168
edirdi. Onun fikrincə, dünya maddidir və öz daxili qanunları əsasında inkişaf edir.
Bütün hadisə və proseslərin bir-biri ilə əlaqədə qarşılıqlı təsirdə olduğunu düşünən
filosof belə bir dialektik müddəa irəli sürürdü ki, təbiətdə bir hadisə üçün o biri ha-
disə şərtdir, varlıq özü-özünün səbəbidir, səbəbi hadisənin öz daxili qanunauyğun
inkişafında axtarmaq lazımdır; maddə daim hərəkət və inkişafdadır. Lakin
M.F.Axundov hərəkət və inkişafın mənbəyinin “əksliklərin
vəhdəti və mübarizə-
sində” olduğunu axıradək aydın təsəvvür etmirdi.
M.F.Axundov maddənin məkan və zaman daxilində mövcudluğu və sonsuzlu-
ğu ideyasını da materialistcəsinə şərh edirdi: bu kainat elə bir varlıqdır ki, “əvvəli
də budur, axırı da budur... zaman da, məkan da onun mövcudluğu şərtidir”. Yəni
məkan və zaman maddi varlıqların atributlarıdır, zaman və məkan xaricində varlıq
mümkün deyildir. Səbəbiyyət məsələsini də dialektikcəsinə həll edən M.F.Axun-
dov qeyd edirdi ki, gerçəklikdə bütün hadisə və proseslər səbəblə bağlıdır, lakin sə-
bəbi cismin, prosesin daxilində axtarmaq lazımdır, o, “ilkin səbəb”, “ilahi səbəb”
ideyalarını qəbul etmirdi. Təbiət, maddi varlıq hadisələrinin izahında tam materia-
list mövqedə baxışlarında tərəddüdlərə,
ziddiyyətlərə yol vermiş, axıradək idea-
lizmdən uzaqlaşa bilməmişdir.
M.F.Axundov dinlə əxlaqın, şəriət normaları ilə davranış qaydalarının qarşılıq-
lı əlaqəsi və təsiri məsələsinin təhlilinə xüsusi diqqət yetirmişdi. O, insanın əxlaqı-
na və davranış normalarına təsir etmək cəhdini hər bir dinin əsas məqsədi sayırdı.
O, belə hesab edirdi ki, din əsasən əxlaqa və davranışa təsir etmək yolu ilə insanları
itaətə və ibadətə cəlb edə bilir və bu yolla da öz sosial funksiyasını həyata keçirir.
M.F.Axundov dinin təbliğ etdiyi axirət ehkamını, cəhənnəm zülmü və cənnət
xoşbəxtliyi ideyasını qəbul etmir, onları elə “bu dünyanın əks-sədası” adlandırırdı.
O, qeyd edirdi ki, kim ki, cəhənnəm qorxusunu və cənnətə düşmək ümidini - xeyir-
xahlığın, xoşbəxtliyin əsasına qoyursa, o, çox
Dostları ilə paylaş: