Azərbaycan Dövlət Pedaqoji Universiteti Sərbəst İş Fənn: Müasir Tarix



Yüklə 351,8 Kb.
tarix02.01.2022
ölçüsü351,8 Kb.
#41167
Müasir tarix


Azərbaycan Dövlət Pedaqoji Universiteti

Sərbəst İş
Fənn: Müasir Tarix

İxtisas: Tarix və coğrafiya müəllimliyi

Qrup: T/C 401

Kurs: IV

Tələbə: Səfərov Bəhram

Müəllim: t.ü.f.d. Ş.İbadov





Mövzu: Fransa üçün Birinci Dünya müharibəsinin nəticələri


Bakı 2021

Fransa üçün Birinci Dünya müharibəsinin nəticələri
Birinci dünya müharibəsində qələbə nəticəsində Fransanın Avropada mövqeləri möhkəmləndi. Sənaye cəhətdən inkişaf etmiş Elzas və Lotaringiya Fransaya qaytarıldı. Afrikada yerləşən Toqo və Kamerunun bir hissəsi və Yaxın Şərqdə Suriya və Livan ərazisi müharibədən sonra Fransaya verildi.

Qələbə Fransaya baha başa gəlmişdi. Ölkənin canlı qüvvə itkisi 4 milyon nəfərdən (1300 min nəfər ölmüş,2800 min nəfər yaralanmışdı) artıq idi. Fransanın şimal-şərq departamentlərində 10 min fabrik və zavod dağıdılmışdı. Fransa ticarət donanmasının yarasını, xaricdəki kapitalının 40%-ni və milli sərvətinin 25%-ni itirmişdi. Müharibə nəticəsində ölkəyə dəyən ziyanın məbləği 200 milyard franka bərabər idi ki, bunun 134 milyard frankını hərbi xərclər təşkil edirdi. 60 milyard frank məbləğində xarici borcun 40 milyardını Fransa ABŞ-a ödəməli idi

Müharibədən sonra Fransada istehsalın təmərküzləşməsi və kapitalın mərkəzləşməsi prosesi sürətlənmişdi. 1921-ci ildə ölkədə fəhləsi 500-dən çox olan müəssisələrin sayı 301-ə çatmışdı. Fransada böyük trest və konsernlər yaranmışdı. Metallurgiya sənayesinə “Komite de Forjda” daxil olmaqla üç iri konsern nəzarət edirdi.

Avtomobil istehsalında Sitroen, Peio və Reno firmaları aparıcı rol oynayırdı. Kimya sənayesinə “Kulman və K⁰” və “Sen-Qaben” konsernləri nəzarət edirdi. Ticarət donanmasının 6092-i üç böyük inhisara məxsus idi.

Fransada maliyyə oliqarxiyasının mövqeləri mökəmlənmişdi. Fransa bankının səhmləri 200 ailəyə məxsus idi.

Kapitalizmin inkişafı nəticəsində müflisləşmişləşməsi prosesi sürətləndi. Fəhlələrin sayı kəndlilərin hesabına artmışdı. Müharibədən sonra Fransada başlanan iqtisadi böhran ilk növbədə iqtisadiyyatın dinc relsə keçirilməsi ilə bağlı idi, iqtisadi böhran 1921-ci ilin sonunadək davam etmişdi. 1921-ci ildə sənaye məhsulunun həcmi 1913-cü ilə nisbətən 45%, kənd təsərrüfatı məhsulu istehsalı isə 23% azalmışdı. İstehlak mallarının qiyməti müharibədən əvvəlkinə nisbətən 5 dəfə, vergilər 4 dəfə artmışdı.

Müharibədən sonra Fransada siyasi vəziyyətin səciyyəvi cəhətlərini millətçilik hisslərinin və sosial etiraz hərəkatının güclənməsi təşkil edirdi. Almaniya üzərində qələbə Fransada milli bayram kimi geniş qeyd edilmişdi. Klemanso hökuməti qələbədən və millətçilik əhval-ruhiyyəsinin yüksək olmasından ölkənin qarşısında dayanan vəzifələri həll etmək üçün istifadə etməyə çalışırdı.

Fransa hökumətinin qarşısında dayanan əsas vəzifələrdən biri Sovet Rusiyasına qarşı mübarizə idi. Fransa ABŞ və İngiltərə ilə birlikdə Sovet Rusiyasına qarşı hərbi müdaxilədə iştirak edirdi. 1918-ci ilin noyabrında Fransa Qara dənirzə 70 gəmidən ibarət hərbi donanma göndərmişdi. Fransa hökuməti Sovet Rusiyasına qarşı mübarizə aparan ağqvardiyaçılara hərtərəfli yardım göstərirdi,

Müharibədən sonra Fransada fəhlə hərəkatı artmışdı. Zəhmətkeşlər həm iqtisadi, həm də siyasi tələblərlə çıxış edirdilər. Mübarizə formalarından birini cSovet Rusiyasından əlini çəkə hərəkatı təşkil edirdi. Fransa beynəlmiləlçiləri hökumətdən Sovet Rusiyasına qarşı müdaxiləni dayandırmağı tələb edirdi. Onlar müdaxilə əleyhinə həm mətbuat vasitəsilə təbliğat aparır, həm .də mitinq və nümayişlər təşkil edirdilər. Müdaxiləyə qarşı mübarizədə fəhlələrlə yanaşı Fransa mədəniyyətinin A.Frans, R.Rollan, A.Barbüs kimi görkəmli nümayəndələri iştirak edirdi.

Sosialist partiyasında sağlar və mərkəzçilər Sovet Rusiyasına qarşı hərbi müdaxilənin əleyhinə çıxış edirdilər, onlar hesab edirdilər ki, hərbi müdaxilə zəhmətkeşlərin bolşeviklərə rəğbətini artırır. Sovet Rusiyasının ərazisində olan Fransa qoşunları arasında narazılıq artmışdı. 1919-cu ilin aprelində Sevostopolda, Brest və Tulon limanlarında, Tiraspol və Odessada yerləşən: Fransa ordusunun əsgər və matrosları üsyan etmişdi. Üsyanda 24 hərbi gəminin və 16 hərbi hissənin hərbi qulluqçuları iştirak edirdi. Fransa hökuməti hərbi gəmilərini Qara dənizdən çıxartmağa və Sovet Rusiyasına qarşı müdaxilədən imtina etməyə məcbur oldu. 1919-cu ilin aprelində Fransa qoşunlarının Sovet Rusiyasının ərazisindən çıxarılması başa çatdı.

1919-cu ilin yazında Fransada fəhlə hərəkatı gücləndi, 1919-cu ilin mayın 1-də ölkədə keçirilən mitinq və nümayişlərdə üç milyon zəhmətkeş iştirak etmişdi. Nümayişçilər hökumətdən Macarıstan Sovet Respublikasına qarşı müdaxiləni dayandırmağı, üsyançı matroslara bəraət verilməsini tələb edirdilər. 1920-ci ildə Fransada liman fəhlələri Rolşaya göndərilən hərbi yükləri gəmilərə yükləməkdən imtina etmişdilər. Fəhlələrin əsas iqtisadi tələbləri 8 saatlıq iş gününün tətbiqi və əmək haqqının artırılması idi. 1919-1920-ci illərdə ölkədə hər il 1 milyon fəhlə tətil etmişdi. 1920-ci ilin mayında tətil edən dəmiryolçuların əsas tələbi dəmiryollarının milliləşdiirilməsi idi.

Fəhlə hərəkatı Sosialist partiryasının və həmkarlar ittifaqlarının fəaliyyətinə təsir göstərirdi. Müharibədən sonra Sosialist partiyasının və həmkarlar itifaqlarının üzvlərinin sayı fəhlələrin və əsgərlərin hesabına artmışdı. 1918-ci ildə Ümumi Əmək Konfederasiyasının üzvlərinin sayı 1,5 milyon nəfərə çatmışdı. 1918-1920-ci illərdə Sosialist partiyasının üzvlərinin sayı beş dəfə artmışdı. Sosialist partiyasında və Ümumi Əmək Konfederasiyasında siravi üzvlərin rəhbərliyin siyasətindən narazılığı artmışdı. Ona görə Sosialist partiyasında sağların mövqeləri zəifləmiş, mərkəzçilərin və solların mövqeləri möhkəmlənmişdi. Sosialist partiyasına basçılıq edən L.Blüm mərkəzçilərin nümayəndəsi idi. Ümumi Əmək Konfederasiyasının rəhbərliyində parçalanma baş vermişdi. 1919-cu ildə Fransa Xristian Zəhmətkeşlər Konfederasiyası adlı yeni həmkarlar ittifaqı mərkəzi yaranmışdı. Bu təşkilatın fəaliyyəti exristianlığın sosial doktrinasın üzərində qurulmuşdu. Bu doktrinaya görə fəhlələr sinfi mübarizədən imtina və burfuaziya ilə əməkdaşlıq etməli, müəssisələrdə sosial sülh təmin olunmalı idi. Xristian konfederasiyası hesab edirdi ki, əmək münaqişələri danışıqlar yolu ilə həll edilməlidir.

Birinci dünya müharibəsindən sonra Fransa hökumətinin iqtisadiyyata müdaxiləsi zəiflədi. Kartoçka sistemi və xammalın, sifarişlərin və işçi qüvvəsinin dövlət tərəfindən bölünməsinə dair qanunlar ləğv edildi. Hərbi zavedların bir qismi özəlləşdirildi. Lakin dövlət-inhisarçı tənzimləmə meylləri tamamilə aradan qaldırılmadı.

Hökumət sənayeni bərpa etmək üçün xüsusi nazirlik yaratdı və ona 100 milyard frank məbləğində pul verdi. Bu vəsait bərpa işlərinin maliyyələşdirilməsinə sərf edilməli idi. Hökumət inhisarların və bankların rəhbərləri ilə əməkdaşlıq edir, onlara çoxlu kredit və sifarişlər verirdi. Hərbi zavodların və dəmiryollarının bir hissəsi dövlətə məxsus idi. Aviasiya, elektrotexnika, kimya və gəmiqayırma müəssisələrinin səhmlərinin bir hissəsini almaq yolu ilə dövlət həmin müəssisələrin idarə olunmasında iştirak edirdi. Beləliklə, Fransada dövlət-inhisarçı kapitalizmi inkişaf edirdi. İnhisarlar isə dövlətin tədbirlərini fövqəladə vəziyyətdən irəli gələn müvəqqəti addım hesab edirdi.

Fəhlə hərəkatına və demokratik hərəkata qarşı mübarizədə hökümət həm cəza, həm də güzəşt tədbirlərindən istifadə edirdi. Fransanın Qara dənizdə hərbi gəmilərinin üsyançı matrosları üzunmüddətli həbsə məhkum edilmişdi. Tətil hərəkatına rəhbərlik edənlər nəbs və təqib edilirdi. Eyni zamanda hökümət zəhmətkeşlərin bir-sıra tələblərini yerinə yetirməli oldu. 1919-cu ilin aprelində Fransa parlamenti 8 saatlıq iş ünü və kollektiv müqavilə haqqında qanunlar qəbul etdi. Fransa tarixində ilk dəfə həmkarlar ittifaqlarına sahibkarlarla kollektiv müqavilə haqqında danışıqlar aparmaq hüququ verildi. Qanuna görə sahibkarların həmkarlarla müqavilə imzalaması məcburi deyildi. Ona görə də bir sır hallarda inhisarlar kollektiv müqavilə bağlamaqdan imtina edir və 8 saatlıq iş günü haqqında qanuna əməl etmirdilər.

1919-cu ilin noyabrında Fransada parlamentə seçkilər keçirildi. Seçki ərəfəsində Respublikaçı demokratlar, Sol respublikaçılar, Respublikaçı sosialistlər, Respublika Federasiyası və Milli Respublikaçı Fəaliyyət partiyası kimi buriua partiyaları Milli blokda birləşmişdi. Milli bloka radikalların bir qismi də daxil idi. Milli blokun əsas vəzifəsi bolşeviklərə qarşı mübarizə aparmaq və ictimai asayişi bərpa etmək idi. Milli blok ölkədə sosial və dini sülhü qoruyub saxlamağı, respublika quruluşunu müdafiə etməyi, təsərrüfatın bərpasını və müharibə iştirakçılarına qayğı göstərməyi vəd etmişdi. Milli blok Almaniyadan təzminat alınması da daxil olmaqla Versal müqaviləsinin şərtlərinə ciddi şəkildə əməl edilməsinə nail olmalı idi.

Sosialistlər və radikalların bir qismi Milli blokun rəqibi idi. Sosialist partiyasının seçkiqabağı proqramında buriuaziyaya qarşı mübarizədən və islahatların zəruriliyindən, 8 saatlıq iş gününün və həmkarlar ittifaqlarının hüquqlarının qorunmasından, nəqliyyatın, metallurgiya zavodlarının və bankların qismən milliləşdirilməsindən bəhs edilirdi. Sosialist partiyası pulsuz təhsili və ümumi. tərk- silahı zəruri sayırdı.

Seçkilər nəticəsində Milli blok 437 mandatla Deputatlar palatasında yerlərin 60%-ni qazandı. Deputatlar palatasına iri inhisarların 140 nümayəndəsi seçilmişdi, bir palatanı “akula palatası” " adlandırırdılar. Bu bloka daxil olan partiyaların maliyyə imkanları geniş idi. Ölkədə nəşr edilən qəzet və iumalların əksəriyyəti buryua partiiyalarını müdafiə edirdi. Milli blokun seçkiqabağı vədləri daha cəlbedici idi. Sostalist partiyasının zəhmətkeşlər arasında nüfuzu böyük deyildi.

Seçkilərdən sonra J.Klemansonun: başçılıq etdiyi hökumət istefaya çıxdı. Milli blokun təşkil etdiyi ilk hökumətin baş naziri bitərəf A.Milyeran oldu. Bu hökumət fəhlə hərəkatına qarşı cəza tədbirlərini gücləndirdi, Sovet hökumətinə qarşı mübarizə aparan ağqvardiyaçılar və Polşa ordusunu silahla təchiz edirdi. Hökumət Rusiyadan mühacirət etmiş ağqvardiyaçıların ölkə ərazisində yerləşməsinə icazə vermişdi. A.Milyeran 1920-ci ilin sentyabrında ölkənin prezidenti seçildi və hökumətə 1.Leyq başçılıq etdi.

Fransa hökuməti Paris konfransı zamanı imzalanmış müqavilələrin yerinə yetirilməsinə və Almaniyadan təzminat almağa çalışırdı. Fransa özünü Versal sisteminin baş mühafizəçisi sayırdı, Versal sisteminə yenidən baxılmasının qəti əleyhinə idi. Fransa Sovet Rusiyası ilə iqtisadi əlaqələr yaratmaq istəmirdi. 1920-1922-ci illərdə Fransanın himayəsi altında yaranmış kiçik Antanta blokuna Rumıniya, Çexoslovakiya və Yuqoslaviya daxil idi. 1921-ci ildə Fransa Polşa ilə ittifaq müqaviləsi imzalamışdı.

Sosialist partiyasının sol qanadı Kommunist Beynəlmiləlinə qoşulmaq tərəfdarı idi. 1920-ci ilin fevralında Sosialist partiyasının qurultayı təşkilatın II Beynəlmiləldən çıxması haqqında qərar qəbul etdi. 1920-ci ilin dekabrında Fransa Kommunist Partiyası yaradıldı.

1921-ci ilin yayında inqilab tərəfdarları olan həmkarlar ittifaqları UƏK-dan ayrıldı və 1922-ci ilin iylunda onlar Unitar Ümumi Əmək Konfederasiyasında birləşdilər. Sosialist partiyasının və ÜƏK-in parçalanması nəticəsində ölkədə fəhlə hərəkatı zəiflədi. 1921-ci ildə tətillərdə 400 min, 1922-ci ildə 290 min, 1923-cü ildə 365 min nəfər fəhlə iştirak etmişdi. Müəssisələrin əksəriyyətində səkkiz saatlıq iş gününə əməl edilmirdi. 1921-ci ilin yanvarından hökumətə A.Brian başçılıq edirdi.

1922-ci ildə baş nazir təyin edilmiş R.Puankare inqilabi hərəkata qarşı mübarizəni və Avropada Fransanın hegemonluğunun təmin edilməsini hökumətin əsas vəzifəsi sayırdı. Almaniya təzminatı ödəmədiyinə görə Fransa hökuməti Rur vilayətinin işğalı haqqında qərar qəbul etmişdi. 1923-cü ilin yanvarın 10-da Fransa və Belçika qoşunları Almaniyanın Rur vilayətinə daxil oldu.

Milli bloka daxil olan partiyalar və Sosialist partiyası Fransa qoşunları tərəfindən Rurun işğalını bəyəndi. Fransa Kommunist Partiyası hökumətin siyasətini tənqid etdi və Almaniya zəhmətkeşləri ilə həmrəy olduğunu bildirdi. Fransa hökuməti Kommunist partiyasının rəhbərlərinin bir qismini dövlətə qarşı qəsddə ittiham edərək həbs etdirdi.

Rur vilayətini işğal etməkdə Fransa hökumətinin məqsədi Almaniyanı təzminat ödəməyə məcbur etmək, onun iqtisadiyyatına nəzarət etmək yolu ilə Fransanın Avropada hegemonluğunu təmin etmək idi. Lakin Rurun işğalı gözlənilən nəticələri vermədi. Almaniya təzminatı ödəməkdən imtina etdi, Rur vilayətindən Fransaya kömür göndərilməsi dayandırıldı və Fransada çuqun və polad istehsalının miqdarı azaldı. Eyni zamanda, Almaniyada inqilabi böhran yarandı. Rur münaqişəsi nəticəsində Avropada qüvvə nisbətinin dəyişməsi İngiltərə və ABŞ-ın ciddi narahatlığına səbəb oldu.

Milli blok daxilində R.Puankane hökumətinin siyasətindən narazılıq artdı və 1923-cü ilin payızında Fransa öz qoşunlarını Rur vilayətindən çıxartmağa məcbur oldu.

1924-cü ildə Fransada sənaye məhsulu istehsalının həcmi müharibədən əvvəlki səviyyəyə çatdı. 20-ci illərin ikinci yarısında Fransada sənaye məhsulu istehsalının orta illik artımı 5% olmuşdu. Fransada sənaye İngiltərə və Almaniyaya nisbətən daha sürətlə inkişaf edirdi. 1930-cu ildə Fransada istehsal edilən sənaye məhsulunun həcmi müharibədən əvvəlkinə nisbətən 40% artmışdı.

Ölkənin iqtisadi inkişafının sürətlənməsi sosial-iqtisadi və siyasi sabitləşmə, hökumətin və inhisarların fəaliyyəti, Elzas və Lotaringiyanın qaytarılması, təçərrüfatin bərpası və Almaniyadan alınan təzminatla bağlı idi.



Fransa həm də Versal müqaviləsinə əsasən ona verilmiş Saar vilayətinin kömür mədənlərindən istifadə edirdi. Ölkədə istehsal edilən metallurgiya məhsullarının miqdarı 1,5 dəfə, toxuculuq sənayesi məhsullarının həcmi 30% artmışdı. Hökumətin köməyi ilə 8 min sənaye müəssisəsi bərpa edilmiş, yeni zavodlar, elektrik stansiyaları tikilmiş, dəmiryolları çəkilmişdi. Fransa Almaniyadan aldığı 8 milyard marka məbləğində təzminatı iqtisadiyyata sərf etmişdi.

Ədəbiyyat Siyahısı

  • Avropa və Amerika ölkələrinin müasir tarixi : 1918-1945-ci illər . M.Qasımlı. Bakı 2007.

  • Avropa və Amerika ölkələrinin müasir tarixi(1918-1945). M.Baxışov .Bakı 2010.

  • Avropa və Amerika ölkələrinin müasir tarixi(1918-1945-ci illər) H.Bəxtiyarov. Rəbunə 2014

  • http://ek.anl.az

Yüklə 351,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin