Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə9/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   307
333 felsefe muhazireler toplusu eyani

Dini dünyagörüşü
- dünyagörüşün ikinci tarixi növüdür. Şüurun gerçəkliyı 
ümumiləşdirərək anlayışlar vasitəsilə əks etdirməsi (məsələn, Allah, ruh, axirət və 
s.) formalarından biridir, gerçəkliyin fövqəltəbii qüvvələrə inam əsasında in`ikası-
dır. Tarixi-sosial şərait üzündən din ibtidaı icma, quldarlıq və xüsusilə, feodalizm 
dövründə ictimai şüurun bütün başqa formalarını öz təsirinə almış, cəmiyyətın mə-
nəvi dünyagörüşünün əsaslarını təşkil etmışdir. 
Dini dünyagörüşə görə dünya ikili səciyyə daşıyır: «yer üzü», «bu dünya» - tə-
bii, hiss üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii, «göy üzü» - fövqəl-
hissi dünya. 
Dinə 
görə əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəq-
qətidir.
Din insanın qeyriadi təbii və sosial qüvvələr qarşısında acizliyi əsasında yaran-
sa da, müəyyən tarixi şəraitdə ümumbəşəri dəyərlər, sosial ədalət uğrunda çıxış et-
miş, normaların tənzimləyicisi funksiyasını yerinə yetirmişdir. İnsanların əxlaq və 
davranışını, hissi tərzini və fikirlərini normalaşdırıb sistemə salan din, cəmiyyətdə 
sosial-mənəvi tənzimetmənin, adət-ənənə və mənəviyyat normalanrın hifz edilməsi 
və yaşadıqları nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış etmiş və edir. 
Hazırda bəşəriyyətin yaşaması, sülh və sosial tərəqqi uğrunda, müharibə əleyhinə 
fəal çıxış edən din özünün çoxsaylı hökm və mərasimləri vasitəsilə insanlar arasın-
da məhəbbət, xeyirxahlıq, dözümlülük, rəhmdillik, əl tutmaq, vicdan, borc, ədalət 
və s. kimı bəşəri hissələri tərbiyə edir. 
Dinləri monoteist və politeist, ibtidai və müasir, milli və dünyəvi olmaqla 
müxtəlif qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, bütpə-
rəstlik yə s.), politeist (çoxallahlılıq) dinlər, müasır dunya dinləri (xristianlıq, islam, 
buddizm və s.), monoteist dinlər (xristianlıq, islam və s.) misal ola bilər. 
Dini dünyagörüşü mürəkkəb struktura malikdir. Hər bir dinin strukturuna bu 
ünsürlər daxildir: dini ideya və təsəvvürlər; dini hiss və əhval-ruhiyyə; dini ayinçi-
lik (kult) yə dini fəaliyyət. Bunlardan başqa, dini təsisatlar da vardır ki, (dini icma-
lar, birliklər, kilsələr, məscidlər və s.), onların fəaliyyətindən yaranan normalar
qaydalar və prinsiplər dinı dünyagörüşü sistemində mühüm yer tutur. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin