Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Dünyagörü- şün obyeklini bütövlükdə dünya, varlıq təşkil edir



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə8/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   307
333 felsefe muhazireler toplusu eyani

Dünyagörü-
şün obyeklini bütövlükdə dünya, varlıq təşkil edir.
Dünyagörüşün predmetini 
isə təbiət aləmi ilə insan aləminin qarşılıqlı münasibəti və həmin münasibətlər-
dən yaranan ideya və baxışların sistemi təşkil edir.
«Onunla» (dünya binası) 
«bız» (insanlar) arasındakı qarşılıqlı münasibət dünyagörüşün predmetini və ya 
əsas məsələsini təşkil edir. 
Dünyagörüşün məzmunundan aydın olur ki, onun iki əsas sahəsi və ya aspekti 
vardır: təbii gerçəkliyə insan münasibətinin inikası olan təbii-elmi ideyalar və sosi-
al-ictimai gerçəkliyə insan münasibətini əks etdirən siyasi, iqtisadi, mənəvi və s. 
baxışlar. Bu cəhətlərə dünyagörüşün təbii-inlellektual və sosial-qnoseoloji aspekt-
ləri də göstərmək olar. Lakin onu da qeyd etmək lazımdır ki, çox vaxt dünyagörüşü 
problemləri öyrənilərkən əsas diqqət birinci aspektə verilmiş, ikinci istiqamət isə 
əsasən diqqətdən kənarda qalmışdır. Dünyagörüşünü özünün inkişaf ardıcıllığı, ini-
kas dərinliyi, əsaslandırılmış olub-olmaması cəhətdən ən ümumi şəkildə dörd mü-
hüm tarixi növə ayırmaq olar: 
mifoloji, dini, elmi, fəlsəfi

Mifoloji dünyagörüşü iki sözün birləşməsindən əmələ gəlib: (yunanca «mif» - 
əsatir, əfsanə, rəvayət mənasındadır, «loqos» isə - şöz, təlim, anlayış deməkdir) ib-
tidai cəmiyyətdə, bəşər mədəniyyəti inkişafının ilkin dövrlərində meydana gəlmiş-
dir. 
Mifologıya
- qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai cəmiyyətdə univer-
sal ictimai şüur forması olmuşdur. Qədim miflər dünyanın bütün xalqlarında ol-
muşdur. Mifik təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, Allahlar və onların fəaliy-
yəti, qəhrəmanların möcüzələri və s. haqqındakı inamlar, ideya və baxışlar durur. 
Miflər çox müxtəlif olsalar da, onlarda bır sıra motivlər təkrar olunur. Dünyanın bir 
çox xalqlarının miflərində kosmik mövzular xüsusi yer tutur. Bu miflərlə ibtidai in-
san dünyanın mənşəyi və quruluşu, bir çox təbiət hadisələri, məqsədəuyğunluq və 
s. haqqında özünü düşündürən suallara cavab verməyə çalışmışdır. Bır sıra miflərdə 
dünyanın sonu, bəşəriyyətin məhvi və yenidən dirilməsi haqqında təsəvvürlər öz 
əksinı tapmışdır. 
Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun 
həyat inkişafının mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi öy-
rənməsi və s. mövzular da geniş yer tutur, Müxtəlif xalqların mifləri bir-birilə əla-
qədar və uyğundur, vahid sistem təşkil edirlər. 
Mif
- sinkretik, vahid, universal dünyagörüşü və şüur forması olmuşdur. Mifo-
loji dünyagörüşü özündə dövrünün dünyaduyumunu, dünyanı qavramanı, dünyanı 
anlamanı əks etdirmiş, bədiilik və müdriklik baxımından çox zəngin olmuşdur. 
Miflərdə təbiət və mədəniyyət hadisələri qovuşmuş, təbii cisim və hadisələr canlaş-
dırılmış, insana bənzərləşdirilmiş, mifoloji obrazlara çevrilmişdir. Reallıq və fanta-
ziya, hiss və fikirlər, bilik və bədii obraz obyektiv və subyektiv olan miflərdə vəh-
dət halında birləşmişdir, bütöv dünya mənzərəsi yaradılmışdır, Dünyanın mifoloji 
mənzərəsində reallıq və fantaziya, təbii və fövqəltəbii, bilik və inam çulğaşmışdır. 
Mifık obrazlar əsasında bir sıra bədii əsərlər, incəsənət, musiqi, heykəltəraşlıq nü-


13
munələri yaradılmışdır. Xristianlıq, islam, buddizm və b. dinlər mifoloji nümunə-
lərlə zəngindir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin