6
ÖN SÖZ
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri akademik Ra-
miz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı mə-
qaləsində ictimai elmlərin cəmiyyətin mənəvi həyatında oynadığı əhəmiyyətli
rolun
yenidən qiymətləndirilməsi müasir dövrdə ictimai elmlərin tədrisinin aktuallığını
və vacibliyini bir daha təsdiqləmiş oldu. Bu baxımdan, müasir qloballaşma dövrün-
də gənclərdə düzgün elmi dünyagörüşünün, elmi idrakın və məntiqi təfəkkürün for-
malaşmasını təmin edən elmlərin sırasında “Fəlsəfə”
elmi müstəsna əhəmiyyətə
malikdir. Yalnız fəlsəfi dünyagörüşünə yiyələnməklə dünya binasının quruluşu, so-
sial inkişaf, onun qanunauyğunluqları və təfəkkür prosesləri haqqında biliklər əldə
etmək mümkündür.
Müasir dövrdə Fəlsəfə elminə diqqətin artmasını həm də yaxın keçmişə qədər
bu sahədə ciddi nöqsan və əyintilərin olması şərtləndirmişdir. Sovet hakimiyyəti il-
lərində Fəlsəfənin tədrisində mövcud olan ehkamçılıq insanların dünyaya baxışın-
dan və dünyanı anlamasında avtoritarizm, vahid inhisar kimi təhlükəli ideyalar aşı-
layır, fəlsəfənin yaradıcı ruhu bilərəkdən öldürülürdü. Ziddiyyətli həyat həqiqətlə-
rinin davamlı şəkildə öyrənmək əvəzinə çoxdan sübut edilmiş məsələlərin təkrara
edilməsi Fəlsəfəni statik bir elmə çevirmişdi.
Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün sahələ-
rində olduğu kimi aparılan ardıcıl islahatların nəticəsi
olaraq təhsil sistemində də
keyfiyyətcə yeni şəraitin yaranması Fəlsəfənin tədqiqi
və tədrisi məsələlərinə də
yeni baxışın yaranmasına gətirib çıxarmışdır. Qarşıda duran mühüm vəzifələrdən
biri,
ilk növbədə, fəlsəfənin gerçək həyatla itirilmiş
əlaqələrinin bərpa edilməsi,
ümumi, nəzəri anlayışlarla məhdudlanmayaraq bu elmin empirik bazasının möh-
kəmləndirilməsi və fəlsəfənin inkişafının əsas xəttini təşkil edən nəzəriyyənin ger-
çəklik ilə uzlaşdırılmasıdır.
Hal-hazırda ölkəmizin ictimai həyatında azad rəqabətə əsaslanan bazar müna-
sibətlərinin, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması, Azərbaycanın
dünya birliyi ilə iqtisadi və mədəni inteqrasiyasının güclənməsi kimi dinamik pro-
seslərin getməsi şəraitində bütün bu baş verənlərin fəlsəfi cəhətdən mənalandırıl-
ması və ümumiləşdirilməsi məsələsi tam kəskinliyi ilə qarşıya çıxmışdır. Bu ba-
xımdan gənclərdə düzgün və dolğun dünyagörüşünün formalaşdıırlması baxımın-
dan Fəlsəfə elminin rolu misilsizdir.