Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə304/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   299   300   301   302   303   304   305   306   307
333 felsefe muhazireler toplusu eyani

TƏXƏYYÜL
bir obyekti, o obyekt qarşımızda olmadan proqramlaşdırmaq 
bacarığı. Gerçəklikdən alınmış təəssüratların yenidən dəyişdirilməsi əsasında insan 
şüurunda yeni hissi və ya fikri obrazlar yaratmaq qabiliyyəti. 
TƏHTƏLŞÜUR 
–– müəyyən anda şüurun məna fəaliyyətinin mərkəzi olmasa 
da, şüurlu proseslərin gedişinə təsir göstərən fəal psixi proseslərin xarakteristikası. 
Ərəb dilindən hərfi mənada şüurun altındakı deməkdir. 
TƏŞƏKKÜL
– insan ruhu və fikrinin mədəni dəyərlərə böyük bir məna verə-
rək qoşulacaq formada mənəvi inkişafı və formalaşması. şeylərin və hadisələrin öz-
özünə dəyişməsini – onların digər şeylərə və hadisələrə fasiləsiz çevrilməsini ifadə 
edən fəlsəfi kateqoriya. Təşəkkül sözündən düzəlmiş 
müt
əşə
kkil 
sözü də dilimizdə 
işlənir. Təşəkkkül hərfi mənada əslində yaran-maq, ortaya çıxmaqdan daha çox təş-
kilatlanmaq kimi də başa düşülə bilər. Mütəşəkkil sözü də bu anlamda təşkilatlan-
mış kimi hərfi tərcümə olunur. 
TƏZAD
– bir-birinin qarşısında olan, bir-birini qarşılıqlı olaraq bayıra atan iki 
kəlmə, yaxud da qərar arasındakı bağlantı. Təzadlar fəlsəfədə mühüm hesab olunur. 
Təzad və ziddiyyətin dialektik materializmdə inkişafın əsas qanunauyğunluqların-
dan hesab olunurdu. 
TOVHİD 
[birləşdirmə, birləşmə, təkalllahlılıq, monoteizm mənasındadır] – is-
lam dinində allahın yeganəliyi və təkliyini [La ilahə illəllah] təbliğ edən dini-siyasi 
təlim. Tovhid islamın əsas şərtlərindən hesab olunur. Bəzən islama təkallahlı din 


323
kimi tovhid dini də deyirlər. Tovhid həm də bu dini qəbul etmənin əsasını təşkil 
edir, çünki onun ziddi Tanrıya şərik qoşmaqdır ki, bu da əsla qəbul olunmur və din-
dən çıxmış hesab olunur. 
TOMİZM
– katolik fəlsəfsində Foma Akvinalının əsaslandırdığı və onun ardı-
cıllarının əsaslandırdığı aparıcı cərəyan. Tomizm dominikan ordeninin müxtəlif 
məktəblərində məşhur idi. Tomiz-mə görə insan iradəsi ilə Tanrının əvvəldən təyi-
natını təbii-fövqəladə bir varlıq sistemi içərisində birləşdirən, əqlin üstünlüyünü is-
tək və və iradə üzərindəki suverenliyini önə sürən bir təlimdir. 
TRANSSENDENT 
[lat. transcendere – üstündən adlayıb keçmək, pozmaq] – 
1. Bir sistemin xaricinə yüksələn, var olan bir həddi keçən. 2. Üstün olan, bəşəri 
olanlardan yüksəkdə dayanan [Tanrı kimi]. 3. Kanta görə ola biləcək hər növ eks-
perimentin kənarına çıxan, şüurun xaricinə adlayan. 4. Təbiətdən kənarda olan və 
onun sərhədlərini aşan, fövqəlbəşəri olanlara deyilir. İmmanent termininin əksinə 
olaraq şüurun və idrakın hüdudlarından kənarda olanı ifadə edən termindir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin