Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə130/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   307
333 felsefe muhazireler toplusu eyani

Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin
(993-1066) adı ilə bağlıdır. Onun bir 
sıra qiymətli əsərləri (“Təhsil kitabı”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səa-
dət kitabı”, “Metafizika elminin mövzusuna dair traktat”, “Mövcudluğun mərtəbə-
ləri”) olmuşdur. Bunların içərisində “Təhsil kitabı” xüsusi yer tutur. O, orta əsrlər 
dövründə məntiq, metafizika və təbiəti öyrənmək üçün mühüm mənbələrdən biri 
olmuşdur. 
Ə.Bəhmənyarın fəlsəfəsində varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq prob-
lemləri sistemli şəkildə geniş şərh edilmişdir. O, varlığı vacib və mümkün olmaqla 
iki yerə bölərək göstərir ki, birinci qisimdən olan varlıq qeyri-varlığının fərz edil-
məsi mümkün olmayan varlıqdır, ikinci isə vacib varlıqdan savayı bütün yerdə qa-
lan mövcudluqlardır. Zəruri və ya vacib varlıq bütün mövcudatın əsasını təşkil edir, 
mümkün varlıq isə varlığı və yoxluğu cəhətdən zəruri olmayanlardır. Vacib varlıq 
ilə mümkün varlıq arasındakı əlaqələr isə ilk səbəb və nəticə arasındakı münasibət 
kimi nəzərdən keçirilir. Ə.Bəhbənyarın fikrincə, səbəblə nəticə bir-birilə əlaqəlidir, 
hər bir nəticənin varlığı öz səbəbinin varlığı ilə birlikdə vacib və zəruridir. 
Materiya, forma, cisim, hərəkət, məkan və zaman kimi fəlsəfi kateqoriyaları 
qarşılıqlı əlaqədə nəzərdən keçirən Ə.Bəhmənyar orta əsrlər peripatetizmində oldu-
ğu kimi materiya və formanın nisbətinə mürəkkəb substansiya kimi yanaşır, hərə-
kəti isə potensiallıqdan aktuallığa tədrici keçid kimi xarakterizə edir. Zaman gəl-
dikdə o, hərəkətin miqdarı kimi təqdim olunur və o, materiyanın ayrılmaz xassəsi 
adlandırılır. Onun fikrincə, zamanın mövcudluğu materiyadan asılıdır, o, materiya-
da mövcuddur və bu mövcudluq hərəkət vasitəsilə şərtlənmişdir. 
Ə.Bəhmənyarın “Təhsil kitabı”nda dünyanın vəhdəti məsələsinin anlaşılması-
na dair fikirlərində aydın olur ki, o, çoxlu dünyaların mövcudluğunu inkar edir, va-
hid materiya və forma daxilində xüsusiləşən aləmin dünyanın vəhdətinin əsası he-
sab edir. Onun fikrincə, bu mövcudat isə ilkin məqsədəuyğunluq, ilkin səbəblər 
əsasında tam zərurətlə inkişaf edir. Dünyadakı bütün hadisə və proseslərin düzülü-
şü, nizamı, qayda-qanunu onlara əvvəlcədən daxil edilmiş, həqiqi bir nizamdır, on-


144
dan daha bitkin nizam yoxdur. 
Ə.Bəhmənyarın idrak nəzəriyyəsində hissi və məntiqi (əqli) idrak pillələri bir-
birilə əlaqədar şəkildə nəzərdən keçirilir, idrakın obyekti və subyekti düzgün fərq-
ləndirilir və göstərilir ki, “hər dərk edilən şey dərk edəndə təzahür edir”, duyğular, 
qavrayışlar maddi varlıqların düzgün sürətləri, inikaslarıdır. Əqli və ya rasional id-
rak da onun diqqətindən kənarda qalmamış, o, əqli idrakı şeyləri mahiyyətini aşka-
ra çıxaran ən yüksək idrak növü adlandırmışdır. 
Ə.Bəhmənyar Yaxın və Orta Şərq ölkələrində istedadlı bir məntiqçi alim kimi 
tanınmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş, 
məntiqin predmetinə, vəzifələrinə, problemlərinə “Təhsil kitabı”nda geniş yer ver-
mişdir.
XIII əsrdə yaşamış 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin