162
mək, Rusiya vasitəsi ilə də Avropa mədəniyyəti nümunələri ilə tanış olmaq nəticə-
sində mənəvi-ideoloji fikirdə rus və avropapərəstlik meylləri yaranır və getdikcə
güclənirdi.
İkincisi
, bu dövrdə ictimai-fəlsəfi fikirdə islam ehkamçılığının, müsəlman ila-
hiyyatının güclü təsiri xüsusilə hiss olunmaqda idi.
Üçüncüsü,
XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan
ictimai-fəlsəfi fik-
rində maarifçilik ideyaları da əmələ gəlmiş və getdikcə qüvvətlənmişdi. İdeoloji
həyatda yanlış olaraq əsasən Avropa hadisəsi kimi qələmə verilən maarifçilik ba-
xışları Azərbaycanda XIX əsrin birinci rübündən təşəkkül tapmağa başlamışdı.
Maarifçilik bir ideoloji-fəlsəfi fikir cərəyanı kimi tarixən feodalizmin ziddiyyətləri-
nin kəskinləşdiyi və kapitalist münasibətlərinin formalaşdığı dövrün məhsuludur.
Bu, feodal əsarətinə, cəhalətə, mövhumata, təhkimçilik münasibətlərinə qarşı etiraz
əlaməti olaraq biliyin, təhsilin azadlıq, hüquq bərabərliyi ideyalarının və digər mü-
tərəqqi mənəvi-mədəni prinsiplərin geniş təbliğinə və onların qərarlaşması nəticə-
sində daha mütərəqqi, sosial ədalətə
əsaslanan cəmiyyət
quruluşuna nail olmağa ça-
ğıran sosial-fəlsəfi baxış idi. Maarifçilərə görə cəmiyyət haqqındakı sosial ədalət-
sizliyi, zülm və bərabərsizliyi hökmdarın rəiyyətə qədər hamının maariflənməsi nə-
ticəsində arada qaldırmaq mümkündür.
Bəzi tədqiqatçılar Azərbaycanda maarifçilik baxışlarının formalaşması dövrü-
nü, onun inkişafının birinci mərhələsini XII-XIII əsrlərlə əlaqələndirirlər. Düzdür,
həmin dövrlərdə də Azərbaycan intibahı ilə əlaqədar insanları təhsilə, maarifə çağı-
ran baxışlar olmuşdur, lakin onları maarifçilik fəlsəfəsi cərəyanının ilkin dövrü ki-
mi səciyyələndirmək o qədər də düzgün olmazdı. Çünki bütün ölkələrdə zəkanın, bi-
liyin təntənəsinə, sosial ədalət, azadlıq və bərabərlik ideyalarının reallaşmasına çağı-
rış, kapitalist istehsal üsulunun qərarlaşması ilə meydana çıxmışdır. Bu, feodalizmin
möhkəmlənməsi deyil, dağılması prosesinin doğurduğu fəlsəfi-ideoloji baxış idi.
Azərbaycanda isə həmin tarixi proses - XVIII əsrin sonlarından başlayaraq XX əsrin
əvvəllərinədək davam etmişdir. Odur ki, Azərbaycan maarifçiliyini əsasən XIX əsr
hadisəsi hesab etmək tarixi həqiqətə daha çox uyğun olardı. Maarifçiliyə, öz sosial-
siyasi istiqamətinə görə, kapitalist münasibətlərinin formalaşmağa başladığı dövrün
ilkin burjua və antifeodal ideologiyası kimi baxılmalıdır.
Məhz həmin tarixi şərait
feodal mütləqiyyətinə, dini fanatizmə qarşı XVIII əsrin "qəti inqilabçı" fransız maa-
rifçilik istiqamətini (Volter, Didro, Helvetsi, Holbax və b.) doğurmuşdur. Maarifçili-
yin başlıca xüsusiyyətini zəkanın, biliyin yenidənqurulması və təkmilləşməsi yolu ilə
cəmiyyətin sosial-siyasi yeniləşməsinə nail olmaq cəhdi təşkil edir.
Azərbaycan maarifçiliyini öz inkişafına görə iki mərhələyə bölmək olar:
Dostları ilə paylaş: