inteqrativ funksiyanı da ifadə edir. Ayrı-ayrı elmlərin nailiyyətlərini əlaqələndirib
onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri çıxarmağa imkan verir. Müxtəlif
ictimai şüur formalarını əlaqələndirərək, qarşılıqlı zənginləşmə əsasında fəlsəfə
şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi və s. əsaslarını hazırlamaqla
cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı münasibətinin rol və əhəmiyyətini müəyyən
edir.
Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan
fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə -
bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biridir. Lakin
fəlsəfənin mahiyyətcə ümumbəşəri səciyyə daşıması, müəyyən konkret-tarixi şəraitdə
onun sinfi-siyasi məzmun kəsb etməsini də rədd etmir. Tarix sahəsində mübarizə aparan
qüvvələr, xüsusilə XX əsrin sonlarında, inkişaf meyli seçərkən və bəşəri dəyərləri
qiymətləndirərkən öz sosial-siyasi və iqtisadi mənafeləri baxımından hərəkət edirlər. Bu
baxımdan fəlsəfədə materializm və idealizm cərəyanlarının, dialektik dayanmasını, fəlsəfi
nəzəriyyələrin sosial istiqamət götürməsini bir çoxları «fəlsəfənin partiyalılığı» anlayışı
ilə ifadə etmişdir. Bunu, kobud mənada, bu və ya digər filosofun bu və ya digər partiyaya
və sosial qruplaşmaya mənsub olması kimi başa düşmək düzgün deyildir. Fəlsəfənin
partiyalılığı - fəlsəfi konsepsiyanın sosial istıqamətlənməsi, müəyyən sinfin, millət və
cəmiyyətin sosial-iqtisadi və siyasi mənafeyini əks etdirməsi, bəşəri sərvətləri (dəyərləri)
qiymətləndirməsi və s. mənada başa düşülməlidir.
Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcəyə müraciət edir. 0, yeni-
yeni nəzəri konstruksiyalar qurmağa, gələcək haqqında mükəmməl ideya və prinsiplər
müəyyən etməyə - qabaqgörənliyə imkan verir. Qabaqgörənlik baxımından fəlsəfi
dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin inkişaf ehtimalını düzgün
qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, aydın elmi mövqedən çıxış
etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati təcrübə əsasında hadisələri
qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir. Məhz bu yolla şəxs inkişafın
20
qanunauyğun, daxili, zəruri, mahiyyətli əlaqə və münasibətlərini dərk edir, ehtimallı
proqnozlaşdırmalar aparır, ümumi hipotezlər, ehtimallar, nəzəriyyələr yaradır.
Fəlsəfənin tənqidi funksiyası da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi,
mifoloji, dini təsəvvürləri, tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı
qiymətləndirməyə, mürəkkəb fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır.
Dünya haqqında yeni fəlsəfi baxışların hazırlanması prosesi, həmişə müxtəlif növ
yanılmaların, gerçəkliyin dərk edilməsindəki səhvlərin, dinin, mövhumatın və i.a. tənqidi
təhlili yolu ilə baş verir. Tənqidi fəlsəfi təfəkkürün məqsədi yeniliyə mane olan hər şeyin
- ehkamçılığın, köhnəlmiş baxışların, zərərli mənəvi stereotiplərin tamamilə aradan
qaldırılmasından ibarətdir. Fəlsəfənin bütün inkişafı tarixi köhnəliyə qarşı yeniliyin
qələbəsi uğrunda necə mübarizə etdiyinə və özünün tənqidi funksiyasını necə həyata
keçirdiyinə dair zəngin nəzəri və konkret material verir.
21
Document Outline - Fəlsəfənin predmeti və funksiyaları
Dostları ilə paylaş: |