MÖvzu. Qadin təDQİqatlari – MÜASİr qenderantropologiyasinin təRKİB



Yüklə 84,98 Kb.
Pdf görüntüsü
tarix17.04.2017
ölçüsü84,98 Kb.
#14277

 

 

MÖVZU. 



QADIN TƏDQİQATLARI – MÜASİR  

QENDERANTROPOLOGİYASININ TƏRKİB  

HİSSƏSİDİR 

 

• 



Qadın qender antropologiyasının tədqiqat obyekti kimi 

• 

Marqaret Mid – ilk qadın antropoloqu 

• 

Henriyet Murun tədqiqatlarında feminist antropologiyası problemləri 

• 

Heyl Rubinin qadınlar mübadiləsi konsepsiyası  

• 

Şerri Ortnerin antropoloci konsepsiyası  

• 

Coan Huberin qender stratifikasiyası modeli 



 

Qadın qender antropologiyasının tədqiqat obyekti kimi 

Sosial antropologiyanın (qeyd edək ki, digər sosial elmlərlə yanaşı) feminizm tərəfindən ifadə 

olunan xüsusi narahatçılığın səbəbi – qadınlara göstərilən etinasızlıq olub. Lakin bu etinasızlıqla bağlı 

bütün hadisələrin öyrənilməsi, onun tarixinin yenidən qurulması müəyyən çətinliklərlə bağlıdır. Burada 

başlıca səbəb – qadın mövzusuna qadın antropologiyasının ənənəvi hal alan ikili mövqe olub. Qadınlar 

ənənəvi antropologiyada heç də saymazlıqla qarşılanmırdılar: «Müşahidə» və çöl işi səviyyəsində qadın 

davranışı  (əlbəttə, kişi davranışı olduğu kimi) müfəssəl, bütün təəssüratı ilə  təsvir olunurdu: nigah, 

iqtisadi fəallıq və istirahət. 

Qadınlar, etnoqrafik tədqiqatlarda həmişə təmsil olunurdu, bunun səbəbi ilk mövqedə etnoqraflar 

tərəfindən, qohumluq və nigah problemlərinə ənənəvi maraq göstərilməsində olub. Lakin problemin canı 

empirik tədqiqatlarda yox, çox guman ki, onların təsviri sahəsindədir. Bu mövzuya həsr olunmuş məşhur 

tədqiqatda, müəlliflər, etnoqraf-kişilər, və etnoqraf-qadınlar tərəfindən, Avstraliya aborigenlərin (yerli 

əhali) həyat mövqeyi və  səciyyəvi keyfiyyətlərinə verilən interpretasiyalarda fərqləri axtarırdılar. Kişi-

etnoqraflar qadın-aborigeni iqtisadi cəhətdən faydasız, mərasimlərdən kənarlaşdırılmış bir məxluqun 

olduğunu qeyd edir, qadın-etnoqrafları isə məişət sahəsində qadının başlıca rolunu ardıcıl olaraq təsvir 

edir, xüsusi qadın rituallarının (mərasimlərin)  əhəmiyyətini qeyd edir, kişilər tərəfindən qadınlara olan 

hörmət əlamətlərini xüsusi vurğulayırdılar. Beləliklə, qadınlar hər iki tərəfin (qadın-etnoqrafların və kişi-

etnoqrafların) tədqiqatlarında təmsil olunsa da, onların təsvirlərində müəyyən fərq var idi. 

Yeni qadın antropologiyası  1970-ci ildən formalaşmağa başlayır.  İlk növbədə burada antropoloji 

ədəbiyyatda qadınların təsvirolunma tərzi ilə mübarizə başlandı. Problemin hüdudları kifayət qədər tez 

bir zamanda müəyyən olundu və  məlum oldu ki, burada üç cür yanlış fikir var. Birincisi, tədqiqatçılar 

tərəfindən antropologiyaya gətirilmiş müxtəlif kişi və qadınlar arasındakı münasibətlərə aid 

təsəvvürlərin aksiom və  mədəni qadağalar  şəklində  təqdim olunması, bir də bu münasibətlərin iki 

kollektivdən daha geniş olan birliklərin anlamasının, cəmiyyət üçün vacibliyini bildirən ustanovkaların 

gətirilməsi olub. 

Kişi tədqiqatçıların belə yanlış fikirləri çöl tədqiqatlarına da təsir göstərdi. Bəzən deyirlər ki, digər 

mədəniyyətlərdə (cəmiyyətlərdə) yad adam tərəfindən sorğu aparılan zaman (xüsusilə kişi tədqiqatçılar 

tərəfindən) kişilər belə sorğularda daha fəal iştirak edirlər. Lakin daha ciddi və daha üstün problem 

ondan ibarətdir ki biz əminik ki, bu kişilərin  əlində (bizim cəmiyyətdə olduğu kimi) ən  əhəmiyyətli 

informasiya toplanıldığı üçün yuxarıda qeyd edilən nəticə alınır. 

İkinci yanlış fikir daha çox öyrənilən cəmiyyətə aiddir. Burada qadınlar kişilərin tabeliyində olan 

bir məxluq kimi qiymətləndirilir, qender münasibətlərinə olan belə baxış  şübhəsiz, antropoluqu, onun 

respondentləri ilə (sorğu iştirakçıları) birləşdirən ümumi çıxış nöqtəsi olur. 

Üçüncü və sonuncu yanlış fikir bütövlükdə qərb mədəniyyətinə xas olan mövhumatlarla bağlıdır. 

Tədqiqatçılar qadın və kişi münasibətlərində uyğunsuzluğu müşahidə edərkən dərhal öz 

mədəniyyətində olan belə hallara müraciət edir. Burada da (yəni qərb mədəniyyətində) qender 

münasibətlərində qeyri-bərabərlik və iyerarxiya (ağalıq-tabelik münasibətləri) müşahidə olunur. Son 

zamanda xeyli feminist-antropoloqlar belə bir fikri ifadə edir ki, qadın və kişilər arasındakı münasibətləri 

daha eqalitar (bərabərçiliyə  əsaslanan) olduğu bir zaman, alimlər belə bir zamanda bu bərabərliyin 

mahiyyətini anlamırdılar, çünki Avropada qəbul olunmuş fərqlər və assimetriya haqqındakı təsəvvürlərə 

hökmən ağalıq və qeyri bərabərlik münasibətləri də daxil olunur. 


 

 

Belə şəraitdə təbii ki, feminist antropoloqların ilk vəzifəsi, kişilərdə yaranmış yuxarıda qeyd edilən 



üç yanlış fikri aradan qaldırmaq idi. Buna nail olmaq üçün ilk növbədə qadınların öyrənilməsində daha 

obyektiv olmaq tələbi (yəni kişi etnoqrafların gördüyü işi, onların mühakimələrini nəzərə almadan) irəli 

sürüldü, qadınların mövqeləri, duyğuları, mühakimələri təhlil olundu. Kişi mövhumatların bu cür 

düzəldilməsi, qadın və qadın fəallığı haqqında toplanılmış  məlumatların ilk bankının yaradılması ilk 

zəruri, lakin cəsarətsiz addım idi. Dərhal gözə çarpdı ki, antropoloji ənənəyə qadına real şəkildə 

müdaxilə edilməsi ümumnəzəri və analitik səviyyələrdə yox, empirik tədqiqatlar səviyyəsində 

mümkündür. 

Beləliklə, feminist antropologiyası qarşısında ümumnəzəri antropologiyanın problemlərinin 

yenidən işlənib hazırlanması, bu nəzəriyyənin istiqamətlərinin dəyişdirilməsi durur. Qadın və qender 

tədqiqatlarına öz mühüm töhəfsini gətirən aparıcı qadın antropoloqların başlıca əsərlərinə müraciət edək. 

 

 

 



Marqaret Mid – ilk qadın antropoloqu 

Müxtəlif mədəniyyətlərdə cins anlayışını və cinsin fərqlərini təsvir edən və öyrənən antropoloqlar 

eyni bir ziddiyyətlə üzləşirdilər (bəzən onu dərk etməsələr də). Bir tərəfdən qadın fəaliyyətinin təsviri 

sosio-cins rollarının rəngarəngliyinin zəngin olmasını  təsdiqləyirdi. Digər tərəfdən isə, sosial 

nəzəriyyələrdə belə bir ənənə var idi: qadınlar mədəniyyətdə əhəmiyyətsiz bir amil kimi qiymətləndirilir, 

kişilərə nisbətdə onların ikinci dərəcəli olması isə adi bir fakt kimi qəbul olunurdu, yəni bu təbii idi.  

Kişi və qadınlar arasındakı sosial fərqlərin təbiiliyi haqqında təssəvvürlər, hətta ilk qadın 

antropoloq Marqaret Mid tərəfindən  əsaslı  şəkildə sarsıdılmadı, baxmayaraq ki, o, cinslərin 

münasibətlərində sosial amilin mühüm rol oynaması faktını xüsusi etnoqrafik materiallarla təsdiqləmişdi 

(məlumdur ki, sosial elmələrdə  təhlil kateqoriyası kimi cinsi fərqlər var). 1935-ci ildə yaratdığı «Jins və 

temperament  əsərində Mid yazırdı: «Şəxsiyyətin bir çox, bəlkə də bütün kişi və yaxud qadınınki hesab 

etdiyimiz xüsusiyyətlər, cəmiyyət tərəfindən hər bir cinsə aid edilən paltar, davranış tərzi, baş örpəyinin 

həmin cinslə zəif əlaqəli olduğu kimidir». 

Böyük peşəkar, məşhur Marqaret Mid ömrünün otuz ilindən artın dövrünü Polineziya adalarında, 

Yeni Qvineyanın Samoa adasında keçirməsinə baxmayaraq, Kolumbiya universitetinin rəsmiləri 

tərəfindən alim kimi qəbul edilməmişdir. Bu qadının fərdi elmi aqibəti, antropologiyada qadın 

mövzusunun acı taleyini özündə əks etdirir, bunun da üç tərəfi var: qadın bir peşəkar antropoloq kimi, 

qadın respondent (yəni sorğu obyekti) və qadın-sosial elmlərin tədqiqat obyekti kimi qəbul olunmaması 

tərəfləri. 60-cı illərin sonunda radikal feminizm, bu intellektual nəzəri və ekzistensial düyünü məhz belə 

təyin edərək qender problematikasının tərkib hissəsinə incəsənəti, ekologiyanı, dili, fiziki məkanı, 

memarlığı, analıq vəzifəsini, dini, səhiyyəni, hüququ, bəşər nəslinin tarixini, elmi və biliklərin 

yaradılmasını (epistemologiyanı) çevirdi. O cümlədən sosial elmlərdən biri olan antropologiyanı.  

Əslində antropologiyada, istənilən başqa sosial elmlə nisbətdə tədqiqatçı qadınlar daha çox təmsil 

olunub: buraya qərb antropoloqların və missionerlərin (xristianlığı təbliğ edənlərin) ağ dərili xanımları, 

bir də  tədqiqat obyekti olan digər irqlərin qadın nümayəndələri – kəbin, kənd təsərrüfatı, dəfn 

mərasimlərinin qadın iştirakçıları,  əl işləri ustaları, nəsil başçıları, yuxu yozanlar, ayın müəyyən 

günlərində toxunmaz olan, lakin daha çox ana, arvad, qaynana, qız, bacı, məşuqə olanlar… Axı Bronislav 

Malinovskinin tərifinə görə antropologiya – kişi qadının necə qucaqladığı haqqında elmdir. Digər 

tərəfdən, XX əsrin  əvvəllərində Amerika antropoloqları etiraf etdikləri kimi, peşəyə yiyələnmək – 

dünyanın mahiyyətini və kişi mövqelərini öyrənmək deməkdir. Doğrudan da qadın antropoloqlar gərgin 

işləsələr də, onların və kişi antropoloqların tədqiqatları arasında hər hansı bir fərqi müəyyən etmək 

olduqca çətindir. 



 

Henriyet Murun tədqiqatlarında feminist antropologiyası problemləri 

H.Murun hesab etdiyi kimi, ənənəvi antropologiyada qadın tədqiqatları ikinci dərəcəli obyekt kimi 

mövcud idi, onun müşahidə edilən sosial vəziyyəti, dünyanı qavramaq xüsusiyyətləri nəzəriyyədə öz 

ifadəsini tapmırdı. Antropoloqlar (cinsindən asılı olmayaraq) həqiqəti öyrənərkən, onun kişi modelinə 

daha üstünlük verirdilər (söhbət qadın problemlərin ikinci dərəcəli olmasından gedir). 


 

 

Antropoloji problematikasının kişi yozumunun məhdudluğu XX əsrin 70-ci illərin  əvvəllərində 



xüsusi bir səhə – qadınların antropologiyasının yaranması ilə  nəticələndi. Bu cərəyanın qadın 

nümayəndələri öz vəzifəsini qadınların qadın mövqeyindən öyrənilməsində görürdülər: özü də belə 

yanaşma etnoqrafik materialın qavranılması, təqdim edilməsi və yozulmasında təhriflərə yol 

verilməməsi baxımından bir qarant kimi qiymətləndirilirdi. Sosial antropologiyanın bir elm kimi yenidən 

qiymətləndirilməsi prosesində kişi inhisarçılığa qarşı qiyamın böyük rolu oldu. Burada bir çox nəzəri 

müddəalar ciddi şəkildə  tənqid olunub, ilk növbədə etnosentrizmin (Avropa sentrizmi) mövhumatları; 

sonuncular hamını  qərb  ənənəsi terminlərini istənilən mədəniyyətin öyrənilməsində istifadə etməyə 

məcbur edirdilər. Bir çox antropoloqlar artıq dərk etdilər ki, «mədəni fərqlər» anlayışı indiki görünüşdə 

müasir antropologiyanın aparıcı anlayış rolunu oynaya bilməz, çünki o bir növ fərqlərə, digərinin 

zərərinə olaraq, üstünlük verirdi. 

Qadınların antropologiyasında «mədəniyyətdə  fərqlərin» abstrakt tədqiqinin yerini konkret 

öyrənilən cinsin fərqləri tutur. Bunların spesifik mədəni ifadələri təhlil olunur. Yeni konkret fənnin 

tədqiqat probleminə myxtəlif mədəni regionlarda qadınların vəziyyətinin öyrənilməsi daxil edilir, 

qadınların kişilərlə qeyri-bərabərliyi, onların «istismar edilməsi və  əzilməsini doğuran sosial amillər» 

müəyyən edilirdi. 

Antropologiya ilə feminizmin ilk sintezi nəzəri cəhətdən zəif çıxdı. Qadın antropologiyasının 

aprior  şərti-dünyaya qadınların vahid baxışının olması ideyası idi, həqiqətdə isə qadınların rolu və 

statusu haqqında sosio-mədəni təsəvvürlər olduqca zəngindir. Vahid qadın mövqeyi əslində müasir 

Avropa qadınının dünyagörüşündən qırağa çıxmırdı, yəni, artıq tənqid atəşinə tutulan Avropa 

sentrizminin davamı idi. 

«Jins fərqlərini» aparıcı  tədqiqat obyektinə çevirərək, qadın antropologiyası onları, digər sosial 

fərqlər konteksində  təhlil etmirdi. Zənci feminist-qadınların tədqiqatları isə, irqin təcrübəsinin, cinsin 

təcrübəsini müəyyən etdiyini artıq sübut etdilər. Buna görə  də cinsin özu-özlüyündə öyrənilməsi, 

qadının sosial vəziyyətinin öyrənilməsi üçün, eyni ilə cins ümumiliyi-qadın həmrəyliyi üçün kifayət 

qədər möhkəm əsas ola bilməz. 

Qadın antropologiyasının varisi 80-ci illərin feminist antropologiyası olub. Bu yeni cərəyan kişi 

mövhumatı ilə mübarizədən bütövlükdə problemin tənqidi təhlilinə keçdi. Yeni vəzifələr tədqiqat 

predmetinin də  dəyişilməsinə  gətirib çıxartdı. Jinsin öyrənilməsi  (bu  da  öz  növbəsində feminizm 

yanaşmasının kənarına, yeni, müstəqil tədqiqatlara-cinsin antropologiyasına gətirib çıxartdı) antropoloq 

feministlər cinslərin qarşılıqlı münasibətlərinin təhlilini, bu münasibətlərin digər sosial əhəmiyyətli 

amilərlə (siniflər, irqlər, iqtisadi status, mülkiyyət münasibətləri, mədəni ənnələr və s.) qarşılıqlı təsirinin 

öyrənilməsi ilə tamamladılar. 

Feminist antropologiyasının ideyalarını aşağıdakı şəkildə ümumiləşdirmək olar: 

1.  Əldə edilmiş etnoqrafik materiallar sübut edir ki, qadınların cinsi identikliyini (bənzəməsini) 

dəyişdirən geniş çeşidli sosiomədəni fərqlər var ki, onların cəmiyyətdə  vəziyyətini, dünyaya 

münasibətini müəyyən edir. Universal xarakterli «qadın» anlayışını antropoloqlar sosiologiyadan 

götürüb istifadə edir, bu anlayış sosial antropologiyada təhlili aparmaq aləti kimi yaramır. Deməli, hər iki 

halda: istər sosialist tədqiqatlarda, müstəqil dəyişən kimi cinsin identikliyini istifadə edərkən, istərsə də 

feministlər sırasında populyar olan qadınların qeyri-bərabərliyinin universal səbəblərinin axtarişını 

apararkən, səhvə yol verilir. 

2. Feminist antropologiyasının çox vacib nəzəri töhfəsi – cinsi identikliyinin (uyğunluğunun) 

sosiomədəni fenomen olduğunun hesab etməsidir. Qadın və yaxud kişi olmaq nədir? sualın cavabı, hər 

hansı bir mədəni və yaxud tarixi konteksinə uyğun dəqiqləşdirilməsini tələb edir. 

3. Feminist yanaşması  nəzərdə tutur ki, cinslərarası münasibətlər ictimai həyatın aparıcı amilidir, 

bu münasibətlərin təhlili hər hansı bir sosial təhlilinin müqəddəm  şərtini təşkil edir – məsələn, 

antropoloji, tarixi, iqtisadi, tədqiqatın aparıcı tərəfi – cinsin təcrübəsi zəminində sosial təcrübənin mədəni 

xüsusiyyətlərinin öyrənilməsidir.  

H. Mur, qeyd edilən müddəaları əsaslandırmaq üçün müxtəlif nəzəri oriyentasiyalara mənsub olan 

antropoloqlar tərəfindən toplanılmış geniş empirik materiallara müraciət edir. O, problemə üç cürə 

yanaşılmasını fərqləndirir: (bu yanaşmalar heç də hər vaxt bir – birini istisna etmir) – simvolik, sosioloji, 

şəxsiyyətlə bağlı olanları. Birinci yanaşmanın tərəfdarları, cinsi identikliyi və ona aid edilən sosial 

statusu, cinsin müəyyən ideologiyasını  təşkil edən mədəni – xüsusi işarələr və stereotiplər yığması 



 

 

olduğunu qeyd edirlər. Sosioloji cərəyanın tərəfdarları cinslərarası münasibətlərin təhlilində 



mədəniyyətlə müəyyən edilmiş əmək bölgüsünə əsaslanırlar. Şəxsiyyətlə bağlı təhlil, cinsin təcrübəsini, 

şəxsiyyətin sosial təcrübəsini öyrənməklə  təhlil edir. Hər üç yanaşmanın nöqsanı ondan ibarətdir ki

istifadə edilən anlayışların və onlara aid edilən sosial cəhətlərin (şəxsiyyət, ailə, analıq vəzifəsi, ev 

təsərrüfatı və s.) yozumu Avropasentrizm mövqeyindən xarakterizə olunur. 

Kişi və qadının statusların sosial cəhətdən qeyri-bərabər olmasını, müxtəlif yanaşmaların 

tərəfdarları, qadının təbiətlə (yəni sosial cəhətdən az əhəmiyyətli olanla) təbii  şəkildə eyniləşdirilməsi, 

kişini isə ictimai həyatın mədəni (ictimai, sosial cəhətdən presticli olan) sahəsilə ölçülməsinin nəticəsi 

olduğunu göstərirlər. Lakin təbiət və  cəmiyyətin qarşıdurması da, bu anlayışların məzmunu da, onun 

əsasında qurulmuş alternativ (əvəzedici) assosiasiyalar (müqayisələr) (təbiət, məişət – qadın, ictimai 

həyat – kişi) qərb mədəni ənənənin məhsulu olaraq sosioantropoloji təhlil üçün metodoloji zəmin rolunu 

oynaya bilməz. Belə  şəraitdə feminist antropologiyasının vəzifəsi ondan ibarətdir ki, o, indiyə  qədər 

mədəni homogenlikdə şübhə yaranmayan (oxşarlıq və yekcinslik) kateqoriyaların kompleksli, çoxmənalı 

xarakterini nümayiş etdirsin. 

H. Mur elmi ədəbiyyatda artıq qəbul edilmiş  məhsuldar (ictimai-faydalı,  əsasən kişiyə aid) və 

reproduktiv (ev, əsasən qadınla bağlı olan) əmək bölgüsünə  tənqidlə yanaşır. Bu stereotip də yuxarıda 

qeyd edilən təbiət və  cəmiyyətin dixotomiyasına (qarşıdurmaya)  əsaslanır. Reproduktiv (bərpaedici) 

əmək (ev təsərrüfatı, uşaqların doğulması,  əməyin təşkili) adətən insanların təbii tələbatlarına xidmət 

edən sahə kimi öyrənilir, ona görə  də öz məzmunu və mahiyyəti etibarilə bu sahə tarixi və  mədəni 

inkişafı baxımından dəyişilməz hesab edilir. Feminist antropoloqlar öz tədqiqatları  nəticəsində böyük 

empirik materialı topladılar. Məlum oldu ki, reproduktiv əməyin təşkilinin müxtəlif formalarının inkişafı 

ilə yanaşı, kişi və qadın  əmək sahələri arasındakı xüsusi-mədəni sərhədlər çox çevikdir; reproduktiv 

əməyi təşkil edən ayrı-ayrı tərəflərin sosial əhəmiyyəti də daima dəyişir. Feministlərin tənqidi ona görə 

dəyərlidir ki, onlar məhsuldar əməyin və qadınların reproduktiv vəzifələrinin nisbətini, cəmiyyətdə onun 

vəziyyətini müəyyən amil kimi qiymətləndirirlər. 

Qadının kapitalist ictimai münasibətlər sisteminə daxil edilməsi, cinslər arasında əmək bölgüsünün 

ənənəvi formalarının deformasiyasına gətirib çıxarır. Bunula belə  məhz kapitalizmə  qədərki cinsin 

ideologiyasına daxil edilmiş ailədaxili və sinfi münasibətlərin prinsipləri, bir də cinsi davranışın əvvəlki 

stereotipləri, qadının kapitalist münasibətlərinin iştirakçısı olmaq işində vasitə olan bu və ya digər 

mədəni spesifikasının öyrənilməsində  çıxış nöqtəsi olmalıdır. H.Mur marksist feministlərin 

“reduksionist”, “çoxlu yanılmaları olan” konsepsiyaları  tənqid edir, bu cərəyanın nümayəndələri 

qadınların ənənəvi əmək formalarından muzdlu əməyə keçidi, kapitalın ehtiyacları və kapitalist istehsal 

münasibətlərin məntiqi ilə izah edir, qadınları əmək ordusunun ehtiyatı kimi qiymətləndirirlər. 

Müasir cəmiyyətdə qadınların vəziyyətinin feminizm mövqeyindən öyrənilməsi böyük maraq kəsb 

edir. Bu sahə sosial antropologiya üçün yenidir. Antropoloqlara haqlı olaraq bir sıra yalnış yanaşmaları 

irad tuturlar: onlar tədqiqatın ümummetodoloji (makrososioloji) əsaslarına laqeyd olur, lokal 

cəmiyyətlərin  ənənəvi təhlilini, onların mövcud olduğu geniş iqtisadi və siyasi şəraiti ilə 

əlaqələndirmirlər. Sosial antropologiya nöqteyi-nəzərindən ailə institutları ilə dövlət inisitutları qarşılıqlı 

şəkildə bir-birilə  əlaqəlidirilir, bu da öz növbəsində dövlətin və ailə-qəbilə  mənafelərinin sərhədlərində 

yerləşən qadının sosial vəziyyətini müəyyən edir. 

Feminist antropologiyası, istər sosial antropoloqların işinə, istərsə  də feminizmin nəzəriyyə  və 

praktikasına ciddi metodoloji düzəlişlər gətirir. Feminizmin xidməti ondan ibarətdir ki, 

cəmiyyətşünaslığın başlıca məsələlərinin həllində cinslərarası münasibətlər önəmli rol oynayır, bununla 

yanaşı, qadınların sosial mənafelərinin sinfi və irqi xüsusiyyətlərinin tədqiqi, qadın emansipasiyasının 

klassik problemlərinin yenidən təhlilinə gətirib çıxara bilər. 



 

Heyl Rubinin «qadınlar mübadiləsi» konsepsiyası 

Heyl Rubinin yazdığı «Qadınlar mübadiləsi» kitabı adicə qender nəzəriyyəsini klassik əsəri deyil, 

bu, feminizmin müqəddəs mətnlərindən birinə çevrilən, cinsin mahiyyətinin açıqlanmasında 

psixoanalitik təhlili antropologiya ilə birləşdirən bir əsərdir. Jinsi isə – qeyri bərabərliyin  əsasını  təşkil 

edən, mədəni səviyyədə yozulan bir anlayış kimi qiymətləndirirdi. Levi-Strossla yanaşı sosial əlaqələrin 

yaradılmasında hədiyyələrin mübadiləsinin  əhəmiyyətini, dövlətdən qabaqkı  cəmiyyətlərdə ictimai 

münasibətlərin qaydalaşdırılmasında qohumluq sisteminin rolunu qeyd edən H. Rubin göstərir ki, nigah 


 

 

– hədiyyələrin mübadiləsində ən qədim formalarının başlıcası, qadının özü isə ən qiymətli hədiyyə olub. 



Beləliklə, intsestə olan (qan qohumları arasında cinsi əlaqələrin qadağan edilməsi) qadağanın mənası 

aydın olur: onun məqsədi – seksin və  uşağın doğulması kimi bioloji halları sosial akt halına, seksual 

aləmi qadağa edilmiş və icazəli olan partnyorlarla bölünməsi vasitəsinə çevirmək olar. Bacını və yaxud 

qızını seksual partnyor kimi istifadə edilməsinə qoyulan qadağa nəticəsində onlar başqalara verilir (ərə 

vermək ifadəsi buradan yaranır), nəticədə ailələr arasında sosial (qohumluq) əlaqələr yaranır. 

Əgər qadın ibtidai razılaşma predmetidirsə (sevib ərə getsə də həmin razılaşma prinsipi qalır) onda 

o, adicə qohumluq əlaqələrində adətən kişilər arasında yaranan sosial münasibətlərdəki kimi, bərabər 

hüquqlu partnyor yox, yalnız bir vasitəçidir. Rubin yazır ki, «qadınlar kişiləri, onlar qadınları əldə etdiyi 

kimi,  əldə edə bilmirlər, ona görə  də sosial cins «(qender) müxtəlif imkanlarla bağlı olan sosial bölgü 

formasıdır». «Qadınlar mübadiləsi» mədəniyyətin yaranmasının müqəddəs  şərtidir, burada kişilərin 

ağalığı və qadınların zülmətdə olması belə mədəniyyətin mövcudluluğun əsasıdır. Bu mədəniyyət başqa 

şəraitdə necə «başlana» biləcəyini, necə olacağını demək mümkün deyil; Heyl Rubin hesab edir ki, 

mədəniyyət «fərasətlidir». Artıq yaranmış  vəziyyətin (söhbət cəmiyyətdən və  mədəniyyətdən gedir) 

dəyişdirilməsi üçün ancaq sinifləri ləğv etmək yox, çox dərinə getmək lazımdır. 

Antropoloji dolanbaclara doğru hərəkət etməsi yeni-yeni kəşflərlə  nəticələnir: cinslərə uyğun 

əməyin bölgüsü heç də bioloji əlamətə görə aparılan ixtisaslaşma deyil, bunun məqsədi-qadın və kişinin 

iqtisadi  əməkdaşlığının yaşamasının təmin edilməsidir. Burada davranış, o cümlədən seksuallıq, 

mədəniyyət tərəfindən onların vəzifə bölgüsünə əsaslanan bir-birini tamamlayan qarşılıqlı əlaqələrin əksi 

üçün formalaşdırılmışdı. Nigah ittifaqı, kişi və qadın fərqləri və qarşılıqlı şəkildə istisna edilməsi faktına 

əsaslanır. Nigahın müqəddəs şərti mədəni şəkildə formalaşan heteroseksuallıqdır. Qender adicə insanın 

onun cinsi ilə eyniləşdirilməsi deyil, burada nəzərdə tutulur ki, cinsi meyl əks cinsə yönəldilməlidir. Eyni 

olmaq qorxusu indiki sosial qaydaların pozulması qorxusudur: əgər heteroseksuallıq bioloji inkişafın və 

hormonların nəticəsi olsaydı, onda niyə qeyristandart cinsi oriyentasiyasına görə insanlara həbs cəzası 

verilir? Bərabərlikdən çəkinən mədəniyyət bioloji cinsi dəyişdirib onu qenderə, qadınlılıq və kişililik kimi 

mədəni quraşdırmalara çevirir. Beləliklə Heyl Rubinin antropoloji konsepsiyası cinslərin mənşəyi, 

seksuallıq meyllərin yaranması, subyektivliyinin mahiyyəti haqqındakı müəyyən dərəcədə Fukonun 

ideyaları ilə  həmahəng olan fundamental fikirlərdir; bu anlayışların məzmunu tarixən müəyyən edilib, 

deməli dəyişilir və inkişaf edir. 

 

Şerri Ortnerin antropoloji konsepsiyası 

Şerri Ortner də, Heyl Rubinin aid olduğu antropologiyanın radikal intellektual dalğasına aiddir. 

Ş.Ortner qadınların  əsarət altında qalmasının ilkin səbəbinin axtarışına özünü ilhamlandırmışdı. Onun 

fikrincə, cinsi qeyribərabərliyin universal xarakteri, onu müxtəlif ifadələrdə, mədəniyyətlərdə (istər sadə, 

istərsə  də primitiv) mövcudluğu, cəmiyyətdə gedən fundamental, çox möhkəm, nə ayrı-ayrı sosial 

rolların dəyişdirilməsi, nə də ki bütün iqtisadi strukturun yenidən qurulması ilə ləğv edilə bilməyən bir 

hadisənin olmasını  təsdiqləyir. Ortner, qadınların  ən ümumi devalvasiyasını (ucuzlaşması ifadəsini o 

qəsdən burada işlədir, çünki cəmiyyət qadınları az əhəmiyyətli bir məxluq kimi qiymətləndirir, mövcud 

sosial  şəraitdə qadınlar hökmranlıq etmə imkanından məhrum edilir) digər sosial hadisələr silsiləsində 

öyrənməyin tərəfdarıdır. Mədəniyyətləri, qadınları sosial asılılıq mərhələlərində daha aşağı pillədə 

yerləşdirilməsinə  nə vadar edir? Ortner belə hesab edir ki, qadının özündə  təcəssüm etdiyi əlamətləri, 

bütün mədəniyyətlər çox aşağı qiymətləndirirlər. Bu nədir? Ortner buna təbiət deyir, insan onu 

nəzarətdə saxlamaq, özünə tabe etdirmək istəyir: «ən ümumi mənada biz mədəniyyəti, insan təfəkkürü 

və bu təfəkkürün məhsulu (məsələn, təfəkkür sistemləri və texnologiyalar) haqqındakı  təsəvvürləri ilə 

eyniləşdiririk; bu yolla insan təbiətin üzərində öz nəzarətini saxlamaq istəyir». Təbiət öz-özlüyündə 

mövcuddursa, insan təbiətin üzərində düşünülmüş fəaliyyətin aparılması hesabına mövcuddur. 

Qadın yalnız ona xas olan reproduktiv funksiyasına malikdir. Bu fiziki halın üç mənada 

əhəmiyyəti var: 1) qadın bədəni və onun funksiyaları  təbiətə sanki daha yaxındır (kişi fiziologiyası isə 

onu mədəniyyət üçün daha yararlı  edir):  2)  qadınlar, öz cismani funksiyalarına görə kişilərin sosial 

mövqeləridən (rollardan) fərqli olaraq, daha az əhəmiyyətli mövqelərdə yerləşdirilir; 3) ənənəvi qadın 

rolları öz növbəsində müəyyən qadın psixologiyasını yaradır, bu qadın da, mədəni normalar və 

qaydalara daha az yiyələnmiş kimi qiymətləndirilir. Beləliklə, qadın və kişi qarşıdurması təbii və mədəni 

qarşıdurmasına çevrilir: bütün cəmiyyətlərdə qadınlar təbiətin bir hissəsi kimi qiymətləndirilir və 


 

 

mədəniyyətin tarixi məkan və zaman hədlərindən kənarda yerləşdirilir; kişilər isə  mədəniyyətin 



təmsilçiləri olaraq, tarixi gerçəkləşdirir, yaradır, Yer kürəsinin hədlərini aşır və insanini özündə təcəssüm 

etdirirlər. Qadınlarda, hətta evdən kənarda göstərilən fəaliyyət, qadınların  əlindən çıxdığı üçün 

ucuzlaşır, bu isə təbiətin yaratdığı yox, mədəniyyətin quraşdırdığı bir haldır.  

Ortner öz tədqiqatında seksizm ideologiyasının istehsalı mexanizmini çox gözəl təsvir edir; 

sonradan bu ideyalar, antropologiyada müstəmləkə strategiyasının fəaliyyətinin öyrənilməsi zamanı 

təsdiqləndi. Son halda əsarət modeli bir qədər mürəkkəb alındı – buraya siniflər və irqlər kimi 

mövhumlar da əlavə edildi. Qərb müstəmləkəçiliyi layihələrində qadın «ibtidai-alçaq» mənada 

götürülüb,  ələ keçirilən torpaq və xalqların metaforusuna (obrazlı ifadəsinə) çevrildi. Bu xalqları 

«mədəniləşdirmək», yəni oradan qızılı, kauçuku, ədəvaları, nefti, qulları yığışdırıb aparmaq lazım idi. Bu 

həm də yerli əhalisindən olan qadınlara da aid idi. Qəribəlik isə onda idi ki, bütün imperiyalar öz 

təcavüzkar siyasətini sivilizasiya missiyası ilə  əsaslandırır, sivilizasiya dedikdə isə  qərb cəmiyyəti və 

mədəniyyətin modeli başa düşülür. Yeni torpaqlara dair siyasəti işləyib hazırlayanda, imperializm, 

xüsusi qadın (özü də  ağ qadın) mənəviyyatı haqqındakı  təsəvvürlərdən irəli gələrək, alilik və ümumi 

mədəni vəzifələri haqqında seksist təsəvvürləri istifadə edirdi. İstər Amerikanın, Sibirin torpaqlarının 

məskun edilməsi, Afrika və Asiyanın sərvətlərinin  ələ keçirilməsi, müstəmləkəçilik layihələrinin 

müvəffəqiyyətlə həyata keçirilməsi zərurəti tələb edirdi ki, kobud və cəsarətli əsgər – kişi, sənayeçi, tacir 

və yaxur sürgün edilmiş caninin yanında ağ qadın, onun uşaqlarının anası, evin və ev sahəsinin yiyəsi, 

həm yerli icmanın, həm də  dərisi başqa rəngdə olan yerli əhali nümayəndələrinin  əxlaqını güdən, ağ 

kişini dərisi başqa rəngdə olan qadına meyl salmasınndan uzaqlaşdıra bilən (çünki bu zaman bütün 

layihə puç olardı) durmalı idi. 

Bununla belə sonrakı  mərhələdə yaşayıb yaradan antropoloqlar üçün klassik xarakterli «Qərb-

Şərq» antropoloji dixotomiyası (bunu iki böyük ideya olduğunu qeyd edirlər, hər bir ideyanın öz 

reallıqlarının tarixi ənənələri, obrazlar aləmi, söz tərkibi var) şübhə altına alındı, çünki bir çox qeyri qərb 

mədəniyyətlərdə qadın – kişi, təbiət – mədəniyyət kimi ziddiyyətli bölgü ümumiyyətlə müşahidə 

edilmir. 

 

Coan Huberin qender stratifikasiyası modeli 

Strukturalizmdən, çoxmənalı dixotomiyalardan daha çox sosial stratifikasiyaya meylli olan 

antropoloqlar da qender asılılıqların ümumi nəzəriyyəsinə öz münasibətini ifadə etməyə çalışıblar: onlar 

cinslər və onlarla bağlı yaranmış əmək bölgüsünü stratifikasiya sxeminə yerləşdirmək istəyiblər. Bir vaxt 

F. Engels seksuallıq və qadınların reproduktiv vəzifəsini iqtisadi nəzəriyyəyə salmaqla bu sahədə böyük 

irəliləyişə nail oldu, lakin o, cinsi əmək bölgüsünün yaranması faktını izah etməmişdir. Bundan əlavə, nə 

marksistlər, nə də ki, M.Veberin sosioloji ideyaların davamçıları ev təsərrüfatı problemlərini təhlil etmək 

cəhdini göstərməyib, bu təsərrüfatın makroiqtisadiyyatda yerini və rolunu müəyyən etməmişlər.  

XX  əsrin 70-ci illərində sosioloq və antropoloq Coan Huber qadın ev əməyini nəzərə almaqla, 

qender stratifikasiyası modelini yaratmışdır. Bu təsərrüfat izafi dəyəri yaratmır, o məcmu milli məhsula 

daxil edilmir, lakin onun dəyəri milyardlarla dollarla ölçülür; qender stratifikasiyasında daha iki məsələ 

nəzərə alınır; bu kişilər üçün əlçatmaz olan uşaqların doğulması və əmizdirilməsi məsələsidir. 

Coan Huber, sosial-cinsi stratifikasiya haqqında aparılan akademik mübahisələrə öz nəzəriyyəsi ilə 

müdaxilə etdi. Bu nəzəriyyə, bir çox, istehsal və iqtisadi resursların bölünməsi və cinsi statusun idarə 

olunması məsələlərlə bağlı olan suallara cavab verə bilər. 20 ildən sonra o, antropologiya və sosiologiya 

qender qeyribərabərliyi haqqında 25 illik tədqiqatları ümumiləşdirib, həmin modeli bir qədər 

təkmilləşdirmişdir. Bir neçə amilin – ekologiyada qida istehsalı texnologiyasını, doğum səviyyəsində baş 

verən dəyişiklikləri araşdırarkən, Huber bir neçə müddəadan irəli gəlir (birinci və ikinci sosial 

stratifikasiyasının funksional səpkidə olan ümumi nəzəriyyəsi ilə bağlıdır). 1) Qida məhsullarını istehsal 

edən ailə üzvləri, onların istehlak edənlərdən daha çox hakimiyyətə  və nüfuza malikdirlər. Məhsuldar 

əməyə kim cəlb olunur? Bu, nədən asılıdır? Bunun cavabını ikinci müddəadan tapmaq olur. 2) Qadının 

gördüyü iş, hamiləlik və  uşağın  əmizdirilməsi ilə uzlaşdırılmalıdır (bu vəzifəni kişilər yerinə yetirə 

bilməz); bunu, cəmiyyət, sağ qalması üçün etməlidir; 3) ümumi sosial stratifikasiya baxımından, 

cəmiyyətdə nüfuz və hakimiyyət daha çox maddi dəyərləri, ailədənkənar hədlərində, bölüşdürülməsinə 

nəzarət edənlərin əlindədir. 


 

 

Təhlil zamanı müəllif beş növ mədəniyyətə – ovçuluq və  yığıcılıq, toxalama əkinçiliyi, köçəri 



mədəniyyət, kotan əkinçiliyi, sənaye cəmiyyəti mədəniyyətlərə müraciət etmişdir. O, qarşısına məqsəd 

qoymuşdur: kişilər və qadınlar qida istehsalı üçün (ayrı – ayrılıqda) nə edir? Niyə qadınlar kişilərin 

gördüyü işi görmür (hətta o işi daha çox qida verirsə); burada nigah və ailə strukturu (quruluşu) necədir? 

(sərbəst nigah, poliqamiya, monoqamiya); demoqrafik tendensiyalar (doğum, ölüm, boşanma 

səviyyələri). C.Huber belə bir qənaətə gəlir ki, qadının statusu bilavasitə onun, qidanın axtarıb tapılması 

ilə bağlıdır, amma bəzi cəmiyyətlərdə  əhalinin təkrar istehsala zərurəti qadınları, hakimiyyəti, nüfuzu 

verə biləcək sahələrdən təcrid edir. Bu elə yerlərdə baş verir ki, qidanın istehsal edilməsi insanlara uzun 

müddət dövründə evdən didərgin salır, (köçəri cəmiyyətlər, ovçuluq) müharibə  də  bəzən «qalıqların» 

artırılması yollarından biri olur. Qadınların bu fəaliyyətindən istisna edilməsi, onların silahdan və 

texnologiyalardan uzaqlaşdırılması bioloji yox, sosial xarakter daşıyır. 

Əmək alətlərin təkmilləşdirilməsi, qida məhsullarının artmasına, ölüm və doğum səviyyələrinin 

azalmasına səbəb olur, tərəqqinin belə  nəticələri bilavasitə qadının vəziyyəti ilə bağlıdır. Postsənaye 

mərhələsi dövründə onların statusu bir qədər yaxşılaşır (marksizmin təkamül nəzəriyyəsi bunun əksinə 

deyirdi, yəni məzlumların vəziyyəti getdikcə pisləşəcək). Texnologiyaların inkişafı cinsi fərqlərini daha 

az  əhəmiyyətli edir, burada aparıcı rolu yenə  də ailədaxili bölgüsü oynayır. Sosial stratifikasiyada ev 

işinin qlobal səviyyəsində qiymətləndirilməsi və xüsusi sahələrin mövcudluğuna israr edir; birinciyə 

dövlət və vətəndaş cəmiyyəti, ikinciyə – cinsi əlamətlərə görə bölgüyə malik olan ailə daxildir. 

Bazara yönəldilməyən, əsasən qadınlar tərəfindən yerinə yetirilən işin vacibliyinin qəbul edilməsi, 

bir çox iqtisadçı  və sosioloqları belə bir qənaətə  gətirib ki, əməyin cinsi bölgüsü siyasi əhəmiyyət kəsb 

edir, çünki qeyribərabərlik və hakimiyyətin əldə edilməsi ilə bağlıdır. Qadınların evdə istismar edilməsi 

cəmiyyətdə patriarxal qayda-qanunların qorunub saxlanılmasına xidmət edir: ictimai hakimiyyəti  əldə 

etmək imkanı, ictimai, yəni ev sferindən kənarda olan mədəniyyətin yaradılması ilə bağlıdır. 



 

 

 

 

 

 

 

 

ƏDƏBİYYAT 

 

Антология гендерной теории. – Минск, 2000 

Гендерные исследования: Феминистская методология в социальных науках / Материалы 2-й 

Международной Летней Школы по гендерным исследованиям. – Харьков, 1998 



Гендерные исследования. Хрестоматия. – М., 2002 

Гендерные исследования. Учеб. пособ. – М., 2002 

Женщина в обществе: мифы и реалии. Сб.статей/ Ред.сост. Л.С.Круминг – М., 2001 

Мифология и повседневность: гендерный подход в антропологических дисциплинах / Материалы 

научной конференции 19 – 21 февраля 2001 года. – СПб., 2001 



Феминизм и гендерные исследования. Хрестоматия / Под общ. ред. В.И.Успенской. – Тверь, 1999 

Хрестоматия феминистских текстов. Переводы / Под ред. Е.Здравомысловой, А.Темкиной. – СПб., 2000 

 

 

Yüklə 84,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin