31
Caynizm.
E. ə. VI əsrdə yaranmış caynizm fəlsəfi məktəbi «müdriklər» təlimi-
nin inkişafı nəticəsində əmələ gəlmişdir. Caynizmin əfsanəvi banisi Cina (sanskrit-
də– qalib) təxəllüsü olan Mahavira Vardhavana olmuşdur. Cina və onun ardıcılları
haqqında əhvalatlar kanonik, caynist ədəbiyyatını (siddahanta) təşkil etmişdir. Cay-
nizmə görə Cina 5 həqiqəti təbliğ etmişdir: adam öldürməmək, yalan danışmamaq,
oğurluq etməmək, dünyəvi şeylərə bağlanmamaq, bakirliyini, saxlamaq (rahiblər
üçün).
Ümumiyyətlə, caynist fəlsəfəsinin əsas məzmunu onun etikası, yəni insanın
ehtiraslardan azad olması təlimidir. Bir sözlə, caynizm etikası asketizm etikası idi.
Bilik geniş mənada başa düşülür. O, mənəvi müəllimlər tərəfindən verilir. Bi-
lik təkcə müəllimə qulaqasma deyil, həm də düzgün əxlaq, davranış və hərəkət tər-
zidir.
Dualist
xarakter daşıyan caynizm təlimində canlı (adciva) və cansız (civa)
substansiyalar haqqında danışılır. Cansız aləm atomlardan ibarət olan materiyadır.
Varlıq probleminə gəldikdə, caynistlər, real olan çoxlu şeylərin mövcudluğu-
nu, onların bir tərəfdən daimi (substansional), digər tərəfdən isə keçici xassələrə
malik olmasını qeyd edirdilər. Materiya elementlərə parçalanan və parçalanmayan
elementlərin cəmləşməsi kimi başa düşülürdü. Materiyadan başqa cansız substansi-
yaya məkan, zaman, hərəkət və sabitlik şəraiti də aid edilirdi.
Ruhun əsas əlamətini şüur hesab edən caynistlər müxtəlif ruhlarda şüurluluq
səviyyəsinin fərqləndiyini göstərirdilər. Ruh bədənlə birləşməyə meyillidir. Ruhun
asılılığının əsas səbəbi onun güclü arzusu və ya əzabıdır. Əzabın əsas səbəbi isə hə-
yati bilməməkdir. Caynizmin əsas məqsədi olan “qurtuluş” ruhun bədəndən tama-
milə ayrılmasına gətirib çıxarmalı idi ki, buna da asketizm vasitəsilə çatmaq olardı.
Dostları ilə paylaş: