155
zım nəslindən, Şirvanşahlar dövlətində Nəqibül-əşraf vazifəsində olan Seyid Bəha-
əddinin
oğlu Seyid Cəmaləddin Yəhya, Xəlvətilərin yeni mürşidi oldu. Şamaxıda
soylu və zəngin bir ailədən gələn Seyid Yəhya, daha cavan vaxtında atasının sahib
olduğu var-dövlətdən üz çevirərək sufilik yolunu seçmişdi. Şamaxı mədrəsələrində
elm təhsil edən Yəhya, eyni zamanda güclü təsirə sahib xəlvəti mürşidi şeyx Səd-
rəddinin təkkəsinə davam edərək burada mənəvi elmlərdə də tərbiyə və tədrisini ta-
mamladı. Şeyxi Sədrəddin ölmədən az əvvəl onu yerinə
şeyx təyin etdiyi zaman
hələ otuz yaşı yox idi. Yaşlı müridlər onun gənc olmasını
bəhanə edərək etiraz etdi-
lər və o Şamaxını tərk edərək (təxminən 1420-ci illərdə) Bakıya gəldi.
Seyid Yəhya
Bakıya gəldiyi əsnada Şirvanşah Xəlilullah xan hakimiyyətdə idi və paytaxt da mü-
vəqqəti olaraq Bakı olmuşdu. Seyid Yəhya Xəlilullah xanın himayəsində xəlvətili-
yin xanəgahını burada, Şirvanşahın sarayı yanında təsis etdi.
Qaynaqlar adil bir ida-
rəçi olan Xəlilullah xanın ona böyük hörmət və yardım göstərdiyini qeyd edirlər.
Onların aralarındakı səmimi münasibətin dərəcəsini göstərən
əlamətlərdən biri də
yazdığı “Kəşful-Qulub” əsərini Xəlilullah xana ithaf etməsidir. Seyidin dərgahı ət-
rafında onun tərəfindən tikilən məscid, türbə və digər abidələr də bu əlaqəni aydın
şəkildə göstərməkdədir.
Dostları ilə paylaş: