27
(təxminən e.ə. 1,5 min il əvvəl). Vedlərin ikinci hissəsi
Brəhmənlərdir
(ritual
mətnlər məcmuəsi). Brəhmənizm dini onlara əsaslanmışdır (məlum olduğu kimi,
brəhmənizm buddizmə qədər Hindistanda hakim din olmuşdur). Vedlərin üçüncü
hissəsi– Aranyakilər (tərkidünya adamlar üçün davranış qaydaları) adlanır. Dör-
düncü hissə Upanişadlardır («Upanişad» sozünün lüğəti mənası «müəllimin ayaqla-
rı yanında oturanlar» deməkdir). Əslində Upanişadlar e. ə. I minillikdə yaranmış
sırf fəlsəfi hissədir. Artıq bu zaman fəlsəfi şüurun ilk elementləri yaranır və ilk fəl-
səfi təlimlərin formalaşması müşahidə olunur (buraya həm dini– idealist, həm də
materialist təlimlər daxildir). Qədim Hind fəlsəfəsinin səciyyəvi cəhəti müəyyən
sistem və məktəb çərçivəsində iki böyük qrupa bölünməsidir.
Qəbilə münasibətlərinin dağılması, quldarlığın formalaşması ilə əlaqədar
«Vedlərin» təlimlərinə, brahman kahinlərinin ayin və rıtuallarına, inamlarına etiraz
edənlər də meydana gəlirdi. Bunların sırasında brahmanizmə tənqidi yanaşan şra-
manları, acivikləri (naturalist-fəlsəfi təlim), çaynizm və buddizmi qeyd etmək olar.
Bu tənqidi dini-fəlsəfi cərəyanlar əsasında qədim dövr hind fəlsəfi sistemi olan sut-
ralar meydana çıxmışdi.
Sutralar - fəlsəfi fikirlərin yığcam zərb-məsəllər, aforizmlər, atalar sözləri şək-
lində ifadəsı idi. E.ə.VI-V əsrlərdən Hindistanda kortəbii materialist təlimlər - loka-
yat və çarvak baxışları formalaşmışdır.
Bu və ya digər istiqamət bir sıra məktəblərdə tez– tez dini– etik forma altından
materialist tendensiyalarla müşahidə olunurdu. Məsələn, qədim Hind materialist
məktəbi olan
Dostları ilə paylaş: