153
hürufiliyin müddəaları, həyat və kainat haqqında düşüncələri yığcam və məntiqi bir
dildə ifadə olunmuşdur.
Əbdülbaqi Gölpınarlı "Hürufilik mətnləri kataloqu" adlı əsərində hürufiliyin -
Anadoluda Mir Şərif və xüsusilə böyük Azərbaycan şairi İmadəddin Nəsimi tərə-
findən yayıldığını bildirir. O, eyni
zamanda bu dövrdə Azərbaycan, İran, İraq və -
Anadoluda yayılan hürufilik təriqətinin qüdrətli şairidir. İmadəddin Nəsimi gözəl,
vəcdli və həyəcanlı şeirləri ilə hürufiliyin yayılmasında böyük rol olmuşdur.
K.Ə.Kürkçüoğlu Abbas əl-Əzzaviyə istinadən yazırdı: "Nəsimi olmasaydı, hürufi-
lik bu qədər geniş yayılmaz və zamanımıza da gəlib çata bilməzdi".
Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanda, Yaxın Şərqdə, İraqda, Kiçik
Asiyada və Suriyada, eləcə də Orta Asiyada uyğurlar içərisində şöhrət tapmışdır.
Dostları ilə paylaş: