150
Şihabəddin Suhrəvərdinin “İşıq heykəlləri”, “İmaməddin lövhələri”, “İşıqna-
mə”, xüsusən “İmraq fəlsəfəsi” və bir sıra başqa əsərlərində işraqilik təliminin baş-
lıca məsələləri verilmişdir. Şiraq (Əl-şiraq - işıq saçma)
emanasiya termininə uy-
ğundur. Şiraqilik (Əl-işraqiyyə) bu sözdən əmələ gəlib, «işrağa məxsus» deməkdir.
Bu təlimə görə işıqlardan və onun kölgələrindən təşəkkül tapmış bütün mövcudatın
zirvəsində işıqlar işığı durur. Tək və səbəbsiz olan həmin işıqdan mərtəbə-mərtəbə
digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Bununla işraqilik fəl-
səfəsində Şərq peripatetizmindəki əql, nəfs və cismin üçlük sisteminə əsaslanan ye-
ni bir emanasiya nəzəriyyəsi yaradılmışdır. İşraqilik fəlsəfəsində idrakın hissi, əqli
və intuitiv mərhələləri qəbul edilir. İctimai fikirlərə gəldikdə, o Şihabəddin Suhrə-
vərdinin poeziyasında daha qabarıq verilmişdir. Haqsızlığa və ədalətsizliyə qarşı çı-
xan mütəfəkkir bədxah insanları əjdahaya və ilanlara bənzədirdi.
Onun fikrincə xal-
qa layiqli adam başçılıq
etməlidir, O, deyirdi “siyasət
onun əlində olarsa,
zaman
işıqlı olar”.
Şihabəddin Suhrəvərdinin fəlsəfəsini, xüsusən onun işiraqilik təlimini Şəmsəd-
din Şəhrəzuri (?-1250), İbn-Kəmmunə İsrailin (?-1277), Qütbəddin Şirazi (1236-
1311), Vədud Təbrizi (?-1524), Sədrəddin Şirazi (?-1610) və b. görkəmli filosoflar
inkişaf etdirmişlər.
Dostları ilə paylaş: