8
tı, təlimləri və deyimləri haqqında» əsərində İran mağlarının insan, cəmiyyət, əda-
lət, xeyirxahlıq haqqında fikirlərinin yunan filosflarına
böyük təsir göstərdiyini
qeyd etmişdir. Onu da göstərmək lazımdır ki, Pifaqoru birinci filosof hesab edən
Diogen onun mağlardan
elm öyrəndiyini dana bilməzdi, Bundan əlavə, Yunanıstan-
da yayılmış əfsanələrdən birində Fales ilk filosof hesab edilirsə, digərində birincilik
Heraklitə aid edilirdi.
Avropa mədəniyyətində «Fəlsəfə» istilahının qərarlaşması
və şərhi, əlbəttə,
Platonun adı ilə bağlıdır.
Bir sözlə, insan ilk dəfə şeylərin təbiəti və hadisələrin səbəbi haqqında düşün-
məyə başlayan andan fəlsəfə elminin tarixi başlanmışdır. Fəlsəfə elmi qədim oldu-
ğu qədər də mürəkkəb, dolaşıq, ziddiyyətli və çətin bir təkamül yolu keçmişdir.
Çünki fəlsəfə haqqında fikir yürüdən və ya əsər yazan hər bir görkəmli alim ger-
çəkliyi özünəməxsus şəkildə izah etmişdir. Elə buna görə də üçminlik fəlsəfə tari-
xində saysız–hesabsız məktəblər, cərəyanlar meydana gəlmiş, müxtəlif fəlsəfi sis-
temlər yaranmışdır.
Dünyaya, yəni təbiətə, cəmiyyətə, insana ən ümumi nəzəri baxışlar sistemi ki-
mi bir– birini tamamlayan, çox vaxt isə inkar edən fəlsəfi məktəblərin nəhəng nü-
mayəndələrinin zəkası tarix boyu həqiqət yolçularının, varlığın mənasını
dərk et-
mək istəyənlərin yolunu işıqlandırmışdır. Fəlsəfi məktəblərin nümayəndələrini ən
çox düşündürən varlıq təlimi, insan və dünyagörüşü məsələləri olmuşdur. Bəzi
alimlərin fikrincə, ictimai şüur forması kimi fəlsəfə təxminən eyni zamanda qədim
sivilizasiyanın üç mərkəzində:
Dostları ilə paylaş: