138
nurdusa, ikincisində Zaman (zarvan) hesab olunurdu. Zərvanilər sonsuz zamanı
başlanğıc kimi götürməklə bu ilk başlanğıcı şəxsləndirərək onu ilahi varlıq
kimi qə-
bul edirdilər.
Zərvaniliyə görə, işıq və qaranlıq kimi iki zidd mahiyyətlə yanaşı,
dünyada bütün mövcudatın əsası olan zərvan (zaman) adlanan vahid ilk başlanğıc
da vardır.
Zərvaniliyə görə keyfiyyət iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən işıq
ruhu, əzəli və əbədi Hörmüz maddi varlıqları və həyatı yaradır,
ikinci keyfiyyəti
təmsil edən zülmət ruhu Əhrimən isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli ol-
madığı kimi, daimi də deyil. Zərdüştiliyin teoloji risaləsi “Şikand-qumaniqçivar”da
(“Şübhəni aradan qaldıran şərh”) mövcudatı sonsuz Zamanın – Zarvana akarananın
təzahürü kimi qəbul, Allahı, ruhun ölməzliyini, cənnət və cəhənnəmi inkar və yal-
nız maddəni real hesab etdiyinə görə zərvanilik tənqid olunur. Zərvaniliyin görüşlə-
ri Orta əsr Şərq yazılı mənbələrində də tənqid edilir. Bununla belə, bu təlim dünya
fəlsəfəsinin sonrakı inkişafına, o cümlədən onu tənqid edən zərdüştiliyə də böyük
təsir göstərmişdir. Robert Eysler zərvaniliyin Şərq və qədim yunan fəlsəfi fikri ilə
bağlılığını göstərərək, xüsusilə onun Ferekid və Anaksimandrın teoqoniyalarına tə-
sirindən, İ.D. Rojanski isə Anaksimandrın kosmoqoniyasında Zərvanın Xronosla
oxşarlığından yazmışlar.
Zərvanistlər içərisində materialist və
ateist fikirlilər olmuşdur ki, zərdüştilər
həmin adamları tənqid atəşinə tutmuşlar.
Dostları ilə paylaş: