Q u s t a v Mater
Dirijor və bəstəkar Qustav Malerin taleyi bir baxım elə Freydin taleyinə bənzəyir. Maler də çex yəhudisi idi. Vyana konservatoriyasını bitirəndən sonra Maler Avstiyanın,
Almaniyanın bir çox teatrlarında dirijor kimi tanındı. 37 yaşında Vyana operasının direktoru təyin olgndu. O dirijor olmaqdan savayı, bəstəkar kimi də özündən sonra bir sıra musiqi inciləri, o cümlədən on simfoniya qoyub getdi...
Günlərin bir günü 50 yaşlı bəstəkarın qulağına çatdı ki, onun sevimli qadını Alma özgəsi ilə gəzib-dolanır. Bu xəbər Malerin bütün varlığında təlatüm yaratdı. Bu səbəbdən də Maler doktor Freydin qəbuluna düşdü. Freyd bu məsələni belə izah elədi ki, zövcəsinin belə üzü dönüklüyü qadının ata kompleksi ilə bağlıdır. Malerin xofu isə ondakı ana kompleksinə istinad edir. Bəstəkar 8 Freydin diaqnozu ilə tam razılaşsa da,
ancaq bu Malerin həyatında bir dönüş yaratmadı. Qustav Maler ömrünün sonunu tənhalıq içində yaşadı, qəm dəryasına batdı, ölümdən daima qorxdu və günlərin bir günü, 51 yaşında bağrı çatlayıb öldü.
Sənətdə Freydçi
Salvador D a I i
XX-ci əsrin ən bənzərsiz rəssamlarından sayılan Salvador Dali 1904-cü ildə İspaniyanın Kataloniya əyalətində anadan olub. Sürrealizmin banisi sayılan Andre Bretonla tanışlıqdan sonra bu cərəyana qoşulub. 1920-ci ildə Freydin «Röyaların yozumu» əsərini oxuyandan sonra təsviri sənət diliylə öz şüuraltı obrazlarını ifadə etməyə çalışır. 1928-ci ildə, dostu, kinorejissor Luis Bunuellə bir yerdə kinoda avanqard, eləcə Freyd nəzəriyyəsinə köklənən «Əndəlis köpəyi» adlı film çəkib.
Salvador Dali üç dəfə Vyanaya Freydlə görüşməyə gəlsə də, bu ona qismət olmayıb. Yalnız 1938-ci ildə yazıçı Stefan Sveyq onları tanış eləyib.
Freyd o vaxt Londonda mühacirətdəydi. Dali, Freydlə görüşünə «Nərgizin metamorfozası» əsərini də gətirmişdi ki, tablo barədə Freydin rəyini öyrənsin. Freyd onda demişdi: «Mən klassik əsərlərdə qeyri-şüuraltı aləm axtarıram. Sürrealist əsərlərdə isə onun ilkin qəbulu təhlil olunur». Başqa sözlə,
Freyd demək istəmişdi ki, avanqard rəssamlar qeyri-ixtiyari düşüncə tərzini bilərəkdən kətana köçürür, bununla da onu görmək istəmirlər. Klassik əsərlərdə
isə qeyri-ixtiyari və ixtiyari elementlər mütənasib şəkildə iştirak edir. Elə bu səbəbdən də Freyd psixoanalizdə klassik sənətdən faydalanırdı.
Əslinə qalsa, Freydin nəzəriyyəsi sürrealizmin canındadır. Amma bu görüş əvvəl-axır baş tutmalı idi. Sonradan Freyd, Stefan Sveyqlə söhbətində Dali haqqında belə demişdi: «Bu başdan- ayağa fanatikmiş!»
Dostları ilə paylaş: |