Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə23/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   307
333 felsefe muhazireler toplusu eyani

vayşeşiklər 
onlara misal ola bilər. E.ə. VI-V əsrlərdə yaranmış bu 
məktəbin adı vişeşa– xüsusiyyət sözündən əmələ gəlmişdir. 
Vayşeşika 
təliminin 
banisi müdrik
 Kanada 
olmuşdur.
Gerçəkliyi izah edərkən vayşeşiklər üçün substansiyanın, atomların, ruhların 
kateqoriyalarının xüsusiyyətləri birinci dərəcəli əhəmiyyət kəsb edir. Vayşeşika ilk 
atomizm məktəbi hesab edilir. Onun məqsədi həqiqi idrak vasitəsilə iztirabdan
əzab– əziyyətdən qurtulmağa nail olmaqdır. Onlara görə substansiya 5 – dir. Bunlar 
Su, Torpaq, Işıq, Hava və Efirdir. Onlar əbədi, bölünməz atomlardan ibarət olan fi-
ziki elementlərdir. Bütün fiziki aləm bu ünsürlərdən yaranmışdır. Bütün kiçik his-
səciklər (anular) əbədidirsə, deməli onlar yaranmayan və bölünməyəndir, onlardan 
əmələ gələn obyektlər isə keçici və müvəqqətidir. Əbədi anulardan fiziki obyektlə-
rin yaranması belə izah edilirdi: Allah Obyektiv aləmin yaradıcısıdır, lakin o, bunu 
heçlikdən deyil, əbədi mövcud olan anudan (məkan, zaman, efir, ağıl, ruh) yarat-
mışdır. Beləliklə, atomların bütün hərəkətlərinin Allahın iradəsindən asılı olması 
fikri irəli sürülürdü.
Digər məktəb 
çarvaka– lokayata 
hesab olunur. Bu da ənənələrə əsaslanan qə-
dim materialist təlimdir.
Hind mədəniyyətinin mifoloji mərhələsi qədim Hind abidəsi «Riqveda»da əks 
olunmuşdur. Qədim Hind mifologiyasında ilk insan Puruşadan danışılır. Həmin pu-
ruşadan kosmosun elementləri, dünya ruhu «Mən» yaranmışdır. Puruşa kainatın 
maddi «tamamlayıcısı» rolunda çıxış edir. Böyük ölçüsünə görə, o, hər yerdə var, 
hər yeri doldurur. Eyni zamanda Puruşa– kosmik ağıldır. O, «vedlərin bilicisidir». 


28
Onda «fikir vardır».
Upanişadlar (hərfi tərcüməsi: müəllimin ayaqları önündə oturmaq deməkdir
ona gizli, müqəddəs bilik də deyirlər) hind mədəniyyətinin metafizik mərhələsinə 
aiddir. Formasına görə Upanişadlar müəllimin şagirdlərlə dialoqudur. Orada ilk sə-
bəb, ilk başlanğıc problemi göstərir ki, onun vasitəsilə də təbiətin bütün hadisələri 
və insanın mənşəyi izah olunur. Upanişadlarda əsas yeri varlığın ilk səbəbi və ilk 
əsası kimi mənəvi başlanğıc brəhmən, yaxud atman, nadir hallarda Puruşa haqqında 
təlim tutur. Brəhmən və atman adətən sinonim kimi işlədilsə də, brəhmən çox vaxt 
allahın hər yerdə olan ruhunu ifadə edir. Upanişadlardan başlayaraq brəhmən və at-
man bütün hind fəlsəfəsinin (hər şeydən əvvəl vedenta təliminin) mərkəzi anlayış-
larına çevrilir.
Brəhmən və atman Upanişadların müxtəlif mətnlərində müxtəlif şəkildə şərh 
olunur. Bəzilərində yaradıcı– allah və dünyanın hakimi, digərlərində panteist (dün-
yanın maddi ilk səbəbi ilə, yemək, nəfəs, ilk maddi element və s. ilə) ruhda dünya 
ilə eyniləşdirilir. Brəhmən mənəvi mütləq və onun bütün təzahürlərinin, prosesləri-
nin daxili mahiyyəti kimi göstərilir. Upanişadın mərkəzi ideyası bu mənəvi mahiy-
yəti insanda və təbiətdə eyniləşdirməkdir.
Bir sıra mətnlərdə brəhmən– atmanın üçlü, triadik təbiəti təsdiq olunur. Digər 
mətnlərdə isə real gerçəkliyin yaranmasının və sonralar məhv olmasının, brəhmən– 
atmanda əriməsinin dövri olaraq tsiklik təkrarından söhbət açılır. Varlığın bu tsiklik 
simvolu adətən əbədi fırlanan təkər (çakra) obrazında çıxış edir. Dünya qanunauy-
ğunluğu prinsipi mənəvi– etik rəngə malik olan dharma konsepsiyası ilə ifadə olu-
nur. Upanişadın idrak nəzəriyyəsində mərkəzi məsələ biliyin iki– aşağı və ali növə 
bölünməsi ilə səciyyələnir. Aşağı– empirik gerçəklik haqqında bilikdir (o həqiqi 
deyil, qırıq– kəsik, fraqmentardır). Ali isə– mənəvi mütləq biliyidir. Varlığın bü-
tövlüyü ilə qəbul edilməsidir. Ona nail olmaq mistik praktikanın, yoq praktikasının 
köməyilə mümkündür. Yalnız bu bilik dünya üzərində ağalığa imkan verər.
Etika sahəsində Upanişadlarda dünyaya münasibətdə passiv– seyrçi mövqeyin 
təbliği mühüm yer tutur. Ali xoşbəxtlik ruhun dün-yaya hər hansı bağlılıqdan xilas 
olması (mokşa, mukta) kimi qiymətləndirilir. Lakin, eyni zamanda, fəal həyata ça-
ğırışlar da eşidilir. Upanişadlarda maddi və mənəvi dəyərlər arasında fərq qoyulur.
İlk dəfə olaraq Upanişadlarda ruhun köçürülməsi (keçməsi) 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin