154
rüknl
ə
rind
ə
n birind
ə
z
ə
f
ə
r
ə
yeti
ş
mi
ş
dir dem
ə
kdir”.
Xəlvətə çəkilmək bəzən 40
gün davam edərdi. Qırx gün müddətinə xəlvətə çəkilməyə
ərbəin
də deyilirdi. Ər-
bəin ərəbcə qırx deməkdir. Xəlvətə çəkilmə müddətinin 40 gün davam etməsi Mə-
həmməd peyğəmbərin söyləmiş olduğu bir hədisə əsaslanırdı:
“Q
ı
rx gün bütün
ə
m
ə
ll
ə
rini s
ə
mimi sevgi il
ə
Allah üçün ed
ə
n kims
ə
nin ür
ə
yind
ə
n dilin
ə
do
ğ
ru
hikm
ə
t bula
ğ
ı
axar”.
Bəzi qaynaqlar xəlvətə çəkilmənin
tarixinin Musa peyğəm-
bərlə başladığını yazır. Musa peyğəmbər Tanrı ilə danışmazdan öncə qırx gün oruc
tutmuş və Sina dağına xəlvətə çəkilərək ibadət etmişdi. Qırx gün xəlvətə çəkilməyə
çilə də deyilmişdir. Lakin çilə sözü sonralar işlənmişdir.
Çilə
sözü farsca çehel sö-
zündəndir və bu sözün də anlamı qırx deməkdir. Xəlvətə çəkilən mürid sufi və ya
dərviş öz istəyi ilə deyil, mürşidin göstərişi ilə xəlvətə çəkilirdi.
Bəzən mürşidin
göstərişi ilə eyni vaxtda bir neçə mürid xəlvətə çəkilərdi. Bu zaman xəlvətə çəkilən
mürid haqqında “ərbəinə girdi” – deyilirdi. Bu da “qırx gün müddətinə xəlvətə çə-
kildi” – anlamını verirdi. Adətən Ramazan ayı başlamazdan on gün öncə xəlvətə
çəkilirdilər. Həm Ramazandan öncə on günü, həm də Ramazan ayı boyunca ərbəini
oruc tutmaqla keçirərdilər. Bu müddətdə dərviş dünyanı və dünya malını
düşün-
məkdən tamamilə vaz keçər, yalnız Yaradanı düşünər və bütün gününü ibadətlə ke-
çirərdi. Qırx gün xəlvətə çəkilən mürid bu müddətdə həm də özünü tanımağa, iç
imkanlarını və mənəvi gücünü ortaya çıxarmağa çalışardı. Beləcə qırx günü tamam
edərdi. Ərbəini uğurla tamamlayan müridlər mürşidin qarşısına çıxarılar və xəlvətin
bitməsi xüsusi törənlə qeyd edilərdi. Xəlvət, xəlvətə çəkilmək Xəlvətiliyin bir təri-
qət kimi meydana çıxmasından min illər öncə və təriqət
yaranandan sonra da bir
çox təriqət mənsubları olan sufilər – təmizlənmək, saflaşmaq, kamilləşmək və Tan-
rıya yaxın olmaq istəyən insanlar - tərəfindən sıx-sıx işlənən və həyata keçirilən an-
layış və metod idi. Qaynaqlarda İmam Qəzalinin on il insanlardan uzaq xəlvət hə-
yatı yaşadığı, Mövlanə Cəmaləddin Ruminin dəfələrlə ərbəinə girdiyi, Əhməd Yə-
səvinin 63 yaşında yer qazıb xəlvətə çəkildiyi qeyd olunur. Bizim eradan doqquz
yüz il əvvəl yaşamış Zərdüştün də - Tanrı ilə baş-başa qalması üçün - on il müddə-
tinə mağaraya-xəlvətə çəkilməsi haqqında bilgilər var.
Göründüyü kimi xəlvətdə
olmaq, xəlvətə çəkilmək adəti Xəlvətiliyin ayrıca bir cərəyan kimi meydana çıxma-
sından xeyli əvvəllər də mövcud olmuşdur. Məhz dini düşüncənin bu özəlliyinə
əsaslanaraq 14-cü yüzillikdə Xəlvətilik İslamda xüsusi
bir cərəyan kimi meydana
çıxdı.
Xəlvətiliyin ən böyük özəlliyi bu təriqətin bütünlüklə Azərbaycan türkləri tərə-
findən yaradılması, inkişaf etdirilməsi və yayılmasıdır. Bu təriqətin Azərbaycan hü-
dudlarını aşaraq bir çox ölkələrdə tanınması və yayılması da ünlü Azərbaycan sufi-
si
Dostları ilə paylaş: