Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Dünyagörüşdə hər üç ünsür - dünyaduyumu, dünyanıqavra-



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə11/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   307
333 felsefe muhazireler toplusu eyani

Dünyagörüşdə hər üç ünsür - dünyaduyumu, dünyanıqavra-
ma, dünyanıanlama vəhdət təşkil edir.
Dünyagörüşü öz məzmununa daxil olan münasibətlər («təbiət-insan münasi-
bətləri», «cəmiyyət-insan münasibətləri», «subyekt-obyekt münasibətləri» və s.) 
əsasında, xüsusilə aşağıdakı struktur komponentlərini üzvi vəhdətdə birləşdirir. 
1)
Həmin münasibətlərin doğurduğu və gerçəklikdə sınanıb ümumiləşdirilmiş 
biliklər sistemi. Gerçəklik haqqında dünyagörüşü xarakterli ümumiləşmiş biliklər 
sisteminin yaranmasında, həqiqətə doğru can atılmasında, sosial-fəlsəfi elmlərlə 


15
(fəlsəfə, etika, tarix, siyasi iqtisad və s.) yanaşı, dünyanın həqiqi təbii-elmi mənzə-
rəsini verən xüsusi elmlər də (təbiətşünaslıq, texniki, insanşünaslıq elmləri və s.) iş-
tirak edir. 
2)
Dünyagörüşün struktur komponentlərindən biri də bəşəri sərvətlərlə (dəyər-
lərlə) dünyagörüşün ümumi ideyaları və prinsiplərinin qovuşması, onlarla şərtlən-
məsidir. Bəşəri mənəvi sərvətlərə (xeyirxahlıq, insanpərvərlik, vicdan, şərəf, vətən-
pərvərlik və s.) uyğun gəlməyən və ya onlara qarşı çevrilmiş heç bir ideya və prin-
sıp dünyagörüşü amilinə çevrilə bilməz. 
3) Dünyagörüşün digər mühüm struktur komponenti olan əqidə formalaşdırl-
masında, alınmış biliyin əqidəyə çevrilməsində müasir elmi-texniki nailiyyətlərin 
həyata, istehsalata tətbiqi, onların sosial-mənəvi nəticələri mühüm rol oynayır. Əqi-
də isə əhval-ruhiyyə, iradə və hisslərlə daha çox bağlı olduğundan şəxsiyyətin mə-
nəvi aləminə daha ciddi daxil olur, onu sosial fəallığa və yaradıcılığa sövq edir. 
Əqidə üçün meyar - insan fəaliyyətidir. Biliyin, ictimai şüurun dünyagörüşə çevril-
məsi üçün onlar əqidə xarakteri kəsb etməlidir. Əqidə - insanın həyat fəaliyyətində 
rəhbər tutduğu prinsip və idealların həqiqiliyinə, doğruluğuna dərindən və əsaslan-
dırılmış inamdır, heç vaxt dönmədən, dərin, daxili inamdır. Bu isə o deməkdir ki, 
şəxsiyyət öz ideya və əməllərinin doğruluğuna heç bir tərəddüd göstərmədən inan-
malıdır. Möhkəm əqidə formalaşmasında isə insana düzgün ideallar, sosial-sinfi 
məqsədlər verilməlidir. Həmin sosıal-siyasi, mənəvi ideallar əsasında dünya haq-
qında baxışlar qiymətləndirilir, bilik əqidəyə çevrilir, dünyagörüşü xarakteri alır. 
4) Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə) 
də mühüm yer tutur. Dünyagörüşü ancaq insan fəaliyyəti ilə öz prinsip və ideyaları-
nı maddiləşdirir, həyata keçirir. Məhz fəaliyyət prosesində dünyagörüşün bəşəri 
sərvətlərə (dəyərlərə) və sosial-mənəvi məqsədlərə uyğunluğu təmin olunur. Şəx-
siyyət hadisələri öz dünyagörüşü baxımından qiymətləndirir və ona uyğun fəaliyyət 
göstərir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin