24
II HİSSƏ
FƏLSƏFƏ TARİXİ
II FƏSİL
QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ
§ 1. Qədim Misir və Babilistanda fəlsəfi fikrin inkişafı
§ 2. Qədim hind və Çin fəlsəfəsi
§ 3. Antik fəlsəfənin meydana gəlməsi. Sokrata qədərki mərhələ.
§ 4. Klassik dövr yunan fəlsəfəsi.
§ 5. Ellinizm dövrü və Roma fəlsəfəsi.
§ 1. Qədim Misir və Babilistanda fəlsəfi fikrin inkişafı
Eramızdan əvvəl IV minilliyin sonu və III minilliyin əvvəllərində qədim
Mi-
sirdə və Babilistanda
dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxışlar həmin
ölkələrdə bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat, astronomi-
ya, triqonometriya və astrologiyaya əsaslanırdı.
Qədim misirlilər bütövlükdə dünyaya miflərin prizmasından yanaşaraq göstə-
rirdilər ki, səmanı ulduzlar və onların topluları şəklində göy ilahəsinin (Nut ) gəril-
miş bədəni yaratmışdır. İnsanlar isə günəş Allahı Ranın göz yaşlarından törənmiş-
lər. Onların əsaslandıqları İsida və Osiris rəvayətinə görə Osiris həm həyatı,
həm də
ölümü özündə birləşdirən hər şeyə qadir qüvvədir, onun ölümü Nil çayının suyu-
nun səviyyəsinin aşağı düşməsini, onun parçalanıb suya atılmış bədən hissələri Nil
çayının daşmasından sonrakı kiçik gölcüklər, bataqlıqlardır, Osirisin dirilməsi ça-
yın yenidən daşması, yeni həyatın başlanğıcıdır.
Qədim misirlilər ruhun ölməzliyini qəbul edirdilər və göstərirdilər ki, ruh bə-
dən tam saxlandığı təqdirdə ölmür. Ölülərin mumiyalanması adəti də həmin fikir-
dən irəli gəlmişdi.
Lakin qədim Misirdə
Dostları ilə paylaş: