İntibah dövründən başlayaraq sürətlə inkişaf edən elm XIX əsrin axırına doğru insan şüurunun hər bir sahəsində dəyərli nəticələrə yetişdi. Fəqət alimlərin varid ola bilmədiyi bircə sahə vardı o da insan qəlbiydi.
XX əsrin başlanğıcında viyanalı həkim- psixiatr Ziqmund Freyd insanın şüuraltısına, onun qaranlıq dünyasına hardasa işıq sala bildi. Freydin yaradıcılıq yolu heç də asan olmayıb. Onun yenilikçi fikirlərini elm aləmi əvvəlcə qəbul etmək istəmədi. Freydin elmi axtarışları təkcə
onu gözü götürməyənlərin deyil, hətta öz tələbələrini belə qane etmirdi...
Bununla belə Ziqmund Freyd müasir psixologiyanın banisi hesab olunur. Hətta onun bu sahədə baxışlarını qəbul etməyənlər belə sonradan boyunlarına alıb ki, elmə yanaşmaları məhz Freyd, eləcə onun tərəfdarları ilə mübahisə nəticəsində meydana gəlib.
Bəs Ziqmund Freyd adlanan bu adamın şəxsi taleyi necə olub?
Freyd 1856-cı il mayın
6-da almanların Frayberq adlandırdığı xırda bir Çex şəhərində, yəhudi ailəsində anadan olub. Həmin şəhər Afstriya-Macarıstan krallığının tərkibindəydi. Freydin atası Yakob 40 yaşına çatanda 19 yaşlı Amaliya adlı bir qızla,
özü də
üçüncü dəfə evləndi. Ziqmund da bu izdivacdan dünyaya gəlib. Anası Freydi çox istəyirdi. Atası isə hardasa biganəydi. Uşaq istər-istəməz qızğın ana məhəbbəti və ata laqeydliyi arasında böyümüş oldu.
Yakob Freyd yun alveriylə məşğul idi. İşlər yaxşı getmədiyindən ailəsiylə birgə Frayberqdən Vianaya köçdü.
Uşaq oxuyub-yazmağı çox tez öyrəndi və evlərində olan bütün kitabları demək olar ki, başdan-ayağa oxudu. Freyd məktəb üzünü yalnız 10 yaşında gördü. Bu uşaq öz dünyagörüşü ilə bütün məktəbdə seçilirdi. Hətta xalasıgili onun qabiliyyətini görüb Ziqmund üçün fortepiano belə aldılar. Ziqmund darısqal evdə fortepiano arxasında oturub çalmağa belə vaxt tapırdı...
Ziqmund hərtərəfli dünyagörüşə malik bir şəxsiyyət kimi yetişirdi. Ədəbiyyat, tarix, fəlsəfə və sosialogiya onun maraq dairəsindəydi. Fəqət Ziqmund bu elmlərin hər
birini hərtərəfli öyrənsə də, tamam başqa bir sahəni tibbi özünə peşə seçdi.
...1873-cü ildə 17 yaşlı Ziqmund Viyana universitetinə qəbul olunur. Təhsildəki uğurlarına görə 1876-cı ildə o İtaliyaya səfər üçün təqaüd də alır. Freyd çox erkən yaşlardan sevgiyə qucaq açdı. Yeznəsinin bacısına vuruldu. Toyları dörd ildən sonra baş tutdu. Artıq o həmin vaxtda Viyana baş xəstəxanasında işləyirdi. Elə psixoanaliz deyilən elmlə də o vaxtdan Viyana
5
xəstəxanasında məşğul olmağa başladı. Fikir verib görürdü ki, gələn xəstələrin çoxusu kəllə-beyin zədəsi almasa da ruhən çox narahatdılar. Xüsusilə bu cəhət ürəkkeçmə və yaxud özündən getmə ilə həkimə gələn qadınlarda daha çox rast gəlinirdi.
Sonra Freyd Parisə, məşhur fransız həkimi Jan Marten Şarkonun klinikasına təcrübəyə göndərildi. Parisdən qayıdandan sonra Viyanada öz şəxsi klinikasını açdı və düz 47 il o həm burda ömür sürdü, həm də xəstələri qəbul etdi. Freydin sorağını alan xəstələr isə ardı-arası kəsilmədən gəlməkdəydi.
Ziqmund Freydin şöhrəti artıq bütün dünyaya yayılmışdı. 1910-cu ildə Beynəlxalq psixoanalitiklərin birliyi yarandı. Freydin təkidi ilə bu birliyin ilk sədri məşhur filosof və həkim Karl Yunq oldu. Ancaq bir müddət keçəndən sonra Yunq və eləcə də Freydlə həmfikir olan Alfred Adler Freyddən üz döndərib hərəsi öz məktəbini yaratdı.
1933-cü il mayın 10-da Berlində məşhur kitab tonqalı çatıldı. Hakimiyyətə gələn faşistlər gözlərinə şübhəli görükən hər hansı bir kitabı anti-alman sayıb tonqala atırdı. Alman psixo-analiz məktəbi nümayəndələri də hərəsi Avropanın bir ölkəsinə qaçıb canını
6 qurtardı. Artıq Freydin qohum-
əqrəbasından neçə nəfər alman düşərgələrinə atılmışdı. Odur ki, Freydin Avstriyanı tərk etməkdən özgə çarəsi qalmadı. O mütləq Viyanadan qaçmalıydı. Belə bir vaxtda ABŞ-ın o vaxtkı prezidenti Franklin Ruzvelt bu böyük alimin dadına çatdı. Ziqmund Freyd Ruzveltdən kömək istədi. Ruzvelt İtaliyaya səfəri zamanı Mussoliniyə
hədə-qorxu gəldi ki, əgər Freydin başına bir iş gəlsə, onun intiqamı çox ağır olacaq. Odur ki, Freyd həmin vaxt faşistlərin əlindən sağ-salamat qurtardığına görə ABŞ-ın o vaxtkı prezidenti Ruzveltə minnətdar olmalıydı.
1938-ci il iyunun 3-də böyük alim ailəsi ilə birgə Viyananın mərkəzi vağzalından «Şərq ekspresinə» minib Parisə yola düşdü. Ailə La-manşı keçib İngiltərədə dinclik tapdı. Artıq Freydin özü o vaxt xərçəng xəstəsiydi. Onun öz xahişi ilə müalicə aparan həkim Freydə dozadan artıq ağrıkəsici yeritdi və dahi alim 1939- cu il sentyabnn 3-də 83 yaşında dünyadan köçdü. Alimin 4 qızı Viyanaya qayıtmağa məcbur oldu. Faşistlərin onlara heyfi gəlmədi və ailə alman həbs düşərgəsində qaz kamerasında boğuldu. Nə yaxşı ki, Ziqmund Freydin artıq bundan xəbəri yoxuydu.
Freyd insan düşüncəsinin dərinliklərinə vararaq, psixoanaliz
elminin bünövrəsini
qoydu. Heç təsadüfi deyildi ki, onun nəzəriyyəsi ilə təkcə peşəkar psixoloq və psixiatrlar deyil, bir çox mədəniyyət xadimləri də maraqlanırdı. XX-ci əsrin birinci yarısında yaranan sənət əsərlərinin bir çoxunda Ziqmund
Freyd nəzəriyyəsinin birbaşa, ya da ki dolayısı ilə təsiri sezilməkdədir...
Freydin sevdiyi ədib İ o h a n V o I f h a n q Höte 1749-cu ildə Frankfurtda anadan olan Höte ömrünün çox hissəsini Veymarda keçirib. Dünyada «Gənc Verterin əzabları» və «Faust» dramatik poeması ilə məşhurdur.
Freyd hələ məktəbə getməmişdən yazıb-oxumağı Hötenin kitablarından öyrənmişdi. Təbiət elmləriylə də Hötenin təsiri altında məşğul olmağa başlayıb. Freyd, Hötenin yaradıcılığına «Poeziya və həqiqət» adlı bir məqalə də həsr eləyib. Bu
məqalədə alim məşhur şairin
u şaqlıq və gəncliyini öz cavanlıq illəri ilə müqayisəli şəkildə öyrənir. 1930-cu ildə Freyd Hötenin adını daşıyan mükafata layiq görüldü. Ancaq xəstəlik ucbatından təltif mərasimində iştirak edə bilmədi. O mükafatı Freydin yerinə bacısı Anna aldı. Elə o vaxt Freyd belə söyləmişdi: «Hötenin yaratdığı böyük qəbilələr heç vaxt itib-batmayacaq».
Psixoanaliz və ədəbiyyat