30
Yoqa təliminin müasir təbliğatçıları digər təlimlərə pis münasibət bəsləməyin
əleyhinə çıxırlar. Məsələn, Ramakrişna bu məqsədlə «Fil haqqında ibrətli heka-
yə»ni misal gətirir.
Onun da mənası budur ki, «Allah çoxlu aspektə malikdir və hərə onu bir cür
görür» «Dörd nəfər kor filə yaxınlaşır. Biri ayağına əl gəzdirir və deyir: «Fil dirəyə
bənzəyir». Ikincisi xortuma əl gəzdirir və deyir: «Fil dəyənəyə bənzəyir». Üçüncü-
sü «Fil çəlləyə bənzəyir». Dördüncüsü, filin qulaqlarına əl gəzdirir və deyir: «Fil
böyük zənbilə bənzəyir». Mübahisəyə başlayırlar və heç biri fili görmür. Hamı
üçün o müxtəlifdir. Əslində isə fil dörd nəfərin «gördüyü» bütün cəhətləri birləşdi-
rir. Ramakrişna, Ramaçarağa və digər Yoqa müəllimləri
digər təlimlərə dözməyi və
onlara düşmən münasibəti bəsləməməyi məsləhət görürlər. Yuxarıda göstərdiyimiz
ibrətamiz hekayədə belə bir həqiqət ifadə olunur ki, Allah vahiddir, lakin çoxlu as-
pektlərə malikdir. Müxtəlif xalqlar allaha müxtəlif adlar verir və müxtəlif formalar-
da təqdim edirlər. Allah adlıdır və həmçinin adsızdır. Onun adı və forması var, eyni
zamanda onun nə adı var, nə də forması var. Yoqa təliminin fəlsəfəsi və praktikası
bundan ibarətdir.
Qeyd etmək lazımdır ki, hər iki təlimlin başlıca prinsiplərinə biz epizodik olsa
belə Upanişadlarda rast gəlirdik. Konsepsiyaların əsasını praktiki (materiya, təbiət)
haqqında baxışlar tutur. Həmin baxışlarda bütün varlığın (o cümlədən psixikanın,
şüurun) mənbəyi kimi, həmçinin ondan asılı olmayan saf ruh (Puruşa) (o,
bəzən
brəhmən, atman da adlanır) haqqında da söhbət açılır. Beləliklə, burada dünyagörü-
şü dualistdir və iki başlanğıcın etiraf edilməsinə əsaslanır.
Dostları ilə paylaş: