Nəriman Nərimanov (1870-1925) görkəmli ictimai və dövlət xadimi, mütə-
fəkkir yazıçı, inqilabçı, publisist və həkim olmuşdur. N.Nərimanov dialektik və ta-
rixi materializm nümayəndəsi olmuşdur. Elmi-materialist fəlsəfənin mahiyyətini
ifadə edərək N.Nərimanov qeyd edirdi ki, əhalinin maariflənməsi, dinin təsiri, sosi-
al ədalətə hər cür çağırışlar və s. cəmiyyətin ictimai münasibətlərindəki ziddiyyət-
ləri məhv edib aradan qaldıra bilməz. Onu yalnız həmin ziddiyyətlərin mənbələrini
məhv edəcək yeni bır cəmiyyət qurulması həll edəcəkdir. Onun əqidəsinə görə xal-
qın azadlığı, sosial-siyasi və iqtisadi tərəqqisi ancaq fəhlə sinfi və digər zəhmətkeş
kütlələrin zülm və istismara qarşı birgə mübarizəsi, inqilabda qalib gəlməsi yolu ilə
mümkündür. "Proletar inqilabından başqa... heç bir azadlıq yolu yoxdur", "Biz bü-
tün dünya insanlarını iki sinfə bölüb, ancaq zalim və məzlum məsələsini meydana
gətiririk" o qeyd edirdi.
N.Nərimanov maarifçi, inqilabçı-demokrat əqidəli yazıçı idi. Ətaləti, na-
danlığı avamlığı tənqid etmək, xalqın savadlanması, maariflənməsi və inqilabi
azadlıq şüurunun formalaşması uğrunda mübarizəsinin təsviri onun bədii əsərləri-
nin əsas mövzusu idi. N.Nərimanov "Nadanlıq", "Şamdan bəy", "Nadir şah", "Ba-
hadır və Sona", "Pir" və s. kimi bədii əsərlərin cəmiyyətdəki ədalətsizliklərin, sinfi
zülm və istismarın, feodal əsarəti və mütləqiyyət üsul-idarəsinin ifşası onun bədii
əsərlərinin qayəsini təşkil edirdi.
N.Nərimanov Azərbaycan ictimai-siyasi fikrinin görkəmli nümayəndəsi idi. O,
M.F.Axundovdan sonra çar üsul-idarəsinin və Şərq despotizminin ən kəskin tənqi-
dini vermişdir.
Nərimanov cəmiyyətdə xalq və dövlət arasında dərin uçurum olduğunu görür
və bu uçurumu yox etməyə çalışırdı. O, hesab edir ki, monarxiya üsul-idarəsi istər
konstitusiyalı monarxiya olsun, istər başqa forma, fərqi yoxdur, monarxiya xalqı
əsarət və nadanlıqda saxlayır, xalqın tərəqqisinə mane olur. O, əsil ümumxalq de-
mokratik respublika, parlamentli respublika üsul-idarəsinə tərəfdar idi. O, "Dövlət
xalq üçündür" ideyasının böyük təbliğatçısı idi. Belə bir dövlətin qurulmasının əsas
amilini isə o, fəhlə və kəndlilərin ittifaqı əsasında həyata keçiriləcək ictimai inqi-
labda görürdü.