Kafedra: Xüsusi texnologiyalar və avadanlıqlar
Fənn: Maşınqayırmanın alət təminatının müasir problemləri
SƏRBƏST İŞ № 1
Mövzu: Alət təsərrüfatının təşkili. Metalkəsən alətlərin təsnifatı. Alətə olan tələbatın
təyini.
Qrup: M561aDS.
Fakultə: Xüsusi Texnika və Texnologiya.
İxtisas: Maşın Mühəndisliyi.
İxtisaslaşma: İnteqrasiya olunmuş və komputerləşdirilmiş dəzgah sistemləri.
Tələbə: Əliyev Nəcməddin
Maşınqayırma sənayenin ən vacib sahələrindən olub, elmi-texniki tərəqinin inkişafını müəyyən edən,
istənilən sahə üçün maşın, avadanlıq, aparat və cihazlar, hərbi sənaye üçün texnika və xalq tələbatı
mallarını istehsal edən sənaye sahəsidir.
Kursun məqsədi istehsalın alət təminatına olan tələbatın qiymətləndirilməsi və müasir problemlərinin
öyrənilməsidir.
Bu məqsədlə aşağıdakı məsələlər öyrənilməlidir:
Müəsisənin alət təsərüfatının əsasının öyrənilməsi;
• alət təsərüfatının təşkilinin öyrənilməsi;
• alətlərin təsnifatlandırılması;
• alətə olan tələbatın təyini;
• müəsisənin fəaliyətinin xarakteristikasının verilməsi;
• Əsas fondların dəyərinin planlaşdırılmasının həll olunması;
• İllik elektrik enerjisinə olan tələbatın planlaşdırılması;
• illik suya olan tələbat;
• sıxılmış havaya və buxara olan tələbatın planlaşdırılması;
• Istehsalın iqtisadi effektivliyinin yollarının təklif olunması.
Hər bir müəsisədə texnoloji sağanaqlardan istifadə edilməsi, onların keyfiyyəti və vaxtında iş yerlərinin
təmin olunması ümumilikdə müəsisənin fəaliyyətinə təsir edən amillərdən biridir. Alətlərə və texnoloji
sağanaqlara çəkilən xərclər bütün avadanlığın 5...30%, istehsal olunan məhsulun maya dəyərinin isə,
5...15% təşkil edir. Nə qədər çəkilən xərclər çox olarsa istehsalın seriyalılığı bir o qədər çox olur.
Müəsisənin alət təminatının rasional təşkili məhsuldarlığın artmasına, istehsal olunun məhsulun
keyfiyyətinə və onun dəyərinin aşağı düşməsinə təsir edir. Müsəsisənin alət təsərüfatının əsas məsələləri
aşağıdakılardan ibarətdir:
• müəsisənin sağanaqlara olan tələbatının təyini və planlaşdırılması;
• sağanaqlardan istifadə olunmanın normalarının müəyyən edilməsi və lazımı ehtiyatların təşkili;
• müəsisənin alınacaq sağanaqlarlarla təmin edilməsi;
• müəsisə daxili sağanaq istehsalının təşkili;
• sağanaqların iş yerlərinə verilməsinin, uçotunun və saxlama çəraitinin təşkil edilməsi;
• sağanaqlara texniki nəzarətin, onlardan rasional istifadənin təşkil edilməsi;
• sağanaqların bərpasının təşikili;
• Sağanaqlardan effektiv istifadə edilməsinin analiz edilməsi və tətbiqinin uçotuna nəzarətin təşkili.
Alət təssərüfatı müəssisəsi alət istehsal edən, layihələndirən, təmir edən və bərpa edən, alət alan,
sexləri və şöbələri və iş yerlərini alətlərlə təmin edən şöbələrdən və sexlərdən təşkil olunan müəssisədir.
Məsələn, böyük maşınqayırma müəssisələri çoxlu sayda texnoloji sağanaqlardan, ölçü və kəsici
alətlərdən, ştamplardan, modellərdən, dəzgah və çilingər tərtibatlarından, pres-formalardan, universal-
yığma tərtibatlarından köməkçi alətlərdən istifadə edir.
Alət təssərüfatının əsas funksiyası müəssisənin fasiləsiz işinin təmin olunması üçün sexlərin və iş
yerlərinin lazımı sayda və növdə, az xərclə onları layihələndirməklə, hazırlamaqla, saxlamaqla, istismar
etməklə, təmir etməklə, bərpa etməklə və utilizasiya etməklə təminatının təşkilidir.
Maşınqayırma müəssisələri çoxlu sayda və növdə sağanaqlardan və alətlərdən istifadə edir. Məsələn,
orta səviyyəli maşınqayırma müəssəsinin sağanaqlara olan tələbatı 40 minə çatır. Yeni maşən və
avadanlığın istehsalına başlanıldıqda bu say daha da artır. Alətlərin və sağanaqların layihələndirilməsinə və
hazırlanmasına vaxt itgisi çox olur ki, bu da alət təminatının işinin daha da çətinləşdirir.
Maşınqayırma müəssisələri çoxlu sayda və növdə sağanaqlardan və alətlərdən istifadə edir. Məsələn, orta
səviyyəli maşınqayırma müəssəsinin sağanaqlara olan tələbatı 40 minə çatır. Yeni maşən və avadanlığın
istehsalına başlanıldıqda bu say daha da artır. Alətlərin və sağanaqların layihələndirilməsinə və
hazırlanmasına vaxt itgisi çox olur ki, bu da alət təminatının işinin daha da çətinləşdirir.
Alət təminatının təşkili işlərinə aşağıdakılar aid edilir:
• -Konstruktor sənədlərinə texnoloji nəzarətin olması, bura xətti ölçülər, radiuslar, diametr, haşıyə
yiv, material və örtük aiddir;
• -kinematik sxemin sadələşdirilməsi;
• -fərdi və texnoloji xüsusiləşmənin inkişaf etdirilməsi;
• -texnoloji prosesin tipləşdirilməsi;
• -texnoloji sağanaqların və konstruktiv elementlərin unifikasiyası;
• -müxtəlif alətlərə və sağanaqlara olan tələbatın hesablanması;
• -ehtiyat alətlərin hesablanması (mərkəzi alət anbarında olan istismar fondu);
sağanaqların və alətlərin iş yerlərinə çatdırılması və saxlanılması üçün otaqların, texniki vasitələrin
layihələndirilməsi;
• xüsusi sağanaqların layihələndirilməsi və hazırlanması;
• kənardan sağanaqların alınması və gətirilməsi üçün marketin işlərinin və müqavilələrin bağlanması;
• alınan texnoloji sağanaqlara giriş nəzarətinin və universal və xüsusi sağanaqların hazırlanacaq
materiallarına nəzarət;
• sağanaqlarən saxlanılmasının təşkili;
• sağanaqların iş yerlərinə çatdırılmasının təşkili;
• sağanaqlarının istismarının təşkili;
• sağanaqların uçota alınması və istifadə olunmasının təşkili;
• sağanaqlardan effektiv istifadənin təşkilinin analizi;
• texnoloji sağanaqlardan istifadə olunmasının təşilatı-iqtisadi əsaslandırmanın işlənməsi;
• sağanaqlardan istifadə olunmasının yaxşılaşdırılmasının stimullaşdırılmasını;
• sağanaqlar alınan müəssisə ilə hazırlanacaq sağanaqların keyfiyyətinin artırılması məqsədi ilə
əlaqələrin yaradılması.
Alətlərin pasional şəraitdə və iqtisadi cəhətdən səmərəli istifadə olunması üçün onların dəqiq
təsnifatlandırılır. Bu eyni tipli və qarşılıqlı əvəz oluna bilən, konstruktiv və texnoloji cəhətdən oxşar olan
eyni zamanda hazırlanan sağanaqların seçolməsində, saxlanılmasının təşkilində, alınmasının və
istehsalının təyinində lazımdır.
Alətlərin təsnifatlandırılmasının ən vacib şərtlərindən biri, alətin istehsalatda rasional formasının onun
müxtəlif növünün qəbul edilmə dərəcəsini bilmməsidir.
İstifadə olunma xarakterinə görə alətlər universal (normal və standart) və xüsusi alətlərə fəqləndirilir.
Universal alətlər bütün istehsal sahələrində müəyyən bir texnoloji prosesi yerinə yetirmək üçün istifadə
olunurlar. Xüsusi alətlər konkret bir detalın hazırlanmasında müəyyən olunmuş əməliyyatı yerinə yetrimək
üçün istifadə olunur.
İstehsalı təşkil etməməzdən əvvəl və ya alətə olan tələbatı təşkil etməzdən əvvəl ona olan tələbatı bilmək
lazımdır. Alətə olan tələbat onun yeyilmə norması əsasında, yəni alətin tam yeyilib sıradan çıxana qədər
işləmə vaxtını təyin edilir. Praktikada alətdən istifadə normalarına görə istifadə edilir, yəni hər 1000
dəzgah saat və ya 100 hazır detal üçün lazım olan alətlərin sayı. Seriyalı istehsalda alətlərin istifadə
norması eyni tip dəzgahlar üçün 1000 saata əsasən götürülür.
Alət təsərüfatının təşkilində əsas funksiyalardan biri ehtiyat alətin nizamlanmasıdır. Az sayda alət
müəssisədə işin fasiləsizliyini təmin etməlidir və bu dövr fondu adlanır.
Bura mərkəzi anbarda ehtiyat və sexdəki alətlər, iş yerlərində istifadə olunan alətlər və itiləmədə, təmirdə,
bərpada və yoxlamada olan alətlər daxildir. Dövrü fonda və ehtiyatda, sexdə olan alətlər ümumi zavod
fondunu təşkil edir.
Ehtiyat alətlərin əsas hissəsi, mövcud istehsal prosesinin və yeni obyeklər üçün nəzərdə tutulmuş rezerv
fond mərkəzi alət anbarında saxlanılır.
Mövcud istehsal prosesi üçün ehtiyat alətlər “maksimum-minimum” sistem üzrə müəyyən olunur.
Minimum ehtiyat alətə olan gündəlik tələbat başa düşülür və bu rəqəm növbəti partiya alətlərin kənardan
alınmasına və ya hazırlanmasına sərf olunan günlərin sayına vurulur.
Gündəlik alətə olan təlabatı Agün və kənardan alınan və ya hazırlanan alətə sərf olunan günlərin sayı Sal
işarə etsək onda minimumehtiyat Emin üçün aşağıdakı formulanı yaza bilərik.
Emin= Agün · Sal
Dostları ilə paylaş: |