Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Fəlsəfəni öyrənməyin əhəmiyyəti



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə6/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   307
333 felsefe muhazireler toplusu eyani

Fəlsəfəni öyrənməyin əhəmiyyəti. 
Heç elə bir adam tapmaq olmaz ki, о, dün-
ya və özünün burada yeri haqqında bəşəriyyətin aqibəti, həyat və ölüm məsələləri 
barədə düşünməsin. Hər birimiz dünya binasının quruluşu, maddi ilə mənəvinin 
münasibəti, dünyada baş verən dəyişikliklərin qanunauyğun və ya təsadüfi olması, 
xeyir və şər, həqiqət və yalan, həyatın mənası, ölüm və ölməzlik, insan ləyaqəti, 
məsuliyyət və sair fəlsəfi məsələlər üzrə müəyyən fikirlər irəli sürür və onları əsas-
landırmağa çalışırıq. Deməli, hər bir insan çox vaxt özü də hiss etmədən filosofluq 


10
edir, əsrlər bоуu fəlsəfəni düşündürən məsələlər barədə fikirləşir.
Fəlsəfə nəzəri elm kimi aşağıdakı məsələləri əhatə edir: insan tərəfindən idraki, 
sosial və təbiət reallığının mənalandırılmasını təmin edir; bu münasibətdə hər bir 
konkret mərhələdə əldə edilmiş miqyasları və səviyyəni müəyyənləşdirir (onu daha 
da genişləndirmək məqsədilə); insanların əqidəsinin normativ-dəyər əsasını işləyib 
hazırlayır, dünyanın nəzəri mənzərəsini verir; idrakın prinsiplərini və yollarını göstə-
rir; təbii və ictimai bütövlük daxilində insanın yerini, onun həyatının mənasını müəy-
yən edir; insanların dəyərlərini, prioritetlərini, ideallarını və məqsədlərini işləyib ha-
zırlayır.
Deyilənlər sübut edir ki, fəlsəfə mövzuları insanların rеаl həyatı ilə sıx əlaqəli-
dir. Bu mənada fəlsəfənin əhəmiyyəti aşagıdakılarda ifadə olunur: о, praktiki fəaliy-
yət üçün mühüm əhəmiyyət kəsb edən emosional-iradi əhval- ruhiyyə yaradır; sub-
yektin müvafiq yaradıcılıq növünə nə dərəcədə uyğun gəldiyini göstərir; insanların 
həyat fəaliyyəti tiplərini formalaşdırır; onların sınaqdan keçirilməsini və mümkün 
olanın reallığa çevrilməsini təmin edir; insana özünü reallaşdırmaq üçün proqram ve-
rir; onun həyatının vətəndaşlıq mövqeyini, mənasını və amalını müəyyən edir. 
Fəlsəfə nəzəri biliklər sistemidir. О, dünyagörüşü ilə bağlı məsələləri ardıcıl-
lıqla, düşünülmüş surətdə, əsaslı dəlillərə arxalanmaqla həll edir. Odur ki, yalnız 
fəlsəfəni öyrənməklə insanlar özlərinin dünya haqqında kortəbii formalaşan təsəv-
vürlərindəki səthiliyi və yanlışlıqları aradan qaldıra bilir, dünya haqqında düşünül-
müş, sistemli və səhih məlumat əldə edirlər. Vaxtilə Dekart göstərirdi ki, "yalnız 
fəlsəfə bizi vəhşilərdən və barbarlardan fərqləndirir. Hər bir xalqın vətəndaşlıq və 
təhsil səviyyəsi onun yaxşı filosofluq etməsindən asılıdır".
Fəlsəfə sözün həqiqi mənasında həyat deməkdir. Buna görə də əsl fəlsəfi dü-
şüncə mücərrəd sxem və stereotiplər ilə bir araya sığmır. Təsadüfi deyildir ki, onu 
"dövrün mənəvi cövhəri", "dövrün özünü dərki" аdlаndırırlаг. Böyük alman filoso-
fu Hegel göstərirdi ki, fəlsəfi fikirlərdə mənimsənilən dövrdür".
İlk baxışda belə görünə bilər ki, həyatı öyrənmək üçün bu və ya digər konkret 
peşə və ixtisas üzrə biliklər, gündəlik təcrübə kifayətdir. Əslində isə dünyanın sir-
ləri son dərəcə mürəkkəb və əsrarəngizdir. Həyat son dərəcədə mürəkkəb, burada 
gedən proseslər isə çox ziddiyyətli və rəngarəngdir. Onları anlamaq üçün inkişaf 
meylləri və perspektivlərini düzgün müəyyənləşdirə bilmək üçün geniş erudisiya-
ya, həqiqi fəlsəfi biliklərə malik olmaq zəruridir. Buradan aydın olur ki, insanın 
praktiki fəaliyyəti və mədəni həyatının əsasında duran dünyagörüşü problemlərinin 
izahında fəlsəfinin rolu misilsizdir.
Beləliklə «Fəlsəfəni öyrənməyin əhəmiyyəti nədir və о insana nə verir?» sualı-
na aşağıdakı konkret cavabları vermək olar:
1. Fəlsəfə insanın malik olduğu biliklər sisteminin, dünyanın elmi mənzərəsinin 
nəzəri bünövrəsidir. О, həm də cəmiyyətdə normal mənəvi mühitin, insanın mənəvi 
dünyasının formalaşmasınа kömək edir, mühüm tərbiyəvi əhəmiyyətə malikdir.
2. Fəlsəfənin əsaslarına yiyələnmiş adam istənilən elm sahəsində uğurlu fəa-
liyyət göstərə bilir.
3. Fəlsəfə digər elmlərin optimal inkişafına kömək edir, onlarda baş verən me-


11
todoloji çətinlikləri aradan qaldırır.
4. Fəlsəfə insanın idrak nəzəriyyəsi ilə silаhlаndırır, yeni gerçəkliyi mənəvi 
mənimsəməyin yollarını və vasitələrini müəyyənləşdirir.
5. Fəlsəfəni bilən adamda düzgün məntiqi təfəkkür formalaşır, о, həyatı tənqi-
di və yaradıcı surətdə öyrənir. 
İlkin fəlsəfi təlimlərdə təbiətin, dünyanın yaranması və quruluşu haqqında tə-
səvvürlər əsas yer tuturdu. Yəni təbiət fəlsəfəsi, naturfəlsəfə hökmran mövqeyə ma-
lik idi. Sonralar zaman keçdikcə ictimai həyat, siyasi quruluş və hüquqi qaydalarla 
əlaqədar məsələlər də fəlsəfinin obyektinə daxil edilməyə başladı. Tezliklə insan, 
onun təbiəti, zəka və hissləri, idrakı, din və incəsənət fəlsəfi düşüncələrin əhatə dai-
rəsinə cəlb olundu. Beləliklə təbiət, ictimai həyat, bütövlükdə dünya və insan arasın-
dakı mürəkkəb qarşılıqlı münasibətlərin təhlili fəlsəfinin əbədi mövzularına çevrildi.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin