151
ca ideya varlığın vəhdətinin poetikcəsinə əsaslandırılmasıdır. M.F.Axundov bu fəl-
səfi poemadakı mütərəqqi fikirləri yüksək qiymətləndirmişdir. Dünya şöhrəti tap-
mış “Sirlər gülşəni” fəlsəfi poeması tanınmış mütəfəkkirlər tərəfindən şərh edilmiş,
fars,
eləcə də rus, ingilis, alman, fransız və türk dillərində çapdan çıxmışdır.
“Sirr gülşəni” əsərində şair və filosofun dünyagörüşünün sufi–panteist tenden-
siyası öz əksini tapmışdır. M.Şəbüstərinin fikrincə, insan təkcə allah ilə deyil, bü-
tün aləm onun müxtəlif təzahürü ilə eynidir, vəhdətdədir. Filosof panteizmi inkişaf
etdirmiş, allah, insan və təbiəti eyni təzahürlər saymışdır. Qədim yunan fəlsəfəsi ilə
dərindən tanış olmuşdur. Əslində antik fəlsəfə Şərq fəlsəfəsi ilə birlikdə onun yara-
dıcılığının ideya mənbəyi olmuşdur. Qeyd etmək lazımdır ki, dini qəbul edən Şə-
büstəri çox vaxt ona əsaslanmışdır. Eyni zamanda o, bir sıra
hallarda ortodoksal eh-
kamlarla razılaşmamış və tez– tez onları kəskin surətdə tənqid etmişdir. Dünyanın
daxili və xarici hissədən ibarət olduğunu irəli sürən Şəbüstəri xarici hissəni planet
və elementlərlə,
minerallar, bitkilər və heyvanlarla əlaqələndirmişdir. Daxili hissəni
isə ruhlar və əqllər aləmindən ibarət hesab etmişdir. İnsanlarda həm daxili, həm də
xarici hissələr vardır. İnsan dünyanın mövcudluğu nümunələrindən biridir. Ümu-
miyyətlə, Mahmud Şəbüstəri Azərbaycan ictimai fikrində
olduqca əhəmiyyətli
mövqeyə malik olmuşdur.
XIV əsrdə Azərbayçanda
Dostları ilə paylaş: