164
Abbasqulu ağa Bakıxanov Qüdsi
1794-cü ildə Bakının Xilə (indiki Əmircan)
kəndində
anadan olmuş, ilk təhsilini burada almış, sonra Qubaya atasına məxsus
olan Əmsar kəndinə köçmüş, bir sıra Şərq və rus dillərini, ilahiyyat, ədəbiyyat və
fəlsəfə elmlərini öyrənməyə başlamışdır. Sonradan o,
Tiflis şəhərində işləmiş,
1828-ci ildə baş komandanın dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi işləmiş,
hərbi xidmətdə polkovnik rütbəsinə qədər yüksəlmişdir.
Abbasqulu ağa Bakıxanov 1826-1829-cü illər Rusiya, İran və Türkiyə mühari-
bələrində, Türkmənçay sülh müqaviləsinin bağlanılmasında iştirak etmiş, Polşada,
Peterburqda olmuş, 1835-ci ildə Qubaya qayıdaraq orada "Gülüstan" adlı ədəbi
məclis düzəltmiş, elmi və ədəbi yaradıcılıqla məşğul olmuşdur. O, 1846-cı ildə
Məkkə ziyarətinə getmiş, bir neçə ay sonra isə Təbrizə, Tehrana, İstanbula, Ərəbis-
tana səyahət etmiş, 1847-ci ildə Məkkə və Mədinə şəhərləri arasında yerləşən Fati-
mə vadisində vəfat etmişdir.
Abbasqulu ağa Bakıxanovun "Qüdsün bağları", "Müxtəsər qrammatika", "Qə-
ribəliklərin kəşfi", "Əxlaqın islahı", "Tərəzinin mahiyyəti", "Kainatın sirrləri",
"İşıqlar taxçası", "Gülüstani-İrəm" adlı əsərlərində dilçilik, məntiq, əxlaq, tarix, fəl-
səfə, psixologiya, coğrafiya və digər elmlərdən, onların öz dövrü üçün aktual prob-
lemlərindən söhbət salınır, onlara müəllifin öz münasibəti bildirilir və mühüm töv-
siyələr verilir.
A. Bakıxanovun yaradıcılığında onun 1841-ci ildə yazdığı "Gülüstani-İrəm"
əsəri mühüm yer tutur. Bu əsərdə Azərbaycanın və Dağıstanın qədimdən 1813-cü
ilə qədərki tarixinin mənbələr əsasında şərhi, müxtəlif tarixi dövrlərin siyasi xarak-
teristikası verilmiş, ölkənin mədəni tarixi həyatı məsələləri işıqlandırılmışdır. Bakı-
xanov bu əsərdə
tarixə sadəcə rəvayətlər, hekayətlər toplusu kimi yanaşmamış, tari-
xin mənasından, onun bəşəri yaddaş və əxlaqi bir elm olmasından bəhs etmişdir. O,
göstərmişdir ki, tarix insan nəsilləri arasında, müxtəlif xalqlar arasında mövcud
olan əlaqənin saxlanmasının ən böyük vasitəsidir. Ona görə də tarixə, onun öyrənil-
məsinə faydalı bir məşğələ kimi yanaşmaq lazımdır.
Abbasqulu ağa Bakıxanovun dünyagörüşü islama uyğunlaşdırılmış klassik fəl-
səfə əsasında təşəkkül tapmışdır. O, hikmətin (fəlsəfənin) məqsədini təhsil və maa-
riflənməkdən ibarət saymışdır.
Bununla yanaşı, o, varlığın peripatetizm və pante-
izmdə araşdırılan ən ümumi prinsiplərini islam ehkamlarının izahı kimi təqdim et-
mişdir. Onun fikrincə, varlığın vaçib və mümkün varlığa bölünməsi, vahiddən ço-
xun çıxarılması, çoxun təkdən törənməsi təhqiqat və hekayət
əsərlərindən formalaş-
mışdır. Əslində isə vahiddən zəruri surətdə törəmə Allahın yaradıcılıq işindən baş-
qa bir şey deyildir. Allahın əvvəlcə yaratdığı varlıq dunyada şeyləri tam əhatə et-
mək noqteyi-nəzərdən əql (ağıl), işləri nizamlamaq baxımından qələm, ilkin və son
olması baxımından işıq və ya nurdur
.
Allahın vahidliyini onun təkliyindən ibarət
sayan A.Bakıxanov yazır ki, "çoxluğun mövcudluğuna baxmayaraq, o, öz vahidli-
yində qalır. Dəyişiklik yalnız onun zahiri təyinlərində olur, özü isə zaval tapmaz."
"Onun özundən başqa hər şey məhv olacaqdır" ayəsini bu münasibətlə təkrarlayan
A.A.Bakıxanov dini və fəlsəfi təfəkkurün eyniyyətindən çıxış etmiş, Allahı hər şeyi
özündə ehtiva edən varlıq kimi əsaslandırmağa çalışmışdır.
165
A.Bakıxanov fəlsəfəni metafizika ilə eyniləşdirməklə
əslində Aristotelçilik
mövqeyində durmuş, varlıq və yoxluğun nisbətində dünyanı bir haldan başqa hala
keçən proses kimi təsəvvür etmişdir. Onun fikrincə, varlıqda yoxluq bir haldan baş-
qa hala keçmək deməkdir. Bütün şeylər bir şəkildən başqa şəklə girmək üçün həlak
olur. Lakin bu dəyişiklik mütləq aləmin intizamı dairəsindən kənara çıxmaz.
O, eyni zamanda dünyanın quruluşundan, səma cisimlərinin meydana gəlməsi
və ondakı dəyişikliklərdən də bəhs etmiş, hərəkəti Kainatdakı bütün dəyişikliklərin
əsası adlandırmışdır. Astronomiyadakı iki nəzəriyyəyə
münasibətini bildirərkən
A.A.Bakıxanov düzgün elmi mövqedə dayanaraq N. Kopernikin heliosentrik siste-
mini müdafiə etmişdir. O, göstərirdi ki, Kopernikin heliosentrik nəzəriyyəsi sanbal-
lı dəlillərlə əsaslandırıpmışdır, o, Quran ayələri ilə də müdafiə oluna bilər. Onun
fikrincə, "kəhkəşanda günəşdən savayı ulduzlar çoxdur. Hər bir səyyarə özü bir
aləmdir. Bizim aləmimiz də həmin səyyarələrdən biridir."
A.A.Bakıxanov özünün məntiqə dair fikirlərini "Tərəzinin mahiyyəti" ("Tərəzi
gözü", "Eyn-əl-Mizan") əsərində ifadə etmişdir. Əsərin "Tərəzinin gözü" adlandı-
rılması ondan irəli gəlir ki, məntiq də fikirləri tərəzi gözü kimi çəkir, onun düzgün-
lüyü və ya yalanlığı dərəcəsi yoxlanılır. O, məntiqi peripatetizm istiqamətində anla-
yaraq onun əhatə etdiyi problemləri təsəvvurlər və təsdiqlər
olmaqla iki yerə bölür,
onların hər birisinin mə'na və məzmununu açıb göstərir. Onun fikrincə, muhakimə-
lər və ya hökmlər təsdiqin başlanğıcları (muqəddimələri), sillogizm (əqli nəticə) və
onun növləri isə təsdiqin məqsədləridir.
O, eyni zamanda mühakimələri qəti və şər-
ti olması nöqteyi-nəzərindən öyrənmiş, qəti mühakimələri
birləşdirici və bölücü
mühakimələr növləri kimi araşdırmışdır.
A.A.Bakıxanovun fəlsəfi dünyagörüşü onun əxlaqa, etikaya dair fikirləri ilə
başa çatır. O, əxlaqa saflığı və kamilliyi həqiqətdə axtararaq göstərir ki, "ürəyin ay-
nası küdurətin pasından təmizləndikdə bütün şeylərin həqiqətini əks etdirən və haq-
qı göstərən bir güzgüyə çevrilir." "Ürək nəfsini pisliklərdən təmizlənsə, Allahın
işıqlarını əks etdirər". O, insana cəmiyyətdə yaşayıb fəaliyyət göstərən, öz ağlı və
iradəsi ilə sərbəst hərəkət edən varlıq kimi yanaşaraq göstərir ki, o, cəmiyyət qarşı-
sında məs'uldur, öz öhdəsinə düşən borcları, vəzifələri unutmamalıdır. Onun fikrin-
cə, insan həmişə yaxşılıq etməyə çalışmalı, öz əxlaqını təmizləyib islah etməlidir.
Çünki bilik əldə etməyin məqsədi yaxşılıqdan ibarətdir. Onsuz görülən iş bəhrəsiz
ağac kimi bir şeyə bənzəyər.
Abbasqulu ağa Bakıxanova görə xeyirxahlığın, yaxşılığın, müsbət əxlaqi key-
fiyyətlərin ölçüsü ədalət və insafdır.
Abbasqulu ağa Bakıxanov əməksevərlik, təvəzökarlıq, düzlük, mənəvi saflıq
və digər müsbət kamilliyə nail olmaqda elmin, maarifin roluna böyük üstünlük ver-
mişdir. O, əxlaqda rasionalizmə
istinad edərək göstərmişdir ki, insan öz davranış
qaydalarını düşünüb seçməli, bu işdə ağlın gücünə arxalanmalı, ağılla elmdən bö-
yük bir sərvətin olmadığını dərk etməlidir.
XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də, yaradıcılığı
ilə Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan
və Peterburq universitet-
lərinin professoru
Dostları ilə paylaş: