175
“Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan
tarixi” əsərlərində açıqlanmışdır. Onun fikrincə, milli şüur və milli özünüdərk milli
istiqlala aparan yoldur. O, Rusiya, İran və Türkiyə ilə ilhaqa getməyin əleyhinə ol-
muş, azad azərbaycançılıq ideyasına üstünlük vermişdir. M.Ə.Rəsulzadə “kültür”,
“milli kültür”, “mədəni yaşayış”, “millilik”, “milli dil” kateqorial anlamlarını, sosi-
al fəlsəfənin və kulturologiyanın mühüm nəzəri problemlərini araşdırmışdır. “Əsri-
mizin Səyavuşu” əsərində M.Ə.Rəsulzadə milli istiqlal ideyası əsasında qurulmuş
Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşlarının mülkiyyətindən,
cinsin-
dən, mənşəyindən, məsləkindən və s. asılı olmayaraq bərabərhüquqlu olduğunu
qeyd edir. Lakin o bu hüquq bərabərliyini xüsusi mülkiyyətə aid etmir. M.Ə.Rəsul-
zadə həmin əsərdə yazırdı: “Azərbaycanlılar düşünürdülər ki, mülkiyyəti tamamilə
ortadan qaldırmaq indiki vəziyyətdə insanlarda şəxsi təşəbbüs qüvvətini zorakı ola-
raq ortadan qaldırır. Bu qüvvət olmadıqca dünya nə düzələr, nə də gözəlləşər. Sosi-
al həyat irəliləmədən düşər, insanlar bəsit bir ibtidailiyə doğru dönərlər, dünyanın
nizamı pozular”.
XX əsrin əvvəlində Azərbaycanda liberal milli-demokratik məfkurə ilə yanaşı,
radikal, demokratik və marksizm prinsiplərini əks etdirən ideyalar, əsasən mülkə-
dar-burjua
təmayüllü dövri mətbuatda, “Molla Nəsrəddin” jurnalında, “Hümmət”
və s. qəzetlərdə yayılırdı. Dilə, milli mədəniyyətə, təhsil və maarifə, qadın proble-
minə, xarici, xüsusilə rus, erməni ekspansiyasına münasibətdə bu ideya cərəyanları-
nın ümumi və ya oxşar cəhətlərinə baxmayaraq xüsusi mülkiyyət,
onun yenidən
bölünməsi, zəhmətkeşlərin mülkiyyət hüquqlarının real təminatı, onların parlament
və hakimiyyət strukturlarında iştirakı və s. sosial-sinfi maraqlarla bağlı problemlə-
rin izahında ciddi ziddiyyətlər mövcud idi. Əgər birinci cərəyan milləti və bütöv-
lükdə milli maraqları, millətin türk-İslam bölgəsi ilə əlaqələrini, hürriyyət naminə
ittihad ideyalarını ön plana çəkirdisə, radikal cərəyanlar millətin tərkibindəki sinif
və silklərin qarşılıqlı münasibətindən, fəhlə, kəndli, kapitalist və mülkədarların cə-
miyyətdə sosial vəziyyətindən, fanatik din xadimlərindən, xalqın adından çıxış edə-
rək onun mənafeyini tapdalayan və satan milli siyasətçilərdən bəhs edir və millətin
maariflənməsi üçün bütün həqiqətləri xalqın başa düşəcəyi dildə çatdırmağa çalışır-
dı. Bu məsələlər “Molla Nəsrəddin” jurnalının müəllifləri
Dostları ilə paylaş: