Fəlsəfə elmi haqqında ümumi anlayış İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi»



Yüklə 473,67 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix08.12.2022
ölçüsü473,67 Kb.
#73121
  1   2   3   4   5   6   7   8   9   ...   16
289 felsefe m N1felsefenin predmeti ve metodu qiyabi



Fəlsəfə elmi haqqında ümumi anlayış  
İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən 
biridir. Əvvələr o, «elmlər elmi» adlandırılmış, empirik və nəzəri biliyin müxtəlif 
sahələrini ehtiva etmişdir. Mükəmməl dünyagörüşü, dünyanın dərk etməyin xüsusi 
forması, varlığın ümumi prinsiplərinə dair baxışlar sistemi olan fəlsəfə, həm də ən yaxşı
nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın mənasını məntiqi cəhətdən 
səmərəli yolla anlamaq tələbatından doğan bu elm, təxminən iki min beş yüz il bundan 
əvvəl Qədim Şərqdə – Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül tapmış, e.ə.
VII – VI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir.
İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri Pifaqor (e.ə.VI əsr) işlətmiş və özünü 
filosof adlandırmışdır. «Fəlsəfə» etimoloji baxımdan yunanca «phileo» – «sevirəm» və 
«sopia» - «hikmət» sözlərinin birləşməsindən əmələ gəlib, mənası isə «hikməti sevmək» 
deməkdir. Göründüyü kimi, hikmət sözü fəlsəfənin mənasını anlamağın açarını verir. 
Görkəmli Azərbaycan filosofu və alimi Nəsrəddin Tusi məşhur «Əxlaqi –
Nasiri» əsərində hikmətin mənasını belə izah edir: «Mərifət sahibləri arasında hər şeyi 
olduğu kimi yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mənəviyyatı 
mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir».
Hikməti sevən, onu bilən və təbliğ edən pirani şəxslər, adatən, müdrik adlandırılıblar. 
Fəlsəfənin təşəkkülü də elə bilavasitə müdrikliklə bağlıdır. Qədim yunanların müdriklik 
ilahəsi Afinanın əzəmətli təsviri zəhmli bayquş obrazı idi.
Müdriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda 
natiqliyi, siyasəti, idarəçiliyi, riyaziyyatı və s. kamil bilən, onları başqalarına oyrədən 
müəllimlərə sofistlər (sofos-müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti sevmək, kəmilliyə 
can atmaq insan xasiyyətinə daxilən xas olan əlamətdir. Bu səbəbdən də onlar diqqəti 
təbiətdən, kosmosdan insana doğru yönəltmiş, insanı «hər şeyin meyarı» hesab etmiş, 
onun həyatını, əməli və idraki fəaliyyətini öyrənməyi üstün tutmuşlar. Azərbaycanın ilk 
müdrikləri – qədim mağlar da bu cəhətdən fərqləniblər.
Ən qədim fəlsəfə tarixinin müəllifi Layertli Diogen «Məşhur filosofların həyatı, 
təlimləri və deyimləri haqqında» əsərində İran mağlarının insan, cəmiyyət, ədalət, 
xeyirxahlıq haqqında fikirlərinin yunan filosflarına böyük təsir göstərdiyini qeyd etmişdir. 
Onu da göstərmək lazımdır ki, Pifaqoru birinci filosof hesab edən Diogen onun mağlardan 
elm öyrəndiyini dana bilməzdi, Bundan əlavə, Yunanıstanda yayılmış əfsanələrdən 
birində Fales ilk filosof hesab edilirsə, digərində birincilik Heraklitə aid edilirdi.



Avropa mədəniyyətində «Fəlsəfə» istilahının qərarlaşması və şərhi, əlbəttə, Platonun 
adı ilə bağlıdır.
Bir sözlə, insan ilk dəfə şeylərin təbiəti və hadisələrin səbəbi haqqında düşünməyə 
başlayan andan fəlsəfə elminin tarixi başlanmışdır. Fəlsəfə elmi qədim olduğu qədər də 
mürəkkəb, dolaşıq, ziddiyyətli və çətin bir təkamül yolu keçmişdir. Çünki fəlsəfə 
haqqında fikir yürüdən və ya əsər yazan hər bir görkəmli alim gerçəkliyi özünəməxsus 
şəkildə izah etmişdir. Elə buna görə də üçminlik fəlsəfə tarixində saysız–hesabsız 
məktəblər, cərəyanlar meydana gəlmiş, müxtəlif fəlsəfi sistemlər yaranmışdır.
Dünyaya, yəni təbiətə, cəmiyyətə, insana ən ümumi nəzəri baxışlar sistemi kimi bir–
birini tamamlayan, çox vaxt isə inkar edən fəlsəfi məktəblərin nəhəng nümayəndələrinin 
zəkası tarix boyu həqiqət yolçularının, varlığın mənasını dərk etmək istəyənlərin yolunu 
işıqlandırmışdır. Fəlsəfi məktəblərin nümayəndələrini ən çox düşündürən varlıq təlimi, 
insan və dünyagörüşü məsələləri olmuşdur. Bəzi alimlərin fikrincə, ictimai şüur forması 
kimi fəlsəfə təxminən eyni zamanda qədim sivilizasiyanın üç mərkəzində: Yunanıstan

Yüklə 473,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin