29
s/s
Ortodoksal
(Vedlərin nüfuzunu qəbul edənlər)
Qeyri– ortodoksal
(Vedlərin nüfuzunu qəbul etməyənlər)
1. Vedanta (e.ə. IV– II əsrlər)
Caynizm (b.er. əv IV əsr)
2. Mimansa (e.ə. VI əsr)
Buddizm (b.er. əv.VII—VI əsr)
3. Sankhya (e.ə. VI əsr)
Çarvaka– lokayata
4. Nyaya (e.ə. III əsr)
5. Yoqa (e.ə. II əsr)
6. Vayşeşika (e.ə. VI– V əsrlər)
Epik dövrün hind fəlsəfəsinə gəldikdə isə həmin dövrün fəlsəfi fikrinin əsas
mənbəyi 18 kitabdan ibarət olan geniş epik «Mahabharata» poemasıdır. Fəlsəfə
nöqteyi– nəzərindən az– çox maraq doğuran əsər «Bhaqavat– Gita»dır. Upanişad-
larda ayrı– ayrı fikirlərdə və deyimlərdə ifadə olunan fəlsəfə «Mahabharata»da
dünyagörüşü problemlərinin izahına həsr olunmuş bütöv konsepsiyalar şəklində
özünü göstərir. Həmin konsepsiyalar içərisində
sankhya
və onunla sıx əlaqədar
olan yoqa təlimləri mühüm əhəmiyyət kəsb edir.
Sankhya.
Ən qədim təlimlərdən biri olan bu təlimin əsası e.ə.600-cü ildə yaşa-
ması güman edilən Kapila tərəfindən qoyulmuşdur. Sankhya təliminə görə dünyada
iki – maddi və mənəvi başlanğıc mövcuddur. Bütün cisim və hadisələrin, o cümlə-
dən psixi hadisələrin və bütövlükdə dünyanın izah edilməsində maddi səbəb əsas
olmalıdır. Bu ilk səbəbi doğuran ilkin səbəb yoxdur, o bütün dünyanın daimi əsası-
dır.
Bir sıra başqa təlimlərdə olduğu kimi sankhya təlimi də müdriklərin əsas vəzi-
fəsini insanı iztirabdan, əzab– əziyyətdən və bədbəxtlikdən xilas etmək üçün vasitə
və yolların dərk olunmasıda, axtarılıb tapılmasında görür.
Dostları ilə paylaş: