19
larından və kateqoriyalarından bəhs edir.
Gerçəkliyin belə ən ümumi inkişaf qanunlarından heç bir başqa elm deyil,
məhz fəlsəfə bəhs edir.
Hər bir elm kimi fəlsəfənin də öz tədqiqat obyekti, predmeti vardır. Onun ob-
yekti varlıqdır, təbiətdir, cəmiyyətdir, insandır, real gerçəklikdir. Bunları fizika,
kimya, biologiya, psixologiya və s.. elmlər də öyrənir. Həmin elmlərdən fəlsəfəni
fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, o, təbiət hadisələri, cəmiyyətin
inkişafı və insan təfəkkürü üçün ümumi olan cəhətləri və qanunauyğunluqları təd-
qiq edir.
Elmlər bir-birindən öyrəndikləri
obyektə görə deyil, mövzularına, yəni pred-
metlərinə görə də fərqlənir. Elmin predmeti o deməkdir ki, o öz obyektindən ayırd
etdiyi cəhətlərə hansı baxışdan, hansı nəzəri və praktiki aspektdən yanaşır. Elmin
predmeti öz obyektinə yanaşma tərzini, tədqiqat metodlarını müəyyən edir və mü-
vafiq anlayışlar vasitəsilə şərh olunur. Dəqiq elmlərin predmeti yığcam olduğu hal-
da, fəlsəfənin predmeti çox genişdir. O, intellektual fəaliyyətin elə bir sahəsidir ki,
onun əsasında insanın dünyaya başlıca münasibətləri durur.
Varlığın və idrakın ümumi prinsiplərinin öyrənilməsi zərurəti ictimai tələbat-
dan doğmuşdur. Fəlsəfi təfəkkürün tarixən birinci forması sayılan naturfəlsəfə (tə-
biət haqqında fəlsəfi təlim beləcə yaranmışdır. İlk antik yunan mütəfəkkirləri (Fa-
les, Anaksimsen, Anaksimandr, Parmenid ve b.) əsas etibarilə müxtəlif təbiət hadi-
sələrinin mənşəyini anlamağa cəhd etmişlər. Onlar dünyanın mənzərəsində kosmo-
su
mərkəzdə götürür, insana isə mikrokosmos kimi baxırdılar.
Təbiət hadisələri haqqında xüsusi elmi təsəvvürlər toplandıqca, nəzəri və tətbi-
qi biliklərin ayrı-ayrı sahələri arasında hədd yaranır, riyaziyyat, astronomiya, təba-
bət və s. fəlsəfədən ayrıldıqca onun məşğul olduğu problemlər dairəsi məhdudlaşır.
Eyni zamanda fəlsəfənin predmeti və spesifikası dəyişməklə,
onun özünün mütə-
rəqqi inkişaf, dərinləşmə, zənginləşmə prosesi baş verir, dünyanın və həyatın fəlsə-
fi anlamının müxtəlif "izmli" variantları, nəzəriyyələri və cərəyanları meydana gə-
lir. Varlıq haqqında təlim olan ontologiya, idrak nəzəriyyəsi kimi formalaşan qno-
seologiya, məntiq, etika, estetika kimi fəlsəfi fənlər beləcə meydana gəlmişdir.
Orta əsrlərdə Avropanın mədəni ənənələri zəminində dünyanın tamamilə başqa
mənzərəsi yaranır. Allah ideyası nəzəri düşüncənin əsasını təşkil edir, artıq Kaina-
tın, həyatın, insanın mənşəyi yox, onları yaradanın obrazı diqqət mərkəzində götü-
rülür. Fəlsəfə əsasən bu istiqamətdə fəaliyyət göstərməli olur.
İntibah və ilkin kapitalizm dövrlərində dünyanın zehni mənzərəsinin formalaş-
masında mexaniki saatların, müxtəlif nəqliyyat və istehsalat maşınlarının ixtirası
mühüm amil oldu.
XVII-XVIII əsrlərdən başlayaraq fəlsəfə ilə xüsusi elmlər arasında ayrılma
prosesi sürətlənir, mexanika, fizika, kimya, biologiya, hüquqşünaslıq və s. elmi id-
rakın müstəqil sahələrinə çevrilirlər. Elmlər sistemində fəlsəfinin mövqeyi və rolu
keyfiyyətcə dəyişir. Fəlsəfə artıq xüsusi elmlərin problemlərinin həlli ilə
məşğul ol-
mur. Lakin xüsusi elmlər qarşısında duran və onların imkanları dairəsində həll edi-
lə bilməyən ümumi dünyagörüşü məsələlərinin tədqiqi ilə yenə fəlsəfə məşğul olur.