18
təfəkkürə keçməyə imkan verir. O, öyrəndiyi obyektlərin əksəriyyətini qeyri-xətti
qanunlarla idarə edilən açıq, qeyri-taraz sistemlərə aid edir. Bu sistemlərin hər biri
özünütəşkil
qabiliyyətinə malikdir, davranışları isə onların əvvəlki təkamül tarixi
ilə müəyyənləşir.
Sinergetika müxtəlif elmlər arasında əsas prinsiplərin intensiv mübadiləsi üçün
şərait yaratmışdır. Sinergetikanın inkişafı ilə əlaqədar fəlsəfənin və riyaziyyatın
qarşılıqlı yaxınlaşması müşahidə olunur. Bu isə fəlsəfi və riyazi metodların inteqra-
siya gücünü artırır. Sinergetika elmi biliyin təşkilinin elə səviyyələrini aşkar etmə-
yə
imkan verir ki, orada fəlsəfə inteqrasiyanın zəruri amillərindən biri kimi çıxış
edir. Alimlər inteqrativ amillərin aşağıdakı iyerarxiyasını aşkar etmişlər: fəlsəfə -
qanun - metod - prinsip - nəzəriyyə - ideya - metanəzəriyyə - konkret elm - meta-
elm - qonşu elm - kompleks elm - dünyanın elmi mənzərəsi - fəlsəfə. Bu iyerarxi-
yada fəlsəfə ən ümumi inteqratordur.
Dostları ilə paylaş: