147
cür şərait yaratmışdır. 1266-cı ildən Nəsrəddin Tusi ilə bir yerdə çalışan Azərbay-
canlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar
arasında içi boş yer kürrəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş
bu fiqur coğrafi qlobus idi.
Təəssüf ki, elm aləmində elə hesab edirlər ki, ilk coğrafi
qlobusu guya alman alimi Martin Bahaym (1459-1507) hazırlamışdır.
Nəsrəddin
Tusi Marağa rəsədxanasında çalışan alimlərdən bir çoxuna dərs demişdir. Nəcməd-
din Katibi Qəzvini (1203-1277), Şəmsəddin Şirvani (?-1300), Qütbəddin Şirazi
(1236-1311) və başqa təbiətşünas alimlər, məntiqçi filosoflar, bilavasitə Nəsrəddin
Tusi məktəbinin yetirmələridir.
Dostları ilə paylaş: