Belə ki, insanın dünyaya və dünyanın insana münasibətini ayrıca bir problem kimi xüsusi elmlərdən heç birisi öyrənmir. Bu problem fəlsəfənin predmetini təşkil edir. Geniş mənada fəlsəfə varlıq və şüurun, maddi və mənəvinin insan və
dünya münasibətini, qarşılıqlı əlaqəsini, obyektiv reallığın, idrakın ən ümumi inki-
şaf qanunlarını öyrənir. Fəlsəfənin biliklər sistemində yeri və rolu aləmə ümumi və
bütöv halında yanaşması ilə, müəyyən dünyagörüşü verməsi ilə müəyyən olunur.
Bəşər cəmiyyətinin mənəvi tərəqqisində fəlsəfə məhz dünyagörüşünün xüsusi for-
ması kimi mühüm əhəmiyyətə malikdir.
Fəlsəfənin əsas məsələsi və onun iki tərəfi. Bir halda ki, fəlsəfi dünyagörüşü
sistemində «dünya-insan münasibətləri» aparıcıdır, onda fəlsəfənin də əsas məsələ-
sini «insanın dünyaya münasibəti» təşkil edir demək daha düzgün olardı. Daha
konkret şəkildə, fəlsəfənin əsas məsələsi nədır? sualına «insan»-deyə qəti cavab
vermək olar. Fəlsəfənin əsas məsələsinin «təfəkkürün varlığa, şüuran materiyaya
münasibətindən» ibarət olduğunu təsdıqləyən filosoflar da insana, onun mənəvi
dünyasına istinad edir, mənəvinin (insan idraki, şüur, təfəkkür və s.) maddiyə mü-
nasibətini əsas tuturdular. Filosofların böyük qismi fəlsəfənin əsas məsələsindən
bəhs edərkən qeyd edirdilər ki, dünyagörüşü üçün «təfəkkür» və «varlıq», «mənəvi
olan və maddi olanın» qarşılıqlı münasibətindən başqa daha ümumi anlayışlar tap-
maq qeyri-mümkündür: mənəvinin maddiyə münasibəti (və ya insanın gerçəkliyə
münasibəti) və onların müqayisəsi fəlsəfi dünyagörüşün başlıca məsələsidir. Digər
bütün məsələlər məhz əsas məsələyə münasibət baxımından həll olunur, elmi-fəlsə-
fi qiymətini alır.
F.Engels vaxtilə fəlsəfənin əsas məsələsindən bəhs edərək yazmışdır: “Bütün
fəlsəfənin, xüsusən ən yeni fəlsəfənin, böyük əsas məsələsi, təfəkkürün varlığa mü-
nasibəti məsələsidi”. Bu mövqedən çıxış edənlər fəlsəfənin əsas məsələsinin iki tə-
rəfi olduğunu qeyd etmiş və göstərmişdilər ki, birinci tərəfin mahiyyəti belə bir al-
ternativ məzmun daşıyan suala cavab verməkdən ibarətdir ki, nə nədən əzəlidir? Nə
ilkindir, əsasdır, müəyyənedicidir, nə törəmədir, ikincidir? Ruhmu təbiəti, yoxsa tə-
biətmi ruhu, varlıqını təfəkkürü, yoxsa təfəkkürmü varlığı müəyyən edir? Fəlsəfə-
nin əsas məsələsinin ikinci tərəfi isə insan idrakının gerçəkliyə münasibəti necədir?
Dünya və onun qanunları dərk edilə bilərmi? Sualına cavab verməkdən ibarətdir.
Birinci tərəf əsas məsələnin ontoloji aspektini, ikinci tərəf isə qnoseoloji aspektini
ifadə edir.
Düzdür, hazırda həmin müddəa, yəni fəlsəfənin əsas məsələsinin «təfəkkürün
varlığa münasibəti» ideyası bu və ya başqa şəkildə ya tam inkar olunur, ya da zid-
diyyətli təhlil edilir.
Əlbəttə, bu ideyanın tam inkar edilməsini düzgün mövqe hesab etmək olmaz.
Əslində «təfəkkürün varlığa münasibəti» müddəası elə bu və ya başqa tərzdə «insa-
nın dünyaya münasibəti» fikri ilə eyniləşir. Odur ki, bu iki müddəa arasında tənqid
xatirinə, ciddi fərq axtarmaq da düzgün deyildir. Lakin «təfəkkürün varlığa müna-
sibəti» müddəası daha mücərrədir, əslində müəyyən «söz güləşdirməsidir». İkinci
müddəa isə daha real, konkret və ağlabatandır. Odur ki, fəlsəfi dünyagörüşün əsas
məsələsi nədir? - sualına