148
hın varlığıdır, - deyən filosof ardıcıl monizm mövqeyində durmuşdur. Qeyd etmək
lazımdır ki, ayrı-ayrı şeylərin substansional müstəqilliyinin inkarı bütün panteist fi-
losofların varlıq təlimi üçün səciyyəvi xüsusiyyətdir.
Eynəlquzat Miyanəçinin idrak nəzəriyyəsində idrakın hissi, əqli və intuitiv for-
maları qəbul edilir. Duyğu kimi əqlin
də obyektiv həqiqəti, şeylərin düzgün inikası-
nı verə bilməsini təsdiq edən filosof yalnız intuisiyanın köməyilə anlaşılan şeyləri
ya substansiya ilə əlaqədar olan sahəyə aid etmiş, ya da ümumiyyətlə, formal mən-
tiqin qayda-qanunlarıilə izah edilə bilməyən məsələlər sayılmışdır. Panteist filoso-
fun təlimində güclü ifadə olunmuş dialektika ünsürləri vardır. Mütəfəkkir
şeyləri və
hadisələri daim dəyişmədə meydana çıxma
və yox olmada təsəvvür edir,
onlarda
daxili
ziddiyyətli çəhətləri, meylləri görürdü.
Eynəlquzat Miyanəçinin təlimi Yaxın və Orta Şərq ölkələrində azad fikirliliyin
və panteist ideyaların yayılmasına böyük tə'sir göstərmiş, fəlsəfə tarixində silinməz
iz buraxmışdır. Onun əsərləri zəminində İbn Ərəbi, İbn əl-Fariz, Mahmud Şəbustə-
ri, İmadəddin Nəsimi və başqa örkəmli sufi-panteist mütəfəkkirlər yazıb-yaratmış-
lar. Böyük Nəsiminin “Aləmül qeybin vücudu kainatın eynidir”, “həm cahanam,
həm cahanın eyni və mahiyyəti” və i.a. panteist məzmun daşıyan kəlamları Eynəl-
quzat Miyanəçinin fəlsəfəsi ilə bilavasitə bağlıdır.
Eynəlqüzat Miyanəçi
28– 29 yaşlarında azad fikirlilik üstündə müsəlman qa-
nunçuları– fəqihlər tərəfindən təqib edilmişdir. Ayrı– ayrı yerlərdə onu kafir elan
edib, ölümünə fitva verirlər. Nə tanınmış ailədən çıxması, nə böyük mənsəb– Hə-
madanın baş qazisi vəzifəsini tutması onu ittihamdan xilas edə bilməmişdir. Eynəl-
qüzat 1128– ci ildə həbs edilib Bağdad zindanına göndərilmişdir. Orada “Ölkələrin
alimlərinə vətəndən ayrı salınmış qəribin şikayəti” əsərini yazmışdır. 1131– ci ildə
onu Həmadana qaytararaq, 33 yaşında, dərs dediyi mədrəsədə edam edirlər. Filosof
yazdığı “Həqiqətlərin məğzi”, “Müqəddimələr” və “Qəribin şikayəti” kitablarında
sufizmin müxtəlif aspektlərini işıqlandırmış, ona bitkin fəlsəfi məzmun vermişdir.
Dostları ilə paylaş: