14
ğun olaraq hər bir dünyagörüşün iki səviyyəsi vardır:
1) Dünyagörüşün adi şüur səviyyəsinə uyğun gələn sağlam düşüncə, hissi-ob-
razlı təfəkkürə, mifoloji təsəvvürlərə və gündəlik təcrübi biliyə əsaslanan empirik-
kütləvi (və ya adi-gündəlik) səviyyəsi. Bu səviyyədə dünyagörüşü sağlam təcrübəvi
biliyə istinad edib, çox vaxt faydalı və müsbət olsa da, ziddiyyətlərdən, məhdud-
luqlardan azad deyildir. Bu səviyyədə dünyagörüşü üçün tərəddüdlər, inamsızlıq və
s. xasdır.
2) Elmi-nəzəri dünyagörüşü səviyyəsi. Dünyanın həqiqi təbii-elmi mənzərəsinə
və fəlsəfəyə istinad edən dünyagörüşü məhz elmi-nəzəri dünyagörüşü səviyyəsinə
misal ola bilər.
Dünyagörüşü struktur baxımından inteqral mütəşəkkillikdir. Burada əsas cəhət
onun struktur komponentlərini sintezinin, birliyinin əldə edilməsidir. Bu mənada
dünyagörüşü gerçəklik haqqında ancaq biliklərin toplusu deyildir. Dünyagörüşdə
ideallar, əqidə, fəaliyyətdə müəyyən rol oynayır. Lakin bitkin dünyagörüşü belə
komponentlərin vəhdəti, sintezi əsasında yaranır, bilik, sərvətlər, həyat oriyentiri
(meyli), əqidə və fəaliyyəti birləşdirərək insana nəzəri və əməli fəaliyyət üçün qüd-
rətli bir silah verir.
Dünyagörüşün strukturunda dünyanı dərketmə prosesinin müxtəlif səviyyələri-
ni əks etdirən dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama kateqoriyaları da
fərqləndirilmişdir. Bu anlayışlara dünyagörüşün formalaşması mərhələləri də de-
mək olar. Ümumiyyətlə, insan idrakının əsasında duyğu, hiss üzvlərinin (görmə,
eşitmə, iybilmə, dadbilmə, lamisə) verdiyi məlumatlar seyr müşahidə durduğu ki-
mi, dünyagörüşün də əsasında dünyaduyumu durur. Dünyaduyumu gerçəkliyin bu
və ya digər konkret tərəf və cəhətləri, xüsusilə onun zahiri təzahürləri haqqında əl-
də edilən hiss, əhval-ruhiyyə, baxış, duyumdur. Bu mərhələdə predmetin konkret,
ayrı-ayrı cəhətləri haqqında görüşlər, hisslər, emosional hal - dünyaduyumu forma-
laşır.
Dünyanı qavrama isə predmet və hadisəni hissi bütöv halında qavrama mərhə-
ləsidir, gerçəklik haqqında qavranılan baxışlar, hisslər və təsəvvürlərin məcmusu-
dur, dünyanı dərketməyə aparan yoldur. Deməli, hisslər və əhval-ruhiyyə səviyyə-
sində dünyagörüşün emosional-psixoloji cəhətini dünyaduyumu, gerçəkliyin hissi
bütövünün əyanı təsəvvürlər əsasında hissi-obrazlı qavranılmasını isə dünyanıqav-
rama təşkil edir. Məhz duyma və qavramanın nəticəsində alınmış informasiyaların
təhlili, ümumiləşdirilməsi yolu ilə anlayışlar, mühakimələr, əqli nəticələr, ümumi
nəzəri baxışlar yaradılır, dünyagörüşün ıdraki-intellektual səviyyəsi olan dünyanı-
anlaına baş verir.
Dostları ilə paylaş: