Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə299/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   295   296   297   298   299   300   301   302   ...   307
333 felsefe muhazireler toplusu eyani

REALLIQ
– Həqiqi olan, var olan şeylərin hamısı. Bu mənada həqiqətin şüur-
dan, düşüncədən asılı olan və olmayan varlıqlar mövcuddur. 
RELYATİVİZM 
[lat. relativus - nisbi] – insan idrakının nisbiliyi, şərtiliyi və 
subyektivliyi haqqında idealist təlim. 
ROMANTİZM 
[lat. romanus – Romaya aid] – mədəniyyətin ən müxtəlif sa-
hələrini əhatə etmiş ideya hərəkatı və bədii hərəkat; XIX əsrin əvvəllərində klassi-
sizmi əvəz etmişdir. 
RUH 
– nəfəs alma, üfləmək, nəfəs dərmək– bədəni daima canlı qılan, ona hə-
yat verən, yaşadan, lakin maddi olmayan varlıq. Dini fəlsəfədə ruh ölümsüz və in-
sanın əbədi həyatını təmin edən varlıq. Aristotelə görə ruh təbii – canlı həyatın ide-
yasıdır. Sözün geniş mənasında ideal olanla, şüurla, maddi başlanğıcdan fərqli ola-
raq qeyri-cismani başlanğıcda eyniyyət təşkil edən anlayış; sözün dar mənasında tə-
fəkkür anlayışı ilə eyni mənalıdır. 

 
SENTİMENTAL
– duyğuların və hisslərin ağır gəlməsi, həddindən artıq bir 
formada insana təsir etməsi halı. 
SEMANTİKA 
– 
[yun. semanticos – anladan] Dilçilikdə işlənən termindir. 
Sö-


319
zün, ifadənin, qrammatik formanın mənası. Semiotikanın bölməsi. 
SEMİOTİKA 
[yun. Semeion – işarə, əlamət] – bildirmək, xəbər vermək məq-
sədilə istifadə edilən hər növ işarə sistemini və fəaliyyət prosesini tədqiq edən elm. 
Ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formallaşdırılmış 
dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. 
SENSUALİZM 
[lat. sensus – sözündən; hiss, duyğu] – Bütün məlumatların 
sadəcə hisslərdən qaynaqlandığını, duyğu qavramalarına əsaslandığını irəli sürən 
təlim. Duyğunu idrakın yeganə mənbəyi kimi qəbul edən qnoseoloji təlim. Sensua-
lizm təlimini əsaslandıran filosof Lokk olmuşdur. Lokk iddia edirdi ki, daha əvvəl 
hisslərdə heç bir şey anlıqda yoxdur. 2. Bütün ruhi hadisələri duyğulara geri qayta-
ran anlayış. 3. Əxlaq fəlsəfəsi baxımından həyatın mənasını hiss orqanlarında tapan 
təlimlər.

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin