Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə126/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   307
333 felsefe muhazireler toplusu eyani

Məzdəkilik.
Məzdək
 
maniliyin radikal və demokratik istiqamətinin tərəfdarı 
olmuşdur. Sasani hökmdarı I Qubadın zamanında Məzdək və onun tərəfdarları yük-
sək dövlət vəzifələri tutmuş, özü isə İranın baş kahini olmuşdur. Məzdəkilər xüsusi 
mülkiyyəti ləğv etməyə çalışmasalar da, var-dövləti adamlar arasında bərabər böl-
məyi təbliğ edirdilər. İctimai ədaləti qəbilə-tayta quruluşuna qayıtmaq yolu ilə bər-
qərar etmək istəyirdilər. 
Məzdəkilər dini, fəlsəfi və sosial təlim olub, qədim zərdüştilik prinsiplərinə 
(oda sitayiş və s.) əsaslansalar da, kahinlər və əyanlara qarşı çevrilmiş xalq hərəka-
tının ideologiyası olmuşdur. Lakin onların əxlaq təlimində qəbuledilməz cəhətlər 
çoxdur (atanın qızı, bacının qardaşı ilə evlənməsi və s.).
Məzdəkilik sosial şüuru ön plana çəkən manilik təliminə əsaslanırdı. Manilik-
dəki dualizm məzdəkilik üçün də səciyyəvidir. Həm məzdəkilikdə, həm də manilikdə 
mövcud olan dualizmi, İşıq ilə Qaranlığın mübarizəsi ideyasını əsas götürürdü. Ma-
nilikdən fərqli olaraq məzdəkilik təlimi hesab edirdi ki, İşıq (Xeyir) səltənətinin fəa-
liyyəti ədalətli, ağıllı və məqsədəuyğundur, Qaranlıq (Şər) səltənətini hərəkəti isə tə-
sadüfi və xaotikdir. Məzdəkiliyə görə, Xeyirin Şər üzərində qələbəsi uzaq gələcəkdə 
deyil, "hazırkı həyatda" baş verməlidir. Məzdək təlimində insanları qarşılıqlı maddi 
köməyə, bərabərliyə, "əmlak ümumiliyinə" çağıran sosial-etik görüşlər mühüm yer 
tutur. Məzdəkilik sosial bərabərsizliyi məhv etmək, ilkin mövcud olan Allahdan gə-
lən ümumi bərabərliyi isə zorla həyata keçirmək üçün fəal mübarizəyə çağırırdı. 
Məzdəkilərin ideyaları sonralar xürrəmilər tərəfindən davam etdirilmişdir. 
Xürrəmilik.
Məzdəkilik Xürrəmilik
 
təliminə böyük təsir göstərmişdir. Tarixi 
ədəbiyyatda xürrəm sözünü üç cür izah edirlər. 
1.
Xürrəm- Ərdəbil yaxınlığında yer adıdır; 
2.
Xürrəm- şad, kefcil deməkdir; 
3.
Xürrəmə- Məzdəkin qadını və təbliğatçısı. 
Bunlardan mövcud ədəbiyyatda kef və kefcil mənaları daha çox məqbul sayıl-
mışdır. Lakin akademik Ziya Bünyadov ilk dəfə olaraq xürrəm sözünün mənasını 
atəş sözünə istinadən izah etmək təklifini irəli sürmüşdür. O, haqlı olaraq yazır ki, 
feodal və burjua müəlliflərinin «xürrəm» sözünü əxlaqsızlıqla əlaqələndirmələri, 
şübhəsiz, onların elmi və siyasi cəhətdən dar düşüncəli olmaları ilə izah edilməli-
dir. Çünki xilafətə qarşı iyirmi ildən artıq bir müddət ərzində qəhrəmancasına azad-
lıq mübarizəsi aparmış Xürrəmiləri kefcil bir dəstə, əyyaş həyatı keçirən adamlar 
kimi qələmə vermək olmaz. 


140
Xürrəm sözü, heç şübhəsiz, «Avesta»dakı Xürrəm sözündəndir. Sonrakı filo-
soflar onu «Mənəvi işıq» mənasında işlətmişdilər. Xürrəm emanasiaya prosesində 
İşıqlar işığından çıxan ilk nəticəyə deyilir. Bütün maddi varlıqlar məhz Xürrəmin 
sayəsində vücuda gəlmiş şeylərdirr. Bəlkə elə buna görədir ki, Xürrəmilər işıqlar 
işığı əvəzinə bu ilk nəticəyə pərəstiş etmişlər. 
Atəşpərəstliyin (məcusiliyin) bir etiqad kimi Azərbaycanda tədricən sıxışdırıl-
masına baxmayaraq, onun ayrı-ayrı prinsip və ünsürləri uzun zaman yaşayaraq adət 
və mərasimlərlə çulğalaşmışdır. 
Zərvanilik, zərdüştilik və maqların təməl ideyaları Azərbaycan fəlsəfəsinin gə-
ləcək inkişafına xeyli təsir göstərmişdir. Yeni eranın ilk əsrlərində digər fəlsəfi cə-
rəyanlara da rast gəlinir.
 
Qədim dövrün sonu və erkən Orta əsrlərdə zərdüştilik, ast-
ral dinlər, tanrıçılıq (Göy Tanrı), şamanizm və xristianlıqla bağlı cərəyanların için-
də manilik və məzdəkilik fəlsəfi görüşləri xüsusi yer tutur. E.ə. I minilliyin sonun-
dan və yeni eranın ilk yüzilliklərindən başlayaraq Azərbaycanın şimal ərazisi olan 
Albaniyada bir-birinə zidd iki siyasi və məfkurə təmayülü – maqların yaydığı zər-
düştilik təmayülü və politeizmə, sonra isə xristianlığa söykənən yunan-Roma və 
Bizans təmayülü mövcud idi. 
Qədim dövr və erkən Orta əsrlərdə yanğın, müharibə, siyasi və dini münaqişə-
lər nəticəsində yazılı abidələrin məhvi bəhs olunan dövrlərə aid fəlsəfi fikrin tam 
zənginliyi ilə təsvir və tədqiqinə imkan vermir. Buna baxmayaraq, əldə olan məlu-
matlar aşağıdakı qənaətə gəlmək üçün əsas verir: qədim dövr və erkən Orta əsrlərdə 
Azərbaycanın mədəni irsində fəlsəfi problemlərin qoyuluşu və şərhi metodları, fəl-
səfi kateqoriyalardan – mövcudat, başlanğıc, son, maddə, ruh, nəfs, zaman, məkan, 
həqiqət, ədalət, Xeyir və Şərdən, onların qarşılıqlı əlaqələrindən bəhs edilməsi 
Azərbaycan fəlsəfəsini Qədim dövr dünya fəlsəfi fikrinin ayrılmaz hissəsi kimi sə-
ciyyələndirir. Bu mülahizəni qədim yunan filosofları, tarixçiləri, eləcə də orta əsr 
və yeni dövr mənbələri də təsdiqləyir. Qədim dövrdə və erkən Orta əsrlərdə varlı-
ğın atomlardan yaranması, maddi və qeyri-maddinin, Xeyir və Şərin, işıq və zülmə-
tin ziddiyyəti və vəhdəti, Allahın işıq və həqiqətlə eyniləşdirilməsi, idrakın dəyər-
ləndirilməsi tərzi, sosial ədalət və utopik xoşbəxt cəmiyyət haqqında təsəvvür və 
nəzəri mülahizələr Azərbaycanda fəlsəfi fikrin təşəkkülü və inkişafının ideya əsas-
larını təşkil etmişdir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin