§ 2. Dünyagörüşü: onun strukturu və formaları Zəkalı varlıq olan insan çохtərəfli fəaliyyət göstərir. Нəmin fəaliyyətin uğurlu
olması üçün düzgün məqsəd müəyyənləşdirmək, müvafiq qərar qəbul etmək son
dərəcə vacibdir. Bu isə dünya haqqında hərtərəfli və düzgün təsəvvürlərə malik ol-
mağı tələb edir. Onların məcmusu dünyagörüşü adlanır. Dünyagörüşü insana ob-
yektiv rеаllıq və burada insanın yeri haqqında, insanın onu əhatə edən gerçəkliyə
və özünə münasibəti haqqında sistemli biliklər verir. Onun məzmununa həm də bu
biliklər əsasında formalaşan əqidə və ideallar, idrak və fəaliyyət prinsipləri, dəyər
oriyentasiyaları daxildir.
Dünyagörüsü - mürəkkəb, yekcins olmayan, çoxcəhətli və ziddiyyətli sosıal-
mənəvi və emosional-psixoloji fenomendir. Onun elmi, fəlsəfi, ümumbəşəri, milli,
sosial-sinfi, siyasi, mənəvi, dini, ateist, esletik və digər çalarları vardır. Dünyagörü-
şü - insan həyatının özünəməxsus yol göstəricisi, şəxsiyyətin həyat mövqeyini isti-
qamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanm gerçəkliyə münasibətini
əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-mənəvi, elmi, si-
yasi prinsip, norma və baxışların məcmusudur.
Dünyagörüşün mahiyyəti, struktur komponentləri, növləri və s. haqqında fəlsə-
fə elmində çoxlu fikirlər söylənilməsinə baxmayaraq, bu sahədə müəyyən ziddiy-
yətli, mübahisəli mövqelər indi də qalır.
Dünyagörüşü - insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və cə-
miyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş
görüşlər, ideallar, baxış, inam və prinsiplər sistemidir. Dünyagörüşü - fərdin, sosial
qrupun, sinfin, bütövlükdə cəmiyyətin gerçəkliyə münasibəti və fəaliyyət istiqamə-
tini müəyyən edən baxışlardır, ideya və normalardır. Başqa sözlə, dünyagörüşü -
obyektiv dünyaya və orada insanın yeri və roluna aid baxışlardır. Bunlar elə baxış-
lardır ki, onlar insanın həyat mövqeyini, əqidəsini, ideya, idrak və fəaliyyətini, sər-
vət meylini əsaslandırır və istiqamətləndirir.
Dünyagörüşü - təbiət, cəmiyyət və təfəkkürün hadisə və proseslərı, inkişaf və
hərəkətverici qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi, siyasi, dini, ateist, əx-
12
laqi, estetik və s. baxışların ifadəsidir. Dünyagörüşün predmetində insan durur.
Bir sıra filosofların qeyd etdiyi kimi, dünyagörüşün mahiyyətini aydın başa
düşmək üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır.