146
naşı, ona məskənimiz olması cəhətdən
xüsusi diqqət yetirmiş, insanı əhatə edən
şeylər və hadisələr haqqında maraqlı mühakimələr yürütmüşdür. O, göy cisimləri-
nin, ilk növbədə Günəşin və Ayın yerə təsiri, yerdəki həyat üçün mühüm amil ol-
ması barədə də söz açmışdır. Siracəddin Urməvinin idrak nəzəriyyəsində hissin
(duyğuların) və əqlin rolu, bir-birinə münasibəti düzgün qiymətləndirilmiş, insanın
bilikləri, hissi və məntiqi idrak yolu ilə əldə etməsi göstərilmişdir.
Azərbaycan filosofunun yaradıcılığında məntiqə dair əsərlər daha çoxdur.
Onun fikrincə, məntiq məlum (bilavasitə) bilikdən məchul (vasitəli)
biliyə keçərkən
insanı təfəkkür xətalarından qoruyan qanundur.
Siracəddin Urməvinin zəngin fəlsəfi irsi, təbii-elmi fikirləri,
xüsusən dərin
məzmunlu məntiq təlimi əsirlər boyu alimlər üçün böyük örnək olmuşdur.
Dostları ilə paylaş: