Z
ZAMAN
– fəlsəfə termini olaraq zaman olub, keçən, dəyişmə və müddətlilik
forması. Ərəbcədən gəlmədir. Kök hərfləri “zəmənə”dir. Zəmanə sözü də buradan
qaynaqlanır. Zəmanə sözü zaman sözünün qadın cinsindəki halıdır. Qayıdışı olma-
yan bir istiqamətdə bir-biri ardından getmə. Zaman sürüb gedən doğru bir xətt ola-
raq düşünülə bilər. Obyektiv zaman ölçülə bilən, amma öz-özünə deyil, cisimlərin
dəyişkənliyi ilə ölçülə bilər.
ZƏRDÜŞTİLİK –
Azərbaycan, İran, Orta Asiya, Əfqanıstan və Ön Asiyanın
bir sıra digər vilayətlərində yayılmış qədim dövr erkən
orta əsrlərinin ən mühüm
dinlərindən biri.
ZƏRURİYYƏT
- prosesin əsasında bunun ayrı-ayrı formalarının münasibətini
ifadə edən fəlsəfi kateqoriyalar.
ZİDDİYYƏT
– hər bir inkişafın, hərəkətin daxili
mənbəyini ifadə edən kateqo-
riya.
ZİKİR
– hərfi mənada xatırlamaq, yadda saxlamaq deməkdir. Kökü ərəbcədəki
“zəkərə” felindən gəlir. Sufi zikir edərək daima Allahı
yadda saxlayar və bunun
üçün dili ilə Allahı xatırladan sözlər,
ifadələr deyər
.
Sufi
nəzdində ibadətlər də zikir
sayılır. Namaz, oruc, zəkat kimi ibadətlər zikir xüsusiyyəti daşıyaraq sufiyə Allahı
xatırlamağa
imkan verir, yadından çıxarmağa qoymur.