əqllə
insan əqlinin bağlılığı, elmlə praktikanın vəhdəti, kamil insan və təkmil cəmiyyət
haqqında konsepsiyaya və humanist əxlaq normalarına söykənən ədalətli şahlıqlar
qurmaq ideyaları əsas yer tuturdu. Həmin ideyalarına görə o, təqiblərə məruz qal-
mışdı.
Dostları ilə paylaş: