Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Beləliklə, müdriklik üzərində yüksə-



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə5/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   307
333 felsefe muhazireler toplusu eyani

Beləliklə, müdriklik üzərində yüksə-
lən fəlsəfə bəşər düşüncəsinin ən böyük nailiyyətlərindən birinə çevrilmişdir.
Fəlsəfənin başlıca mənası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və 
onlara dair cavabların axtarılmasındadır. Bunların nəzəri mənimsənilməsinin insan-
lar üçün həyatı əhəmiyyəti mühümdür. İstər təbiətdə, istərsə də cəmiyyətdə baş ve-
rən hadisələrin fəlsəfi anlamı tarix boyu vacib olmuşdur. Müasir zamanədə bu hə-
mişəkindən daha böyük əhamiyyət kəsb edir. Bunun səbəbi müasir dünyanın elmi-
texniki, sosial və siyasi tərəqqiyə nail olmasıdır. Fəlsəfə izah etməli olduğu məsələ-
lərin birdəfəlik həllini təklif etmir. Onun əsl mahiyyəti həqiqəti dərk etməyin əbədi 
axtarışında olmasındadır. Təbiət elmləri – fizika, riyaziyyat, kimya və s. məsələnin 
son, həm də bitmiş həllini axtarıllar. Lakin varlığa, təfəkkürə, həyata, mə'nəvi də-
yərlərə və s. aid məsələlərinin birdəfəlik və həmişəlik həllini vermək qeyri-müm-
kündur. Onlar daima geniş müzakirə və mübahisələr obyekti olmuş və olacaqdır. 
Belə sualların araşdırılması fəlsəfənin işidir. Fəlsəfə həm də «əbədi məsələlərin» 
dərk olunmasının prinsip və metodlarını işləyib hazırlayır. Bu cəhətdən müasir 
dünyaya üzünü tutan fəlsəfə xüsusi maraq doğurur.
Dünya, kainat necə qurulub? Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir? 
Mə'nəvi və maddini, ideal və real olanın birbirinə münasibəti necədir? İnsanın dün-
yadakı yeri nədən ibarətdir? O, dünyanı dərk etməyə və dəyişdirməyə qadirdimi? 
Həqiqət nədir? Xeyir və şər, gözəllik və eybəcərlik nə deməkdir? İnsan zəkasını hə-
mişə düşündürən bu kimi əbədi suallar insanın dünyadakı mövqeyini müəyyən et-
mək zərurətindən irəli gəlir. Yarandığı gündən indiyə kimi fəlsəfə bu cür başlıca 
dünyagörüşü mahiyyətli suallara cavab verməyə çalışıb. Bu baxımdan, istər fəlsəfə 
tarixindən, istərsə də müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin müxtəlif tə'-
rifləri verilir. Onların hamısında, xüsusilə XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq 
və idrakın ən ümumi qanunauyğunluqları, insanın dünyaya münasibətlərinin ən 
ümumi prinsipləri haqqında elm kimi tərif verilmişdir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin